Azəri
Friday 19th of April 2019
  745
  0
  0

BÜTÜN MÜSӘLMANLARIN QARDAŞLIĞI

31. BÜTÜN MÜSӘLMANLARIN QARDAŞLIĞI

«Yapışın Allah ipindən və heç vaxt dağılmayın. Allahın sizə bəxş etdiyi ne᾿mətləri yada salın. Bir-birinizlə düşmən olduğunuz zaman, Allah sizin qəlblərinizi birləşdirdi və Onun ne᾿məti ilə bir-birinizə qardaş oldunuz. Sanki, atəş dolu bir dərəyə tökülməkdə idiniz lakin, Allah sizi ondan xilas etdi...»(39)

Әziz oxucular! Bu gün biz müsəlmanların birliyə, qardaşlığa daha çox ehtiyacımız vardır. Müqəddəs dinimiz bəşəriyyəti zülm və sitəmlərdən xilas etmək üçün bütün insanları birliyə də᾿vət edir. Haqqın qalib gəlməsi üçün biz insanlar ən azı sağlam vicdan ətrafında birləşməliyik. Hər hansı bir müsəlman bizləri ixtilafa, qarşıdurmaya səsləyirsə, çəkinmədən deyə bilərik ki, bu şəxsin İslam dini haqqında qətiyyən anlayışı yoxdur və ya müsəlman cildinə girmiş əcnəbi nökəridir. Biz müqəddəs Qur᾿anımıza baxsaq görərik ki, vəhdət və qardaşlıq prinsipi ilə yaşamaq bəlkə də bizim vacib ibadətlərimizdən daha zəruridir. Çox maraqlıdır ki, Qur᾿ani-Kərim zülmə, cəhalətə son qoymaq üçün hətta xristian və yəhudiləri təkallahlığa e᾿tiqad bəsləyən bir din kimi birliyə də᾿vət edir:

«De ki, ey kitab əhli (xristian və yəhudilər) gəlin sizinlə bizim aramızda müştərək olan kəlmənin ətrafında birləşək...»(40)

Belə bir prinsip və şüarlar verən bir din və ümmətin parçalanması, ardıcıllarının bir-birinə düşmən gözü ilə baxması sadəcə olaraq öz dinindən üz çevirməkdən özgə bir şey deyil.

Qeyd etdiyimiz kimi, bu gün bizim dini qardaşlığa həmişəkindən daha artıq ehtiyacımız var. Bu gün dinimiz özünün ən çətin və ən ağır günlərindən birini yaşayır. Tarix boyu sərvətlərimizə, namusumuza göz dikmiş xristian və yəhudilər dişlərini həmişəkindən daha artıq itiləmişlər. Diqqət edin xristian dininin tarixi düşməni olan yəhudilər onların necə də səmimi dostuna çevrilmişlər. Təsadüfü deyil ki, müqəddəs Məryəm (ə)-a zinakar, həzrət İsa (ə)-a zinazadə deyən yəhudilər barəsində Roma Papası rəsmi şəkildə belə bir bəyanat verdi: Yəhudilər biz xristianların tarixi dostudurlar. Onlar İsa Məsihin dar ağacına çəkilməsində iştirak etməyiblər.

Әl-ələ verib müsəlmanları özlərinə qul etmək istəyən küfrün qarşısında əl-ələ verib qardaş olmaqdan başqa çarəmiz yoxdur.

Burada Livan müsəlmanlarından olan görkəmli mütəfəkkir Seyyid Şərəfüddinin 100 il bundan öncə Misirin əl-Әzhər universitetində söylədiyi bir kəlamı xatırlatmaq yerinə düşərdi:

«Müsəlmanları siyasət parçalamışdır. Bu gün də onları siyasət birləşdirməlidir.»

Bu gün Hənəfi, Şafei, Hənbəli, Maliki və Cə᾿fəri məzhəblərinin arasında düşmənçilik həddinə gətirəcək heç bir fərq yoxdur. Bütün müsəlmanlar «Allahdan başqa mə᾿bud yoxdur, Məhəmməd (s) Onun rəsuludur» deyə bir-birləri üçün doğma qardaşa çevrilirlər. Hamımız əziz Peyğəmbərimiz və onun Әhli-beytinin sevgisi ilə yaşayırıq. Әhli-beyt sevgisini tərənnüm edən şe᾿r və mədhlər qoşan əhli-sünnət qardaşlarımız heç də şiələrdən geri qalmırlar. Burada Şafei məzhəbinin rəhbəri imam Şafeinin Әhli-beyt haqqında söylədiyi bir şe᾿rin tərcüməsini təqdim edirik:

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tə᾿rifindən söz düşəndə bə᾿zi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tə᾿rifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah aparıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lə᾿nət olsun, min lə᾿nət olsun belə nadanlığa...!»

 

*          *           *

 

Şükürlər olsun aləmlərin Rəbbinə! İnsanı yaradıb ona qələm ilə yazmağı öyrədən Allaha həmd və sitayiş edir, Peyğəbər (s) və onun Әhli-beytinə salavat və salam göndəririk...!

Müvəffəqiyyət yalnız qadir Allahın əlindədir; Ondan özgə nə bir qüdrət, nə bir əzəmət vardır!

 

 

  745
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...

 
user comment