Azəri
Thursday 23rd of May 2019
  509
  0
  0

OsmanIn dövründə

OsmanIn dövründə

Osman da keçmiş siyasətləri dəstəkləyib minbərdə de­miş­di: «Əbu Bəkrin və Ömərin zamanında eşidilməyən bir hə­di­si rəvayət etməyə heç kəsin haqqı yoxdur!»[1]

Darəminin və başqalarının rəvayətlərindən aydın olur ki, Əbuzər bir gün «Cəməreyi vüsta»nın yanında oturmuşdu. Ca­ma­at da onun ətrafını alaraq ondan fətva istəyirdilər. Bu za­man ki, bir nəfər onun başı üzərində dayanıb dedi: «Mə­gər sənin fətva verməyin qadağan olunmayıbdımı?!» Əbuzər ona baxıb dedi: «Sən mənə nəzarətçisənmi? (Sonra öz boynuna işa­rə edərək dedi:) Əgər qılıncı bura qoysanız və ölməzdən qa­baq Peyğəmbərdən eşitdiyim bir sözü deməyə qadir olduğumu bil­səm, hökmən bu işi görərəm!»[2]

Bu dövrə hakim olan şəraiti Əhnəf ibni Qeys belə rə­va­yət edir: «Şama gedib cümə namazında iştirak edim. Gördüm ki, bir kişi hər qrupa tərəf gedirsə, onun ətrafından dağı­lır! O namaz qılır, namazını uzatmırdı. Onun yanıda oturub de­dim: «Ey Allahın bəndəsi! Sən kimsən?» O dedi: «Mən Əbu­zərəm. Bəs sən kimsən?» Mən dedim: «Əhnəf ibni Qeysəm.» Dedi: «Mənim yanımdan qalx ki, səni öz şərinə giriftar et­mə­yim!» Dedim: «Məni öz şərimə necə giriftar edərsən?» De­di: «Bu şəxsin - yə`ni Müaviyənin - çarcısı car çəkib de­miş­dir ki, heç kəs mənim yanımda oturmamalıdır!»[3]

Bəli, Əbuzər hakim dairənin fərmanları ilə müxalifət et­­di­yinə görə bir şəhərdən digərinə sürgün olunurdu. O, hə­ya­­tı­nın sonunda qovulmuş və yalqız halda Rəbəzədə vəfat et­di!

Bu üslub Osmanın xilafətinin birinci yarısına qədər da­­vam etdi. Onun xilafətinin ikinci yarısında isə qurduğu iş­­lər pərakəndəliyə düçar oldu, Ümmül-mö`minin Ayişə, Təl­hə, Zübeyr, Əmr ibni As və başqa səhabə və tabeinlərlə əlbir olub onunla mübarizəyə qalxdılar. Bu dövrdə Peyğəmbər ¡ sünnəsini rəvayət etmək istəyən səhabələr üçün heç bir maneə qalmamışdı. Peyğəmbər ¡ sünnəsinin müəyyən bir qismi bu əsrdə yayılmağa başladı, lakin kitab halına salın­­madı.

Imam Əli TM-ın xilafəti dövründə də Peyğəmbəri Əkrəm ¡-in əvvəllər rəvayət olunması qadağan olunan sün­nəsinin ümdə hissəsi səhabələrin vasitəsi ilə rəvayət olu­nub yayıldı. Lakin yenə də toplanıb kitab halına sa­lın­madı.

Bunlar xəlifələrin dövründə Peyğəmbər səhabələri üçün hədis yayılması ilə əlaqədar qoyulan maneə və məhdudiyyətlər idi, məqsədləri də o həzrətin hədisinin qarşısını almaq idi. Onlar sadəcə olaraq öz sözlərini müəmmalı şəkildə deyirdilər və özlərinin nəzərdə tutduqları hədəf Mүafiyyә kimi, aşkar şəkildə demirdilər.

Müaviyənin dövründə

Əbdüllah ibni Amir Yəhsubi deyir: Dəməşqin minbərində olan bir halda Müaviyənin belə dediyini eşitdim: «Ey insan­lar! Peyğəmbər hədislərini rəvayət etməkdən çəkinin! Yalnız o hə­d­is­lərə icazə verilir ki, Ömərin xilafəti dövründə bəyan olun­muşdur. Çünki Ömər camaatı Allah xatirinə qorxu­dur­du.»[4]

Rəca ibni Əbis Səlmə deyir: Mənə xəbər verdilər ki, Müa­viyə belə deyirmiş: «Siz gərək hədis barəsində Ömərin dövründə olduğu kimi əməl edəsiniz. Çünki o, camaatı Peyğəmbər ¡ hədisini bəyan etməkdən qorxudurdu!» [5]

Təbəri belə rəvayət edir: Müaviyə 41-ci hicri ilində Mü­ğey­rə ibni Şö`bəni Kufəyə vali təyin edən zaman onu çağırıb de­di: «Sənin üçün çoxlu tövsiyələrim vardır ki, onların ha­mı­sını sənin ayıqlığına e`timad etdiyimə görə tərk edirəm, lakin mənim bir tövsiyəmi unutma: Əlini söyüb ona nalayiq sözlər deməyi, Osmana tərəhhüm edib onun üçün istiğfar etməyi heç vaxt unutma! Əlinin köməkçilərində eyb axtar və onları özündən uzaqlat, Osmanın köməkçilərini tə`rifləyib onları özünə yaxınlaşdır!»

Müğeyrə dedi: «Mən təcrübə görmüş, sınaqdan çıxmış bir adamam, səndən qabaq başqaları üçün də işləmiş və heç vaxt danlaq görməmişəm. Tezliklə işimin tə`sirləri aşkar olar və sən də məni ya tə`rifləyər, ya da məzəmmət edərsən!»

Müaviyə dedi: «Inşallah ki, səni tə`rifləyərəm!»[6]

Mədainin «Əl-əhdas» kitabında yazır: Müaviyə amul-cə­ma­ət­dən sonra (Müaviyənin tam hakimiyyətə gəldiyi ilə deyi­lir) vahid bir e`landa öz işçilərinə yazdı: «Mən Əbu Turabın və onun Əhli-beytinin fəziləti barədə bir şey nəql edənlərdən ama­nımı götürdüm!» Bu zaman camaat arasında ən çox bəla çə­kən kufəlilər oldular.[7]

Məhz Hücr ibni Ədi[8] və onun köməkçiləri həmin yolda işgəncəyə mə`ruz qalaraq qətlə yetirildilər, Rəşid Həcəri[9] və Meysəm Təmmar[10] öldürüldü və dar ağacına asıldı! Xüləfa mək­təbində bu minvalla tabeinlərin və səhabələrin səslərini çıxar­tmağa qoymur, öz siyasətlərinin müxaliflərini aradan gö­türür və bunun müqabilində başqalarının üzünə qapıları açıb onlara tam ixtiyar verirdilər ki, istədikləri kimi müsəlmanların müqabilində çıxış edib nağıl danışsınlar.

 


[1] «Müntəxəbu Kənzül-Ümmal», («Müsnədi Əhməd»in haşiyəsində), 4-cü cild, səh.64.

[2] Bu hadisələr ona görə Osmanın dövründə baş verirdi ki, səhabələrdən heç biri Ömərin dövründə hökumət fərmanı ilə mübarizə etməyə cür`ət tapmamışdılar. Bu rəvayət «Sünəni Darəmi», 1-ci cild, səh.132; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.354-də Əbuzərin tərcümeyi-halında gəlmişdir. Buxari də onu öz «Səhih» kitabında xülasə şəkildə (1-ci cild, səh.161) «Əl-elmu qəbləl-qovl» babında qeyd etmişdir.

[3] «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.168 Əhməd ibni Qeys Təmimi Sə`di Peyğəm­bə­rin dövründə olmuş, lakin o həzrəti görməmişdi. Cəməl müharibəsində kənara çəkil­miş, Siffeyn müharibəsində Imam Əli TM-ın tərəfində döyüşmüş və 67-ci hicri ilin­də Kufədə vəfat etmişdir. «Sihah» müəlliflərinin hamısı ondan rəvayət nəql et­miş­lər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Təqribut-Təhzib» kitablarında qeyd olun­muşdur.

[4] «Tarixi-Dəməşq», Məcməul-elmiyil-islamiyy, əlyazması, 9-cu cild, 2-ci hissə, səh.236-237, «Şərəfu Əshabil-hədis», səh.91.

[5] «Təzkirətül-Hüffaz», 1-ci cild, səh.7.

[6] «Tarixi Təbəri», 2-ci cild, səh.112-113; «Tarixi ibni Əsir», 3-cü cild, səh.102, 51-ci h.q ilinin hadisələri. Müğeyrə ibni Şö`bə Xəndək müharibəsi ilində Islamı qəbul etmişdi. Onun Islamı qəbul etməsinin səbəbi, Vaqidinin «Məğazi»də (2-ci cild, səh.595-598) bəyan etdiyinə əsasən, bu hadisə olmuşdu: O, 14 nəfərlə birlikdə Məquqisin sa­rayına getmişdi, o da onları əzizləmişdi. Qayıdarkən Xeybərlə Mədinə arasında şə­rab içməyə başladılar. Müğeyrə şərab içmədi və özünün məst olmuş yoldaş­la­rın­dan 13 nəfərini qılıncdan keçirtdi, on dördüncüsü də qaçıb canını qurtardı. Müğey­rə onların mal-dövlətlərini öz ixtiyarına keçirib Peyğəmbər ¡-in yanına gəldi və Islamı qəbul etdi. Lakin Peyğəmbər ¡ buyurdu: «Mən bu mal-dövlətin xüm­sü­nü götürmürəm; bu, məkr və hiylədir.» Ürvə ibni Məs`ud (Müğeyrənin əmisi) on üç nə­fər öldürülənin diyəsini onun əvəzinə verdi. Həmçinin, Kufədə hakim olduğu zaman onun zina etməsinə şahidlik etdilər. Şahidlər Ömərin yanına getdikdə Ömər onlar­dan birini öz tərəfinə çəkdi ki, onun verdiyi şəhadət qalan üç nəfərin şəhadəti ilə eyni olmasın və nəticədə onun barəsində zina həddi (cəza tədbiri) götürülsün. «Səhih» müəllifləri ondan 136 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Cəvamius-sirə», səh.288-də mövcuddur

[7] «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.15-16

[8] Hücr ibni Ədi Kindi öz qəbiləsinin nümayəndə hey`əti ilə Peyğəmbər ¡-in gö­­rü­şünə getmişdi. Qadisiyyənin fəth olunmasında iştirak etmiş, Cəməl və Siffeyn mü­­ha­ribələrində Imam Əli TM-ın tərəfində olmuş, Nəhrəvanda Kində qəbiləsinin sər­kərdəliyini öhdəsinə almış və Imam Əli TM-ın ordusunun sağ çinahında yer­ləş­mişdi. Ziyad ibni Əbih ilə, Imam Əli TM-a lə`nət etmək üstündə savaşdı və bir dəfə də namazı tə`xirə saldığına görə də onu xırda daşla vurdu. Ziyad Müavi­yə­nin gös­tərişi ilə onu və köməkçilərini Şama göndərdi. Müaviyə fərman verdi ki, on­lar­­dan hər biri Əlidən bezarlıq etməsə, onu öldürsün. Hücr buna görə də 51-ci ildə Mə­­rəc-Əzrada şəhadətə çatdı. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kita­bının 2-ci cil­dində verilmişdir.

[9] Rəşid Həcəri, Yəmənin Həcər qəbiləsinə mənsubdur. O, rəc`ətə iman gəti­rənlər­dən biri idi və Kufədə bu barədə söhbət edirdi ki, Ziyad onun dilini kəsib dar ağa­cın­dan asdı. Onun tərcümeyi-halı «Istiy`ab», «Usdul-ğabə» və «Ricali Kəşşi»də qeyd olun­muşdur.

[10] Meysəm Təmmar Bəni Əsəd qəbiləsindən bir qadının qulu idi ki, Imam Əli TM onu alıb azad etmişdi. Ibni Ziyad onu tutub saxlayan zaman dedi: Mən öldürül­mə­­mişdən qabaq məndən soruşun. Camaat ondan sual etdikləri vaxt cavablarını verdi. Ib­­ni Ziyad göstəriş verdi ki, onun başına cilov salsınlar. Islamda cilovlanan ilk şəxs o olmuşdur. Onun tərcümeyi-halı «Istiy`ab»; «Usdul-ğabə» və «Ricali Kəşşi»də möv­cuddur.

  509
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment