Azəri
Monday 25th of March 2019
  963
  0
  0

UMMUL-MÖ᾿MİNİN AİŞӘ

21. UMMUL-MÖ᾿MİNİN AİŞӘ

Bə᾿zi əhli-sünnət alimlərinin şiə məzhəbinə bid᾿ətçi və azğın gözlə baxmasının səbəblərindən biri də şiələrin Peyğəmbərin (s) həyat yoldaşlarından biri Ummul-mö᾿minin Aişəyə olan münasibətləridir. Bu qərəzli alimlər iddia edirlər ki, Peyğəmbərin (s) həyat yoldaşı Aişə xəlifə Әbu Bəkrin qızı olduğuna görə şiələr ona töhmətlər yağdırır, lə᾿nət və söyüş verir, hətta onun Peyğəmbərə (s) xəyanət etdiyini deyirlər.

Allaha pənah aparırıq bu iftira və böhtanlardan...

Burada şiə məzhəbinin Peyğəmbərin (s) həyat yoldaşları, xüsusilə Ummul-mö᾿minin Aişə barəsində olan əqidələrini açıqlamaq məcburiyyətindəyik.

Şiə məzhəbinin əqidəsinə görə, hər kəs Peyğəmbərin (s) həyat yoldaşlarının hər hansı birinə xəyanət (fəhşa və zina) nisbəti versə kafir və mürtəd sayılır.

O cümlədən, kimliyindən asılı olmayaraq söyüş vermək şiə əqidəsinə əsasən böyük günah sayılır. Peyğəmbərin (s) həyat yoldaşlarına, yə᾿ni həzrətin namus və şərəfinə söyüş verməyə nəinki şiələrin, hətta kafirlərin belə cəsarəti çatmaz.

Şiə məzhəbi də digər müsəlmanlar kimi Qur᾿ani-Kərimin hökmünə əsasən Peyğəmbərin (s) həyat yoldaşlarını, o cümlədən Aişə xanımı ummul-mö᾿minin, yə᾿ni mö᾿minlərin anası hesab edir.

Qeyd etmək lazımdır ki, Qur᾿ani-Kərim Nur surəsində Aişəyə atılan böhtanın yalan olduğunu bəyan edir. Şiə alimləri tərəfindən yazılan təfsir kitablarına müraciət etsək görərik ki, bütün şiə təfsirçiləri mə᾿lum hadisəni olduğu kimi açıqlamış və əhli-sünnətin "hidayət ulduzları" hesab etdikləri səhabələrin Aişə xanıma atdıqları böhtanı rədd etmişlər.

Aişə xanımın xəlifə Әbu Bəkrin qızı olmasına gəldikdə isə, çəkinmədən deyə bilərik ki, şiə məzhəbi belə nadan təəssüblərdən uzaqdır. Әgər şiələr Aişə xanımın Әbu Bəkrin qızı olduğu üçün, onun bə᾿zi hallarda səhvə yol verdiyini iddia edirlərsə, bəs xəlifə Ömərin qızı ummul-mö᾿minin Həfsənin barəsində nə üçün belə sözlər demirlər?! Xəlifə Әbu Bəkrin oğlu iman və sədaqət sərçeşməsi Məhəmməd ibni Әbu Bəkri tə᾿zim və ehtiramla yad edirlər? Doğrusunu desək, şiə məzhəbini başqalarının gözündə bədnam edən onların bütün hadisələrə təəssübsüz və obyektiv yanaşmalarıdır. Şiə məzhəbinin əqidəsinə görə səhv addım peyğəmbər səhabəsi, peyğəmbərin həyat yoldaşı, bir sözlə hər kim tərəfindən atılarsa, səhv kimi qiymətləndirilməlidir. Tam qətiyyətlə deyə bilərik ki, şiə məzhəbi ummul-mö᾿minin Aişə xanımı hər hansı bir əxlaqsız hərəkətdən pak bilir, yalnız onun diqqətsizlik və ya başqa səbəblərdən müəyyən səhv və xətalara düçar olduğunu deyirlər. Maraqlı burasıdır ki, şiə məzhəbinin Aişə xanımın barəsində qeyd etdiyi səhvlərin hər biri əhli-sünnət kitablarında da dəqiq şəkildə yazılmışdır. Әhli-sünnət kitablarında qeyd olunmuş bu tarixi faktları əziz oxuculara təqdim etməzdən öncə, dəfələrlə vurğuladığımız bir məsələni bir daha xatırlatmaq istərdik. Heç bir kəsin şəxsi keyfiyyətləri, məqamı onun mənsub olduğu tayfa, xalq, ailə ilə ölçülməməlidir. Müqəddəs Qur᾿anımız insanların şəxsiyyət və məqamlarının ölçülməsi üçün bizə yalnız bir me᾿yar göstərmişdir.

«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır.»(25)

Әgər Peyğəmbər xanımı olmaq səhvsiz və günahsız olmaq deməkdirsə, nə üçün Qur᾿ani-Kərim Nuh və Lut peyğəmbərlərin həyat yoldaşlarının kafir və cəhənnəm əhli olduqlarını bəyan edir?

«Allah kafirlər üçün Nuhun arvadı ilə Lutun arvadını misal gətirir. Onlar bizim iki saleh bəndəmizin tabeliyində idilər. Peyğəmbər arvadı olması onların heç birinə fayda vermədi. Biz onlara - cəhənnəmə daxil olanlarla birlikdə cəhənnəmə daxil olun - dedik...»(26)

Aişə xanım hələ Peyğəmbərin (s) öz dövründə tez-tez səhvlərə yol verir, həzrətə qarşı çıxır və atası Әbu Bəkr tərəfindən məzəmmət olunurdu.

İmam Ğəzzali «Ehyaul-ülum» kitabında, Mövla Әli Müttəqi «Kənzul-ümmal» kitabında, Әbu Yə᾿la «Müsnəd» kitabında, Әbu Şeyx «Әl-əmsal» kitabında yazırlar:

«Bir gün Aişə xanım atası Әbu Bəkri evinə də᾿vət etdi ki, onunla Peyğəmbər (s) arasında yaranmış ixtilafa hakimlik etsin. Әbu Bəkr gəlib əvvəlcə Aişədən əhvalatı olduğu kimi danışmasını istədi. Aişə xanım danışarkən sərt şəkildə Peyğəmbərin (s) ədalətsiz olduğunu deyir, təhqiramiz sözlərdən istifadə edirdi. Aişənin sözlərindən qəzəblənən Әbu Bəkr ona elə bir sillə vurdu ki, ağzından qan axmağa başladı.»

Aişə xanımın ən böyük səhvi Qur᾿ani-Kərimin aşkar hökmünü sındıraraq siyasət meydanına atılması və ən nəhayət kişilərə qoşulub Әli (ə)-ın üzərinə hücum etməsi idi.

Allah-taala Әhzab surəsində Peyğəmbərin (s) xanımlarına müraciət edərək buyurur ki, siz başqa qadınlar kimi deyilsiniz; daha sonra onlara Peyğəmbərdən (s) sonra evdə oturmağı əmr edir:

«Oturun evlərinizdə, cahiliyyət zamanındakı kimi xalqın arasına çıxmayın.»(27)

Görəsən əhli-sünnət qardaşlarımız Qur᾿ani-Kərimin bu ayəsi ilə Aişə xanımın Cəməl döyüşündə başçılıq etdiyi müharibəni necə təhlil edirlər?

Xəlifə Osmanın dövründə fəryad edərək «öldürün bu yəhudi sifəti» deyən Aişə xanım, görəsən nə üçün birdən-birə onun intiqamını almaq həvəsinə düşdü?

Xalqa zülm və sitəm edib xəlifə Osmanın qanına bais olan, Peyğəmbərin (s) dili ilə lə᾿nətlənmiş Mərvan ibni Həkəmə qoşulub Osmanın müdafiəsində az qala oğlanlarını qurban verən Әli (ə)-a qarşı üsyan etməyi necə başa düşmək olar?

Bütün tarixçilərin yazdığına görə Aişə xanım, «Osmanı məzlumcasına öldürdülər, gəlin mənimlə, Allaha and olsun ki, onun intiqamını alacağam» - deyə Mədinədən Bəsrə şəhərinə getdi.

Təbəri, İbni Әsir və başqaları Bəsrədə hansı faciələrin baş verdiyini geniş şəkildə yazmışlar. Әhli-sünnət tarixçisi Məs᾿udi «Mürucuz-zəhəb» kitabının 7-ci cildində yazır:

«Bəsrədə yaralananlardan başqa 70 kişi öldürüldü. Onların 50 nəfərinin boynu vuruldu.»

Təəssüflər olsun ki, Әli (ə)-ın öz dili ilə desək, Təlhə və Zübeyr (iki məşhur səhabə) öz xanımlarını evdə pərdə arxasında gizlətdilər; Peyğəmbərin (s) xanımını dəvəyə mindirib kişilərin döyüşünə gətirdilər.

Әli (ə) döyüşdə qalib gəldikdən sonra Aişə xanımı 20 nəfər mühafizlə birlikdə Mədinəyə göndərdi. Aişə xanım Mədinəyə çatdıqdan sonra Әli (ə)-ın ona qarşı etdiyi hörmət və məhəbbəti razılıqla yad edərək dedi: Amma Әlinin məni 20 nəfər yad kişi ilə yola saldığını anlamadım. Bu zaman onunla gələn 20 nəfər şəxs üzlərini açdı və onların hamısının Әbdul-qeys tayfasının qadınları olduğu məlum oldu. Bununla belə Aişə xanım yenə də sakitləşmədi.

Təbəri öz tarix kitabında yazır:

Әli (ə)-ın ölüm xəbəri Aişəyə çatanda aşağıdakı məzmunda bir şe᾿r oxudu: «Әli tərəfdən fikrim rahat oldu. Mən bir qonaq gözləyən şəxs kimi bu xəbəri gözləyirdim.»

Cəməl döyüşündən ibrət almayan Aişə xanım Әli (ə)-ın oğlu imam Həsən (ə)-la da düşmənçiliyi davam etdirdi.

Sibt ibni Cuzi «Xəvassul-ummə» kitabında, Mə᾿sudi «Әxbaruz-zaman» kitabında, İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında və Məhəmməd Xavəndşah «Rovzətus-səfa» kitabında yazır:

«İmam Həsən (ə) şəhid olduqdan sonra Bəni-haşim tayfası onun cənazəsini Peyğəmbərin (s) yanında dəfn etmək istəyirdi. Cənazə hərəkət edəndə Aişə xanım bir qatıra minərək Bəni-üməyyə tayfası ilə birlikdə onların qarşısını kəsdi. İbni Abbas dedi: Aişə, sənin əməllərinə təəccüb edirəm. Sənin üçün Cəməl müharibəsini xatırlamaq bəs idi. Deməli, bir gün dəvəyə minərsən, bir gün qatıra. Gözlə ki, bir gün filə minməyəsən...»

 

 

  963
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment