Azəri
Monday 25th of March 2019
  1409
  0
  0

MüsəlmanlarIn istilahInda iCtihad

2-MüsəlmanlarIn istilahInda iCtihad

Ğəzzali ictihad kəlməsinin tə`rifi barəsində deyir:

هُوَ عِبَارَةٌ عَنْ بَذْلِ الْمَجْهُودِ وَاسْتِفْرَاغُ الْوُسْعِ فِي فِعْلٍ مِنَ الْاَفْعَالِ وَلاَ يُسْتَعْمَلُ اِلاَّ فِي مَا فِيهِ كُلْفَةٌ وَجهْدٌ لكِنْ صَارَ اللَّفْظُ فِي عُرْفِ الْعُلَمَاءِ مَخْصُوصًا بِبَذْلِ الْمُجْتَهِدِ وُسْعَهُ فِي طَلَبِ الْعِلْمِ بِاَحْكَامِ الشَّرِيعَةِ

"Ictihad hər hansı bir iş barəsində çalışmaq və qüvvə sərf etməkdən ibarətdir və bu, üzücü və ağır işlərdən başqa yer lərdə işlənməz... Lakin bu kəlmə alimlərin istilahında şəriət hökmlərinə elm tapmaq yolunda çalışmaq və sə`y etmək mə`nasına məxsus edilmişdir."[1]

Dehləvi deyir:

حَقِيقَةُ الْاِجْتِهَادِ اِسْتِفْرَاغُ الْجهْدِ فِي اِدْرِاكِ الْاَحْكَامِ الشَّرْعِيَّةِ مِنْ اَدِلَّتِهَا التَّفْصِيلِيَّةِ الرَّاجِعَةِ كُلِّيَّاتِهَا اِلَى اَرْبَعَةِ اَقْسَامٍK اَلْكِتَابِ وِالسُّنَّةِ وَالْاِجْمَاعِ وَالْقِيَاسِ

"Ictihadın həqiqəti şər`i hökmlərin təfsili dəlil lər dən dərk olunmasında çalışmaq və qüvvə sərf etməkdən – yə` ni Allahın Kitabı, Peyğəmbərin sünnəsi, icma və qiyasdan iba rət dir."[2]

Məhəmməd Əmin də «Təysirüt-təhrir» kitabında əhkamın dəlillərini belə təqdim etmişdir[3].

Bu, xüləfa məktəbində ictihad kəlməsinin istilahi mə` na sı idi ki, 5-ci hicri əsrindən sonra Əhli-beyt ¢ mək tə bi alimlərinin yanında da geniş şəkildə yayılmağa baş la mış dır. Belə ki, Əllamə Hilli «Məbadil-üsul» kita bı nın 12-ci fəslində ictihad kəlməsinin tə`rifində deyir: "Ic tihad – zənni əşr`i məsələlərdə o qədər fikri qüvvə sərf etməkdən və çalışmaqdan ibarətdir ki, ondan artıq miq dar da müyəssər ol masın, onun Peyğəmbərə nisbət verilməsi də sə hih deyildir. Çün ki mütəal Allah «Nəcm» surəsinin 4-cü ayə sində buyurur: "O, həvayi nəfs üzündən danışmır." Ictihad da zənn və gümandan ar tıq bir fayda vermədiyindən və o həzrət də həmişə vəhyi əxz etməyə qadir olduğundan, hökmlərin ço xun da vəhyin gəli şini gözləyirdi. Əgər onun üçün ictihad et mək caiz olsaydı, ona doğru gedərdi. Əgər o həzrət üçün caiz olsaydı, Cəbrail üçün də caiz olardı. Belə olan təqdirdə də «həzrət Məhəm məd¡-in şəriəti Allah tərəfindəndir» - deyilməsinə əmin olmaq üçün bütün qapılar bağlanardı. Çünki ictihad bə` zən xata, bə`zən düzgün olur, o həzrətin buna təslim ol ma sı da caiz deyildir. Çünki onun sözlərinə olan e`timadı ara dan aparır.

Həmçinin bizim nəzərimizə görə Imamlardan heç biri üçün ictihad etmək caiz deyildir. Çünki onlar mə`sumdurlar, hökm ləri yalnız Peyğəmbər¡dən öyrənmişlər. La kin alim lər üçün caizdir ki, öz ictihadları ilə hökmləri Qur` an və sünnədə mövcud olan ümumi göstərişlərdən çıxar sın lar, bir-biri ilə ziddiyyətdə olan dəlillər arasından hər han sı bi rinə üstünlük verərək şəriət hökmünü əldə etsinlər. Am ma hökm lərin qiyas və istihsan əsasında əxz edilməsi caiz deyil dir.»[4]

Diqqət yetirilməlidir ki, Əhli-beyt ¢ məktəbinin alim ləri ictihad və müctehid kimi istilahlardan istifadə et mək lə yanaşı, fiqh və fəqih istilahlarını da boş la ma mış, əksinə, hər iki istilahı birlikdə işlətmişlər. Belə ki, «Məalim» kitabının müəllifi kitabının əvvəlində yazır: «Əl-fiqhu fil-lüğəti əl-fəhmu» – fiqh lüğətdə başa düşmək mə`nasındadır, istilahda isə fər`i şəriət hökmlərinə onun təfsili dəlilləri vasitəsi ilə elm tapmaqdan ibarətdir. O bundan sonra ictihadın tə`rifi üçün digər bir bölmə açaraq deyir: «Lüğətdə ictihad – cəhd etmək, müqavimət göstərmək mə`nasınadır... Amma istilahda fəqihin şər`i hökmə zənn tapmaq üçün çalışması və qüvvə sərf etməsinə deyilir.»[5]

Yuxarıda qeyd olunanlardan əlavə, bu iki məktəb şər`i hökmlərin dəlillərinin bə`zilərində də nəzər ixtilafına malikdirlər ki, tezliklə onları bəyan edəcəyik.

Yuxarıda qeyd olunan beş istilahı bəyan etdikdən sonra mütəal Allahın köməyi ilə hər iki məktəbin bu istilahlar barəsindəki nəzəriyyələrini araşdıracağıq.

 



[1] «Əl-müstəsfa fi üsulil-fiqh», Misir çapı, 1356-cı il, 3-cü cild, səh.101; Əbu Ha mid Məhəmməd Ğəzzalinin tərcümeyi-halı (h.q 505-ci ildə və fat edib) «Kəşfuz-zu nun», 2-ci cild, səh.1673-də qeyd olunmuşdur. Həmçinin Amə dinin «Əl-əhkam» kitabı, 4-cü cild, səh.141.

[2] «Dairətül-məarif», Fərid Məcdi, 3-cü cild, səh.236 Əhməd ibni Əbdür-Rəhim Deh ləvi Faruqi Hənəfinin «Əl-insafu fi bəyani səbəbil-ixtilaf» risa ləsindən nəq lən (1176, yaxud 1179-cu ildə vəfat edib). Onun tərcümeyi-halı Zərkəlinin «Əl-ə`lam» kita bının 1-ci cildinin 144-cü səhifəsində gəlmişdir.

[3] Bu kitabın əsli Ibni Həmmam Hənəfi adı ilə məşhur olan Əllamə Kəmalüdin Mə həm məd ibni Əbdül-Vahidin yazdığı «Ət-təhrirü fi üsulil-fiqh» kitabıdır (861-ci il də vəfat edib) ki, onun fəzilətli şagirdi Məhəmməd ibni Məhəmməd ibni Əmir Hə nə fi (879-cu ildə vəfat edib) onu şərh etmişdir. Mühəqqiq Məhəmməd Əmin (Buxara pad şahı Əmir adı ilə məşhurdur) Məkkədə yaşadığı halda şərh etmiş və onu «Təy si rüt-təhrir» adlandırmışdır. Biz onun Misir çapından (1351-ci ildəki çap) 1-ci cild, səh.171-dən nəql etdik. Onların tərcümeyi-halı «Kəşfuz-zunun», 1-ci cild, səh.358-də mövcuddur.

[4] «Məbadil-üsul ila elmul-üsul», səh.240-241.

[5] «Məalimüd-din».

  1409
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment