Azəri
Monday 25th of March 2019
  618
  0
  0

IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi nəzəri

1-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi nəzəri

«Səhabə» və «imamət» bəhslərində qeyd olunduğu kimi, Əh li-beyt məktəbinin ardıcılları öz dini maarifini və nişa nə lə rini Əhli-beytdən olan on iki imamdan ¢ əxz edir lər, xüləfa məktəbinin ardıcılları isə öz dini maarif lə ri ni və nişanələrini Peyğəmbəri Əkrəm ¡-in səhabə lə rin dən olan hər bir şəxsdən – onların arasında heç bir fərq qoymadan – əldə edirlər. Çünki onların hamısını əda lət li bilirlər, halbuki, Əhli-beyt məktəbinin ardıcılları ki, Cə məl müharibəsində Əli -la müharibə aparan Təlhə[1] və Əb dül lah ibni Zübeyr[2] kimi səhabələrdən, Həmçinin, «Sif feyn» müharibəsində onunla müharibəyə gələn Müaviyə[3], Əmr ib ni As[4] və Nəhrəvanda onunla müharibə aparan Zul-Xu vəy si rə[5] və Əbdüllah ibni Vəhhab[6] kimi şəxslərin heç birinə mü ra ciət etmirlər.

Əhli-beyt ardıcıları yenə də öz maariflərini bu şəxs lə rin oxşarlarından əldə etmirlər – istər səhabə olsunlar, is tər tabein, istərsə də tabeinlərin ardıcılları, yaxud da sair ra vilər təbəqəsindən.[7]

Halbuki, misal üçün imamül-mühəddisin Buxari Əhli-beyt imam ların altıncısı olan Imam Cə`fər Sadiq -dan bir hə dis belə, öz «Səhih» kitabında rəvayət etməmişdir.[8] Hal bu ki, Əhli-beyt ¢ məktəbinin ardıcıllarından olan min lər lə mühəddis imam Sadiq -dan hədis rəvayət etmişdir. Bu xa ri, Əbu Davud və Nisai də öz «Səhih» kitablarında Imran ibni Həttan kimi xaricidən hədis rəvayət edirlər[9]. O həmin şəxsdir ki, Imam Əli -ın qatili olan Əbdür-Rəhman ibni Mülcəmi tə`rifləyərək deyir:

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا

"Necə yaxşı bir zərbə idi ki, onu vuran təqvalı bir şəx sin məqsədi,

Ərşin sahibinin rizvan və razılığını qazanmaqdan başqa bir şey deyildi.

Mən hər gün onu xatırlayır və belə təsəvvür edirəm ki,

Onun mükafatı Allah yanında bütün məxluqlardan artıq dır!"

Həmçinin, Nəsai «Səhih» kitabında Imam Hüseyn -ın qa tili olan Ömər ibni Səddən[10] də rəvayət nəql etmişdir. Xü lə fa məktəbinin rical alimləri onun barəsində demişlər: «Həd dindən artıq düz danışandır. Lakin camaat onu düşmən he sab edirlər. Çünki o, Hüseyn ibni Əlini qətlə yetirən bir or du nun sərkərdəliyini öhdəsinə almışdı.» Halbuki, Əhli-beyt məktəbinin ardıcılları həmişə onu lənətləyirlər.

Məhz buna görə də bu iki məktəb arasında Peyğəmbər ¡ hədisini kimdən əxz etməklə əlaqədar ixtilaf yaran mış dır.



[1] Əbu Məhəmməd Təlhə ibni Əbdüllah Qureyşi. Peyğəmbər ¡ onunla Zübeyr ara sında qardaşlıq əqdi oxumuşdu. O, Osmanın əleyhinə qiyam edənlərin ən qabaq cıl la rından biri idi. Osman qətlə yetirildikdən sonra Əli -a bey`ət edən ilk adam idi. Sonra Osmanın intiqamını Imam Əli -dan almaq bəhanəsi ilə Bəsrəyə getdi. Onun havadarlarından olan Mərvan Cəməl müharibəsində onu oxla vurub öldürdü. «Si hah» müəllifləri ondan 38 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Ayişənin is lam tarixindəki rolu» və «Cəvamiüs-sirə» kitablarında – səh.281-də mövcudur.

[2] Əbu Həbib Əbdullah ibni Zübeyr Qürəyşi. Onun anası Əbu Bəkrin qızı Əsma idi, Ümmül-mö`minin Ayişə də onu çox istəyir və əzizləyirdi. O, Əhli-beytin düşməni idi və Imam Əli onun barəsində belə buyurmuşdu: "Zübeyr, oğlu Əbdüllah böyüyənə qədər həmişə biz Əhli-beyt ilə idi.» O, Cəməl müharibəsində Ayişəni Əli -ın əleyhinə təhrik edənlərdən biri idi. Imam Hüseyn -ın şəhadətindən sonra Məkkədə istiqlaliyyət şüarı verdi və 73-cü hicri ilində Həccac ibni Yusifin əli ilə öldürüldü. «Sihah» müəlifləri ondan 33 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», «Cəvamiüs-sirə» və «Ayişənin islam tarixindəki rolu» kitablarında, Cəməl müharibəsi bölməsində qeyd olunmuşdur.

[3] Əbu Əbdillah Müaviyə ibni Əbu Süfyan Qurəyşi Əməvi. Onun anası Hind Ütbənin qızıdır. Məkkənin fəthindən sonra islamı qəbul etmişdir. Onun qardaşı hicrətin 18-ci ilində Əmvasda zərbətləndikdən sonra onu öz yerinə tə`yin etdi. Ömər də onu təsdiqlədi. O, Osmanın qətlə yetirildiyi vaxta qədər Şamın valisi idi. Ondan sonra Imam Əli -ın əmr və fərmanından imtina və o həzrətin əleyhinə müharibədə ordunun yaraqlandırılmasına kömək etdi. 36-cı hicri ilində Siffeyn müharibəsində Imamla qarşılaşdı və Imamın ordusunun qələbəsini hiss etdiyi zaman Qur`anları nizə ucuna vurub qaldırmaqla onları həkəmiyyətə də`vət etdi və bununla da onları aldatdı. Həkəmiyyət hadisəsində də Əmr ibni As, Əbu Musa Əş`ərini aldatdı. 41-ci hicri ilində Imam Həsən onunla sülh etdi. Bundan sonra o, müsəlmanların xəlifəsi oldu və 60-cı hicri ilində dünyadan getdi. «Sihah» müəllifləri ondan 163 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Ayişənin islam tarixindəki rolu» və «Cəvamüs-sirə» kitabında, səh.277 mövcuddur.

[4] Əbu Əbdillah Əmr ibni As Qurəyşi Səhmi. Onun anası cahiliyyət dövrünün məşhur fahişələrindən idi. Xeybərin fəth olunduğu ildə Islamı qəbul etmiş, Ömərin xilafəti dövründə Misri fəth etmiş və oranın hakimi olmuşdu. Osman onu vəzifədən götürdükdən sonra camaatı onun əleyhinə təhrik edənlərdən biri və Osmanın qətlindən sonra Misrə hakim olmaq şərti ilə Müaviyənin köməkçisi oldu və Siffeyn müharibəsində iştirak etdi. Qur`anların nizəyə vurulması təklifini də o irəli sürmüşdü. Sonra həkəmiyyət hadisəsində Əbu Musa Əş`ərini aldatdı, daha sonra Misrə getdi, orada Məhəmməd ibni Əbu Bəkri qətlə yetirib oranın hakimi oldu və 40-cı hicri ilində dünyadan getdi. «Sihah» müəllifləri ondan 39 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Ayişənin islam tarixindəki rolu» və «Cəvamius-sirə»də, (səh.280) qeyd olunmuşdur.

[5] Zul-Xuvəysirə Təmimi. Onun adı Hərqus idi. Peyğəmbəri Əkrəm ¡ bir gün beytul-malı bölüşdürəndə, o demişdi: «Ey Allahın Rəsulu! Ədalətlə bölüşdür!» Peyğəmbər ¡ buyurmuşdu: «Vay olsun sənə! Əgər mən də ədalətə irayət etməsəm, onda kim ədalətli olar?!» Peyğəmbər onun islam dinindən çıxıb sonra qətlə yetiriləcəyindən xəbər vermişdi. O, Nəhrəvanda xəvaricin cərgəsində həlakətə çatdı və Əli , Peyğəmbər ¡-in xəbər verdiyi kimi, onun cənazəsini tapdı. Onun tərcümeyi-halı «Usdul-ğabə»də qeyd olunmuşdur.

[6] Əbdüllah ibni Vəhəb Rasibi Səbai. 37-ci ildə Xəvaric onunla bey`ət etdi ki, onların xəlifəsi olsun. O da Nəhrəvanda qətlə yetirildi. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kitabında qeyd olunmuşdur.

[7] Əlbəttə, bə`zən Imam Əli -ın fəzilət və üstünlüyünə dəlalət edən bu və başqa rəvayətləri onlardan nəql edirlər. Səbəbi də budur ki, əsl fəzilət odur ki, düşmən ona şəhadət versin.

[8] Şeyx Müfid «Irşad» kitabının 252-ci səhifəsində deyir: «Hədis müəllifləri Imam Sadiq -dan hədis nəql edən dörd mindən artıq nəfərin adını qeyd etmişlər.» O həzrət 148-ci ildə vəfat etmişdir.

[9] Imran ibni Həttan Bikri xəvaricin şairlərindən idi. Onun tərcümeyi-halı «Əğani», Sasi çapı, 16-cı cild, səh.147-148-də qeyd olunmuşdur.

[10] Əbu Cə`fər Ömər ibni Sə`d Qureyşi 65, yaxud 66, yaxud 76-cı hicri ilində Muxtarın əli ilə qətlə yetirildi. Onun tərcümeyi-halı «Təhzibüt-təhzib», 7-ci, səh.451-də qeyd olunmuşdur.

  618
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment