Azəri
Monday 25th of March 2019
  2439
  0
  0

Daxili İşlər Naziri, nazirliyin tabeliyində olan VVADQ Baş İdarəsinin sədri və qurumun məsul rəsmiləri ilə görüş (2010/01/31 - 12:47)

Daxili İşlər Naziri, nazirliyin tabeliyində olan VVADQ Baş İdarəsinin sədri və qurumun məsul rəsmiləri ilə görüş (2010/01/31 - 12:47)

Mübarək “Fəcr dekadası” ərəfəsində 15 yaşdan yuxarı olan vətəndaşlara şəxsiyyəti təsdiq edən yeni ölkədaxili pasportların verilməsi ilə bağlı dövlət layihəsi ilk belə pasportun məhz İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə təqdim olunması ilə start götürdü. 

Yüksək təhlükəsizlik əmsalına malik olan bu yeni ölkədaxili pasportlara qədər ölkədə analoji sənəd 15 yaşına qədər olan vətəndaşlara verilirdi. Daxili İşlər Nazirliyi yaxın 3 il ərzində İİR-nın bütün vətəndaşlarına 70 milyon ədəd yeni ölkədaxili pasportun təqdim olunmasını nəzərdə tutur.    

Bu gün günortadan sonra Daxili İşlər naziri, habelə nazirliyin tabeçiliyində olan VVADQ Baş İdarəsinin sədri və qurumun bir qrup məsul rəsmiləri ilə görüşdə Ali Məqamlı Rəhbər İran vətəndaşlarının şəxsiyyətini təsdiq edən mötəbər sənədlərin təsbit olunmasını çox əhəmiyyətli bir məsələ adlandıraraq və bu layihəni irəli sürmüş rəsmilərə öz minnətdarlığını bildirərək qeyd etdi: “Yüksək təhlükəsizlik əmsalına malik olan yeni ölkədaxili pasportların verilməsi ölkə vətəndaşlarının sənəd qeydiyyatı prosesində yeni bir mərhələdir. Ümidvaram ki, məsul şəxslərin səyi nəticəsində bu mərhələ geniş əhatəli bir şəkildə həyata keçiriləcək”.

Şəxsiyyəti təsdiq edən yeni pasportların mötəbər bir sənəd kimi ölkədəki müxtəlif məsələlərə müsbət təsir edəcəyini xüsusilə qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün siz keçmişdə vətəndaşların qeydiyyataalma mexanizmini həyata keçirmiş strukturların fəaliyyətinə qiymət verdiyiniz kimi, gələcək nəsillər də sizin bu əhəmiyyətli addımınızı mütləq dəyərləndirəcək. Buna görə də vətəndaşlar barədə məlumatların təsbit olunması və pasportların verilməsi prosesinə kifayət qədər diqqət yetirilməlidir”.

Görüşün əvvəlində Daxili İşlər naziri cənab Mustafa Məhəmməd Nəccar geniş imkan və potensiala malik olan yeni pasportların hazırlandığını qeyd edərək dedi: “Ali Rəhbərlik Məqamının İİR vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədlərin mötəbərlik əmsalının artırılması ilə bağlı göstərişinə müvafiq olaraq bu sənədlərin asanlıqla saxtalaşdırılmasının qeyri-mümkünlüyünü təmin etmək məqsədilə VVADQ Baş İdarəsinin gündəliyində yeni ölkədaxili pasportların hazırlanması mühüm yer tutdu”.

Daxili İşlər naziri ölkədə elektron hakimiyyət infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində lazımi səy göstərildiyini qeyd edərək belə əlavə etdi: “Vətəndaşlara daha sürətli və ucuz başa gələn elektron xidmətin göstərilməsini təmin etmək məqsədilə yeni ölkədaxili pasportların və smart-kart sistemi əsasında intellektual şəxsiyyət vəsiqələrinin verilməsinə artıq başlanmışdır”.

Habelə VVADQ Baş İdarəsinin sədri cənab Nazemi Ərdəkani də ölkədə vətəndaş qeydiyyatı ilə bağlı statistikanı təqdim etdi, vətəndaşların şəxsiyyətini müəyyənləşdirən sənədlərin verilməsi prosesinin gedişatı barədə məlumat verərək dedi: “VVADQ Baş İdarəsinin məntəqələr üzrə 570 nümayəndəliyi mövcuddur. Qeyd edək ki, Baş İdarənin tabeliyində ölkə üzrə vətəndaşlara elektron xidmətin göstərilməsini təmin edən 65 qurum və təşkilat var”.

  2439
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment