Azəri
Friday 19th of July 2019
  815
  0
  0

Lüğətdə iCtihad

5-ICtihad

1-Lüğətdə iCtihad

Ibni Əsir deyir:

اَلْاِجْتِهَادُ بَذْلُ الْجَهْدِ فِي طَلَبِ الْاَمْرِ، وَهُوَ اِفْتِعَالٌ مِنَ الْجَهْدِ الطَّاقَةُ

"Ictihad – iftial vəznində olub bir şeyi əldə etmək üçün çalışmaq mə`nasına olan cəhd kökündən alınmışdır."[1]

Bu kəlmə Peyğəmbəri Əkrəm ¡-in və səhabələrinin döv­­ründə, birinci hicri əsrinin sonuna qədər həmin mə`nada iş­­lənmişdir. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in belə bu­yur­­duğu nəql olunur:

اَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ فقمن اَنْ يُسْتَجَابَ لَكُمْ

"Amma səcdəyə gəldikdə isə, onun dualarında çalışın ki, sizin üçün müs­təcab olması layiqdir."[2]

Yenə buyurur:

صَلُّوا عَلَيَّ وَاجْتَهِدُوا فِي الدُّعَاءِ

"Mənə salavat göndərin və dua etməkdə çalışın!"[3]

Yenə buyurur:

فَضْلُ الْعَالِمِ عَلَى الْمُجْتَهِدِ مِائَةُ دَرَجَةٍ

"Alimin müctehidə (ibadət yolunda çalışana) olan dərəcəsi 100 də­rə­cədir."[4]

Məhəmməd Qərzi deyir:

كَانَ فِي بَنِي اِسْرَائِيلَ رَجُلٌ فَقِيهٌ عَالِمٌ، عَابِدٌ مُجْتَهِدٌ

"Bəni Israil qövmü arasında fəqih, alim, müctehid (icti­had­lı), abid və çalışqan bir kişi var idi."[5]

Ayişənin belə dediyi nəql olunur:

وعن عائشة K كَانَ رَسُولُ اللّهِ يَجْتَهِدُ فِي الْعَشْرِ الْاَوَاخِرِ مَا لاَيِجْتَهِدُ فِي غَيْرِهِ اَيْ يَجْتَهِدُ فِي الْعِبَادَةِ

"Peyğəmbəri Əkrəm ayın üçüncü on günlüyündə elə çalı­şır­­dı ki, ondan başqa vaxtlarda belə çalışmırdı.-Yə`ni Pey­­ğəmbər ¡ ibadətdə çalışırdı."[6]

Təlhə Peyğəmbəri Əkrəm ¡-lə müasir olan iki nəfə­rin barəsində belə deyir:

وَفِي حَدِيثِ طَلْحَةَ عَنْ رَجُلَيْنِ عَلَى عَهْدِ رَسُولِ اللّهِK كَانَ اَحَدُهُمَا اَشَدَّ اجْتِهَادًا مِنَ الْاخَرِ...

"Onlardan biri digərindən daha artıq çalışırdı, o çalış­qan şəxs şəhid oluncaya qədər çalışdı."[7]

Əbu Səidin belə dediyi nəql olunur:

كَانَ رَسُولُ اللّهِ (ص ) اِذَا حَلفَ وَاجْتَهَدَ فِي الْيَمِينِ قَالَ...

"Peyğəmbəri Əkrəm ¡ hər vaxt peyman bağlasaydı və peymanda çalışsaydı, buyurardı... "[8]

Bəni Müstələq qəzvəsində Əbdüllah ibni Übeyin barəsində belə qeyd olunur:

فَاجْتَهِدْ بِيَمِينِهِ مَا فَعَلَ

"O çalışır və and içirdi ki, heç bir iş görməmişdir."[9]

Ümmi Harisənin Peyğəmbər ¡-dən oğlu Harisənin ta­­leyi barəsində sual etməsi ilə əlaqədar qeyd olunur ki, o be­lə demişdir:

اِنْ كَانَ فِي الْجَنَّةِ صَبَرْتُ، وَاِنْ كَانَ غَيْرَ ذَلِكَ اجْتَهَدْتُ عَلَيْهِ فِي الْبُكَاءِ

"Əgər behiştdə olsa, səbir edərəm; əgər başqa yerdə olsa, ona daha çox ağlamaqda çalışaram."[10]

Yuxarıda qeyd olunanlardan və saysız-hesabsız digər rəva­yət­­lərdən aydın olur ki, birinci hicri əsrində ictihad kəl­mə­­sindən insanların başa düşdüyü sadəcə olaraq sə`y etmək, ça­­lış­maq və fəaliyyət göstərməkdən ibarət idi. Bu mə`na daha son­­ra Islam cəmiyyətlərində dəyişikliyə uğradı və müsəl­man­la­­rın istilahında şəriətin fər`i hökmlərini onun təfsili də­­lil­lərindən əldə etmək və kəşf etmək mə`nasını özünə al­dı.



[1] «Nihayətül-lüğət», cə-hə-də maddəsi.

[2] «Səhihi-Müslüm», səlat kitabı, hədis:207; «Müsnədi-Əhməd», 1-ci cild, səh.219.

[3] «Sünəni Nəsai», 1-ci cild, səh.190; «Müsnədi-Əhməd», 1-ci cild, səh.199.

[4] «Sünəni Darəmi», müqəddimə, 1-ci cild, səh.100.

[5] «Əl-Müvəttə», Malik, cənaiz kitabı, hədis:43.

[6] «Səhihi-Müslüm», e`tikaf kitabı, hədis:8; «Sünəni Ibni Macə», hədis:1767.

[7] «Sünəni Ibni Macə», rö`ya kitabı, hədis:3925; «Müsnədi-Əhməd», 1-ci cild, səh.163, 2-ci cild, səh.323, 363, 6-cı cild, səh.82, 123, 256, 5-ci cild, səh.40.

[8] «Müsnədi-Əhməd», 3-cü cild, səh.33 və 48.

[9] «Səhihi-Buxari», 3-cü cild, səh.136 «Səhihi-Müslüm», münafiqin kitabı, hədis:1; «Müsnədi-Əhməd», 4-cü cild, səh.373.

[10] «Səhihi-Buxari», cihad kitabı, 2-ci cild, səh.92; «Müsnədi-Əhməd», 3-cü cild, səh.260 283.

  815
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment