Azəri
Tuesday 19th of March 2019
  781
  0
  0

Fiqh-2

a) Peyğəmbər ¡-in belə buyurduğu nəql olunur:

اَلْفُقَهَاءُ اُمَنَاءُ الرُّسُلِ مَا لَمْ يَدْخُلُوا فِي الدُّنْيَا

"Fəqihlər, dünyaya məftun olmayıncaya qədər peyğəmbərlərin əmanət dar larıdır."[1]

مَنْ حَفِظَ عَلَى اُمَّتِي اَرْبَعِينَ حَدِيثًا مِنْ اَمْرِ دِينِهمْ يَنْتَفِعُونَ بِهَا فِي اَمْرِ دِينِهِمْ، بَعَثَهُ اللّهُ يَوْمَ الْقِيَامَةِ فَقِيهًا عَالِمًا

"Hər kəs mənim ümmətimin ehtiyac duyduğu din işlərindən 40 hə dis əzbərləsə və ondan faydalansalar, Allah onu Qiyamətdə alim və fə qih kimi məhşur edər."[2]

b) Imam Əliyyibni Əbitalib belə buyurur:

مَنِ اتَّجَرَ بِغَيْرِ فِقْهٍ فَقَدِ ارْتَطَمَ فِي الرِّبَا

"Hər kəs fiqhi öyrənmədən alver və ticarət edərsə, şübhəsiz, ribaya (sələmə) qərq olar."[3]

وَرَبِيعًا لِقُلُوبِ الْفُقَهَاءِ

"Fəqihlərin qəlblərinin baharı..."[4]

وَتَفَقَّهْ فِي الدِّينِ

"Dində fəqih ol!"[5]

v) Imam Sadiq -ın belə buyurduğu nəql olunur:

لَيْتَ السِّيَاطَ عَلَى رُؤُوسِ اَصْحَابِي حَتَّى يَتَفَقَّهُوا فِي الْحَلاَلِ وَالْحَرَامِ

 "Kaş səhabələrimin başının üstündə halal-haram işlərində fə qih olmaları üçün şallaq olaydı!"[6]

لاَ يَكُونُ الرَّجُلُ مِنْكُمْ فَقِيهًا حَتَّى يَعْرِفَ مَعَارِيضَ كَلاَمِنَا

"Sizlərdən heç biri, bizim sözlərimizdəki kinayələri (bir söz deyib onun laziməsini nəzərdə tutmaq-müt) başa düşməyincə fəqih ola bil məz."[7]

Həmçinin buyurur:

مَنْ كَانَ مِنَ الْفُقَهَاءِ صَائِنًا لِنَفْسِهِ، حَافِظًا لِدِينِهِ، مُخَالِفًا عَلَى هَوَاُه، مُطِيعًا لِاَمْرِ مَوْلِاهُ، فَلِلْعَوَامِّ اَنْ يُقَلِّدُوهُ.

"Fəqihlərdən hər biri öz nəfsini (nəfsani istəklərini) saxlasa, öz di nini hifz etsə, nəfsinin istəkləri ilə müxalifət etsə və Mövla sı nın fərmanlarına müti olsa, avam camaat üçün ona təqlid və itaət et mək rəvadır."[8]

Bu, kitab və sünnədə fiqhfəqih kəlmələrinin mə`nası idi. Əhli-beyt ¢ məktəbi alimlərinin nəzərində bundan son ra fiqh kəlməsi xüsusi mə`na ifa etdi və o da «Fər`i hökm lərə, onun təfsili dəlilləri yolu ilə elm və agahlıq əl də etməkdən» ibarətdir.

Cəmalüddin Həsən ibni Zeynüddin (111-ci h.q ildə vəfat edib) özünün «Məalimüd-din» kitabında («Məalimül-üsul» adı ilə məşhurdur) yazır:

اَلْفِقْهُ فِي اللُّغَةِK اَلْفَهْمُ وَفِي الْاِصْطِلاَحِK هُوَ الْعِلْمُ بِالْاَحْكَامِ الشَّرْعِيَّةِ الْفَرْعِيَّةِ عَنْ اَدِلَّتِهَا الْتَّفْصِيلِيَّةِ

"Fiqh lüğətdə anlamaq, başa düşmək mə`nasınadır, isti lah da isə şəriətin fərhi hökmlərinə, onun təfsili dəlil ləri yolu ilə elm əldə etməkdən ibarətdir."[9]

Onun «istilah» dedikdə məqsədi Əhli-beyt ¢ məktəbi alimlərinin istilahıdır.

 

 



[1] «Biharul-ənvar», 2-ci cild, səh.110 və 156.

[2] Yenə orada.

[3] «Nəhcül bəlağə», hikmət 447.

[4] Yenə orada, xütbə 196.

[5] Yenə orada, 31-ci məktub, Imam Əli -ın Imam Həsən -a olan vəsiyyəti.

[6] «Məhasin», Bərqi, hədis:161; «Biharul-ənvar», 1-ci cild, səh.66.

[7] «Biharul-ənvar», 2-ci cild, səh.184.

[8] «Biharul-ənvar», 2-ci cild, səh.184.

[9] «Məalümid-din», Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqalın təshihi ilə, səh.66.

  781
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment