Azəri
Sunday 26th of May 2019
  669
  0
  0

IKi məKtəbin Qur`ani-Kərim barəsindəKi nəzərləri

IKi məKtəbin Qur`ani-Kərim barəsindəKi nəzərləri

1-Peyğəmbəri Əkrəm ¡-in və səhabələrin Qur`anın bir yerə toplanmasına göstərdiyi ciddi cəhdlər.

2-«Fatimə Müshəfi» ilə əlaqədar yeni təbliğatlar.

1-Peyğəmbəri ƏKrəm ¡-in və səhabələrin Qur`anIn bir yerə toPlanmasInda Göstərdiyi Ciddi Cəhdlər

Peyğəmbəri Əkrəm ¡ hər bir ayə nazil olduğu zaman onu bütün müsəlmanlara tilavət edir, təfsirə ehtiyacl olan şeyləri onlar üçün açıqlayır, xüsusilə onu Imam Əli -a təlqin edərək öyrədir və yazılmasına dair göstəriş verirdi ki, bunun ətraflı izahı sonrakı bölmələrdə gələcəkdir.

O həzrət Mədinəyə hicrət edən zaman müsəlmanları yazı üs­lu­bunu öyrənməyə təşviq edirdi. Onlar da bu işə başlayır, son­ra Peyğəmbər ¡ onları təşviq edirdi ki, Qur`anı ya­zıb əzbərləsinlər, onlar da bu işdə bir-birilə ötüşürdülər. Nə qədər Qur`an ayələrini öyrənirdilərsə, əllərinə keçən hər bir şeyə – dəriyə və başqa şeylərə yazırdılar. Peyğəmbəri Ək­rəm ¡ surələrin adlarını, ayələrin yerlərini, mü­tə­al Allahın ona öyrətdiyi üslubda camaata öyrədirdi. Belə ki, mü­tə­al Allah onu Öz dərgahına apadığı zaman səhabələrdən on­lar­cası Mədinədə bütün Qur`anı hifz etmiş, səhabələrdən çoxu da bütün Qur`anı yazıb öz yanında saxlamışıdılar. O Qur`­an­ların bu günkü Qur`anla yeganə fərqi budur ki, o zaman­da­kı Qur`anlar hazırkı kimi cildlənmiş və tənzimlənmiş for­mada deyildi, əksinə, bir-birindən ayrı olan vərəqlərdə və lövh­lərdə yazılmışdı. Peyğəmbəri Əkrəm ¡ vəfat edən za­man Əli Qur`anı vahid bir kitab şəklinə saldı. Əli­dən başqa səhabələrin hamısının da öz yazdığı Qur`an nüsxə­si var idi. Lakin xəlifə Əbu Bəkr bu nüsxələrlə kifayət­lən­mə­di və göstəriş verdi ki, səhabələrdən bir qrupu Qur`anı bir kitab şəklinə salsınlar. Sonra onu Ümmül-mö`minin Həf­sənin yanında əmanət qoydu. Nəhayət, Osmanın dövründə fəthlər genişləndikdə və müsəlmanlar pərakəndə vəziyyətə düş­dükdə, xəlifə göstəriş verdi ki, Həfsənin yanında möv­cud olan nüsxənin üzünü köçürsünlər və Islam ölkələrinə yay­sın­lar. Müsəlmanlar öz nüsxələrini həmin nüsxənin üzündən kö­çürt­dülər və nəsilbənəsil bir-birinə ötürdülər, nəhayət bu gün­kü günə kimi gəlib çatdı. Bu günkü günə qədər müsəl­man­lar­dan heç kəsdə həmin nüsxədən başqası yox idi, o nüs­xəyə də heç bir kəlmə artırılmamış və ya azaldıl­mamış­dır. Onun bu gün müsəlmanların əlində olan Qur`anla heç bir fər­qi yox idi. Bütün müsəlman firqələri: sünnü, şiə, əş`­əri, mö`­təzili, hənəfi, şafei, hənbəli, maliki, zeydi, Ima­mi, vəh­ha­bi və hətta xəvariclər belə, hamılıqla bu barədə yek­dil fik­rə malikdirlər, onlardan heç bir firqənin arasında, hətta bir kəl­mə belə artırılıb-azadılma olmadan, ayə və surə­ləri­nin tər­tibi pozulmadan qalmış, onlarda bu gün müsəlman­la­rın ara­sında olan Qur`anla fərqli olan bir nüsxə olmamış­dır.

Bə`zi hədis kitablarında qeyd olunan, Qur`anda əskildilmə tə­səv­vürü yaradan rəvayətlər elə əvvəlki yolunda qalmış, heç bir vəchlə Qur`an nüsxələrinin heç birinə varid olma­mış­dır. Misal üçün, altılıq təşkil edən «sihah» kitablarında: Bu­­xa­rinin, Müslümün, Əbu Davudun, Termizinin, Ibni Macə­nin, Darəminin və başqalarının kitablarda da belə deyilir: «Xə­lifə Ömər minbərə çıxaraq dedi: «Allah Mühəmmədi haqq ola­raq peyğəmbərliyə göndərdi və bu kitabı ona nazil etdi. Al­la­hın nazil etdiyi şeylərdən biri də «rəcm» ayəsidir ki, biz onu oxuyub başa düşdük və əzbərlədik. Peyğəmbər rəcm etdi, biz də ondan sonra rəcm etdik. Indi qorxuram ki, əgər ca­maat üçün bir müddət keçsə, bir şəxs deyə ki: «Allaha and ol­sun, rəcm ayəsini Qur`anda görmürəm!» Beləliklə də, Al­la­hın nazil etdiyi vacib bir hökmü tərk etməklə yolunu azalar; Hal­buki, Allahın Kitabında rəcm hökmü möhsin olduğu halda zi­na edən şəxs üçün haqq və sabitdir.»[1]

Ibni Macənin Ömərdən nəql etdiyi rəvayətdə təsəvvür olunan bir ayə – Ömərin dediyinə görə – belə imiş:

اَلشَّيْخُ وَالشَّيْخَةُ اِذَا زَنَيَا فَارْجِمُوهُمَا اَلْبَتَّةَ

"Yaşlı (qoca) kişi və qadın zina etsələr onları hökmən daş-qalaq edin!"

Malikin «Müvəttə» kitabında isə belə deyilir: «Yaşlı kişi və qadın zina etdikdə, hökmən onu daş-qalaq edin!» Biz bu ayəni oxumuşduq.»

Həmin hədislər barəsində «Səhihi-Buxari» kitabında deyilir: «Sonra biz Allahın Kitabında belə oxuyurduq:

اَنْ لاَتَرْغَبُوا عَنْ آبَائِكُمْ فَاِنَّهُ كُفْرٌ بِكُمْ اَنْ تَرْغَبُوا عَنْ آباَئِكُمْ

"Atalarınızdan üz döndərməyin; çünki sizin öz atala­rı­nız­dan üz döndərməyiniz küfrdür."

Ümmül-mö`minin Ayişədən nəql olunan bir rəvayətdə deyilir: «Qur`­­anda nazil olan ayələrdən biri də əşru rəzəatin mə`lu­ma­tin – on dəfə mə`lum süd vermə – ayəsi idi ki, Pey­ğəmbər vəfat etdikdən sonra da onları Qur`anda oxuyur­­­dular.»[2]

«Səhihi ibni Macə» kitabında deyilir:

قَالَتْ: نَزَلَتْ آيَةُ الرَّجْمِ وَرِضَاعَةُ الْكَبِيرِ عَشْرًا، وَلَقَدْ كَانَ فِي صَحِيفَةٍ تَحْتَ سَرِيرِي، فَلَمَّا مَاتَ رَسُولُ اللّهِ (ص) تَشَاغَلْنَا بِمَوْتِهِ فَدَخَلَ دَاجِنٌ فَاَكَلَهَا

"Rəcm və böyük adamın on dəfə süd əmməsi ilə əlaqədar ayə nazil oldu, mən onu yazıb taxtımın altına qoymuşdum ki, Peyğəmbər vəfat edən zaman biz onun dəfn işləri ilə məşğul olduq, ev heyvanlarından biri daxil olub onu yedi."

«Səhihi-Müslüm»də deyilir:

وَفِي صَحِيحِ مُسْلِمٍ اَنَّ اَبَا مُوسَى الْاَشْعَرِيَّ بَعَثَ اِلَى قُرَّاءِ اَهْلِ الْبَصْرَةِ وَكَانُوا ثَلاَثَمِائَةِ رَجُلٍ، فَقَالَ فِي مَا قَالَ لَهُمْ وَاَنَّا كُنَّا نَقْرَاُ سُورَةً كُنَّا نُشَبِّهُهَا فِي الطُّولِ وَالشِّدَّةِ بِبَرَاءَةَ فَاَنْسَيِتُهَا غَيْرَ اَنِّي قَدْ حَفِظْتُ مِنْهَا (لَوْ كَانَ لِابْنِ آدَمَ وَادِيَانِ مِنْ مَالٍ لَابْتَغَى وِادِيًا ثَالِثًا وَلاَ يَمْلَاُ جَوْفَ ابْنِ آدَمَ اِلَّا التُّرَابُ.) وَكُنَّا نَقْرَاُ سُورَةً كُنَّا نُشَبِّهُهَا بِاِحْدَى الْمُسَبِّحَاتِ فََاَنْسَيْتُهَا غَيْرَ اَنِّي حَفِظْتُ مِنْهَا (يَا اَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لاَ تَفْعَلُونَ فَتُكْتَبُ شَهَادَةٌ فِي اَعْنَاقِكُمْ فَتَُسْاَلُونَ عَنْهَا يَوْمَ الْقِيَامَةِ)

Əbu Musa Əş`əri Bəsrə qarilərindən 300 nəfərin hüzu­run­­da dedi: Biz Qur`anda miqdar və möhkəmlik baxımından «Bə­­ra­­ət» surəsinə təşbih etdiyimiz bir surəni oxuyurduq. Mən onun hamısını unutmuşam, yalnız burası yadımdadır: "Əgər Adəm övladının iki vadi qədərində malı olsa, şübhəsiz, üçün­­cü vadini tələb edər. Adəm övladının batinini torpaq­dan başqa heç nə doldurmaz." Həmçinin, Qur`anda müsəbbihat (səb­­bəhə sözü ilə başlayan) surələrindən birinə təşbih etdi­yi­­miz bir surəni oxuyurduq. Mən aşağıdakı ayədən başqa onun hamısını unutmuşam: "Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri deyirsiniz ki, o, şəhadət olaraq si­zin əməl dəftərlərinizə yazılar və Qiyamət günü onun barə­sin­də sorğu-suala tutularsınız."[3]

Bəli, xüləfa məktəbinin sihah kitablarında qeyd olunan bu cür rəvayətlərin varlığı ilə belə, Əhli-beyt ¢ məktə­bi­­nin ardıcıllarından heç bir kəs xüləfa məktəbinin ardı­cıl­­larını müttəhim edərək «sizin məktəbin inancına görə Qur`­anda azaldılma mövcuddur», yaxud «siz öz yanınızdan Qur`­ana müəyyən surələri və cümlələri artırmısınız» - deyə müt­tə­­him etməmişdir. Lakin bunun əksi baş vermişdir: Bu söz­lə­­rin oxşarı Əhli-beyt məktəbi ardıcıllarının bə`zi hədis ki­tab­­larında gəldiyindən, xüləfa məktəbinin yazıçılarından bir qismi Əhli-beyt məktəbi ardıcıllarına qarşı geniş əks-təbliğata başlayaraq demişlər: «Onlar Qur`anın azal­dıl­ma­­sına inanır və öz yanlarından ona müəyyən ibarələr və cüm­­lələr artırırlar». Onların bu müddəaya dəlil-sübutları da, bə`zi hədis kitablarında gələn (nadir) rəvayətlərdən iba­rət­­dir. Halbuki, Əhli-beyt məktəbinin ardıcılları Allahın Kitabından başqa heç bir kitabın yüz faiz düzgün olmasına il­ti­zamlı deyildirlər, lakin xüləfa məktəbinin ardıcılları öz­lə­rinin «Səhihi-Buxari» və «Səhihi-Müslüm»də gələn hədis­lə­rin hamısına – heç bir istisna olmadan – iltizamlı bi­lir, bu hədislərdə mövcud olan müəmmalar barəsində isə «on­la­rın tilavəti nəsx olunmuşdur» – deyərək bu kimi işlərə bə­ra­ət qazandırırlar.[4]



[1] «Səhihi-Buxari», hüdud kitabı, 4-cü cild, səh.120 «Səhihi-Müslüm», 5-ci cild, səh.116; «Sünəni Əbu Davud», 2-ci cild, səh.229 «Sünəni-Termizi», 6-cı cild, səh.204; «Sünəni Ibni Macə», hüdud kitabı, hədis:2553 «Sünəni Darəmi», 2-ci cild, səh.179; «Müvəttə» Malik, 3-cü cild, səh.42

[2] «Səhihi-Müslüm», riza kitabı. 4-cü cild, səh.167, «Sünəni Əbu Davud», nikah kitabı, 1-ci cild, səh.279 «Sünəni Nəsai», 2-ci cild, səh.82 «Sünəni Ibni Macə», nikah kitabı, 1-ci cild, səh.626, hədis:1944 «Sünəni Darəmi», 1-ci cild, səh.157; «Müvəttə», Malik, riza kitabı, 2-ci cild, səh.118

[3] «Səhihi-Müslüm», zəkat kitabı, 3-cü cild, səh.100

[4] «Səhihi-Buxari», hüdud kitabı, rəcmül-hübla minəzzina babı, hədis:1; «Səhihi-Müslüm», hüdud kitabı, rəcmüs-səyyib fizzina babı, hədis:15.

  669
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment