Azəri
Sunday 16th of June 2019
  812
  0
  0

Fiqh

4-Fiqh

Lüğət kitablarında qeyd olunanlara əsasən, fiqh kəlməsi «başa düşmək» deməkdir. Onun Allahın Kitabı və Peyğəm­bə­rin sünnəsində gələn mə`naları isə belədir:

Allah-taala «Tövbə» surəsinin 122-ci ayəsində buyurur:

﴿فَلَوْ لاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَ لِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

"Nə üçün hər bir qrupdan bir tayfa köç edib getmir ki, dində fə­qih və agah olsunlar və öz qövmlərinə doğru qayıtdıqları zaman onları (ilahi əzabdan) qorxutsunlar?! Bəlkə onlar (pis əməllərdən) çəkinələr."

Peyğəmbəri Əkrəm ¡ buyurmuşdur:

نَضَرَ اللّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي هذِهِ فَبَلَّغَهَا، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلَى مَنْ هُوَ اَفْقَهُ مِنْهُ.

"Allah-taala mənim bu sözlərimi eşidib təbliğ edənləri şad edib sevindirər: nə çox fiqh elmini daşıyanlar var ki, özləri fəqih deyildir; nə çox fiqhi daşıyanlar var ki, fiqhi özündən daha artıq agah olan şəxslərə çatdırırlar."[1]

Həmçinin belə buyurduğu rəvayət olunmuşdur:

فَقِيهٌ اَشَدُّ عَلَى الشَّيْطَانِ مِنْ اَلْفِ عَابِدٍ

"Bir fəqih Şeytan qarşısında min abidən daha güclüdür."[2]

Yenə buyurmuşdur:

مَنْ فَقَّهَ فِي دِينِ اللّهِ وَنَفَعَهُ مَا بَعَثَنِيَ اللّهُ بِهِ، فَعَلِمَ وَعَلَّمَ

"Hər kəs Allahın dinində fəqih olsa və mənim risalətim ona fayda versə, həm öyrənər, həm də başqalarına öyrədər."[3]

Başqa bir hədisdə:

خِيَارُكُمْ اَحَاسِنُكُمْ اَخْلاَقًا اِذَا فَقَّهُوا

"Sizin ən yaxşılarınız – əgər fəqih olsalar – ən yaxşı əxlaqa malik olanlarınızdır."[4]

خِيَارُهُمْ فِي الْجَاهِلِيَّةِ، خِيَارُهُمْ فِي الْاِسْلاَمِ اِذَا فَقَّهُوا

"Cahiliyyət dövründəki ən yaxşıları, islamda əgər fəqih olarsa ən yaxşılarından ibarətdir."[5]

خِصْلَتَانِ لاَ تَجْتَمِعَانِ فِي مُنَافِقٍ: حسن سمت وَلاَ فِقْهٌ فِي الدِّينِ

"Iki xislət vardır ki, münafiqdə bir yerə cəm olmaz: xoş sifətli olmaq və dində fəqih olmaq."[6]

مَنْ يُرِدِ اللّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ

"Allah hər kəsə xeyir vermək istəsə, onu dində fəqih qərar verər."[7]

اِنَّ رِجَالاً يَاْتُونَكُمْ مِنْ اَقْطَارِ الْاَرَضِينَ يَتَفَقَّهُونَ فِي الدِّينِ فَاِذَا اَتَوْكُمْ فَاسْتَوْصُوا بِهِمْ خَيْرًا

"Fəqih olmaq üçün yerin ətraf nahiyələrindən sizə doğru bə`zi in­sanlar gəlir. Hər vaxt gəlsələr, onları yaxşı şəkildə qarşılayın."[8]

Peyğəmbər ¡ Ibni Abbasın barəsində dua edərək dedi:

اَللّهُمَّ فَقِّهْهُ فِي الدِّينِ

"Pərvərdigara! Onu dində fəqih qərar ver!"[9]

Peyğəmbərdən əlavə, Əhli-beytin səhabələrinin sözlərində belə qeyd olunur:

a) Imam Əli buyurur:

اَلاَ اُخْبِرُكُمْ بِالْفَقِيهِ حَقَّ الْفَقِيهِ؟ قَالُوا بَلَى يَا اَمِيرَالْمُؤْمِنِينَ، قَالَK مَنْ لَمْ يُقْنِطِ النَّاسَ مِنْ رَحْمَةِ اللّهِ، وَلَمْ يُؤْمِنْهُمْ مِنْ عَذَابِ اللّهِ، وَلَمْ يُرَخِّصْ لَهُمْ فِي مَعَاصِي اللّهِ

"Həqiqi fəqih barəsində sizə mə`lumat verməyimi?!" Dedilər: "Əl­bət­­tə ki, ya Əmirəl-mö`minin!" Buyurdu: "O kəsdir ki, camaatı Alla­hın rəhmətindən mə`yus etməsin, onları Allahın əzabından arxayın et­mə­­sin və Allah qarşısında günaha daxil olmaq icazəsini onlara ver­mə­sin!"[10]

b) Yəhya ibni Səid Ənsari deyir: «Bizim ölkənin fəqih­lə­rin­dən elə birini görmədim ki, (müstəhəb) iki rəkətli namaz­la­rın sonunda salam verməmiş olsun...»[11]

v) Ömər deyirdi: «Rəyasətə çatmazdan qabaq fiqh öyrənin!»[12]

q) Başqa yerdə: «Hər kəsin qövmü onu fiqhə sahib olmaqla bir­­likdə rəhbərliyə keçsə, həmin şəxsin özünün və öz qöv­mü­nün həyatına (səadətinə) səbəb olar; və hər qövm bir kəsi fiq­­hə sahib olmadan rəhbərliyə keçsə, həm özünün, həm də on­la­­rın həlakətinə səbəb olar.»[13]

Əbdür-Rəhmanın oğlu Ibni Abbası vəsf edərək deyir: "O, Al­­la­­hın Kitabının müfəssiri (təfsir edəni) və Allah di­nin­də fəqihdir."[14]

«Sünəni Darəmi» kitabının ixtilafül-füqəha babında de­yi­lir: Ömər ibni Əbdül-Əziz bütün əyalətlərə belə bir gös­tə­riş verirdi: «Hər bir qövm onların fəqihlərinin fikir bir­li­yin­də olduğu şey əsasında hökm etsinlər.»[15]

Həmin kitabda belə deyilir: «Onlar hər vaxt işa namazın­dan sonra otururdularsa, fiqh öyrənməyə başlayırdılar»;[16] «fiqh öyrənmək üçün gecəni oyaq qalmaq işkalsızdır»[17], «Onlar gecə­­ni oyaq qalıb fiqhi məsələləri araşdırırdılar.»[18]

«Səhihi Buxari»nin «əs-səməru fil-fiqh" babında Şə`bi­nin dilindən belə deyilir: «Ədi ibni Hatəm Kufəyə gəldiyi za­­man Kufə fəqihlərindən bir qrupu ilə birlikdə onun yanı­na getdik.»[19]

Imran Minqəri belə deyir: Bir gün Həsən Bəsri ilə söh­bət edərkən ona belə dedim: «Ya Əba Səid! Fəqihlər belə de­mir­­lər!» O dedi: «Vay olsun sənə! Sən indiyə kimi fəqih gör­mü­­sənmi?! Fəqih o kəsdir ki, dünyada zahid olsun (dünyaya məf­­tun olmasın), axirətə müştaq (rəğbətli) olsun, dində bəsi­rət­li olsun, vaxtını daim Allaha ibadətlə keçirsin.»[20]

Bura qədər qeyd olunanlarda xüləfa məktəbinin hədis ki­tab­larında fiqh və fəqih barəsində olan rəvayətləri qeyd et­dik. Indi isə Əhli-beyt ¢ məktəbinin hədis kitab­ların­da bu barədə olan rəvayətləri qeyd edirik:



[1] «Sünəni ibni Macə», müqəddimə, hədis:23, 231 və 236; «Sünəni Əbu Davud», hədis:3660; «Sünəni Termizi», 10-cu cild, səh.136 və 144; «Sünəni Darəmi», 1-ci cild, səh.74 76 «Müsnədi Əhməd», 3-cü cild, səh.225 4-cü cild, səh.80 və 82 5-ci cild, səh.173.

[2] «Sünəni Termizi», elm kitabı, 10-cu cild, səh.154.

[3] «Səhihi-Buxari», elm kitabı, 1-ci cild, səh.18 «Səhihi-Müslüm», fəzail kitabı, hədis:15; «Müsnədi Əhməd», 4-cü cild, səh.399.

[4] «Müsnədi-Əhməd», 2-ci cild, səh.467 469 481.

[5] «Səhihi-Buxari», 2-ci cild, səh.175 «Səhihi-Müslüm», Fəzail kitabı, hə­dis:199 «Sünəni Darəmi», müqəddimə, səh.73 24-cü bab; «Müsnədi-Əhməd», 2-ci cild, səh.257 267 391, 431, 485, 498, 525, 539, 3-cü cild, səh.367, 383, 4-cü cild, səh.101.

[6] «Sünəni-Termizi», elm kitabı, 10-cu cild, səh.157.

[7] «Səhihi-Buxari», 1-ci cild, səh.16 4-cü cild, səh.175; «Sünəni Darəmi», 1-ci cild, səh.74; «Müsnədi-Əhməd», 1-ci cild, səh.306, 2-ci cild, səh.234, 4-cü cild, səh.91, 93, 95-99, 101.

[8] «Sünəni-Termizi», 10-cu cild, səh.119; «Sünəni ibni Macə», müqəddidmə, 22-ci bab.

[9] «Səhihi-Buxari», 1-ci cild, səh.28; «Müsnədi-Əhməd», 1-ci cild, səh.266, 314, 328, 335.

[10] «Sünəni-Darəmi», 1-ci cild, səh.9; «Üsuli-kafi», 1-ci cild, səh.36; «Tuhəfül-üqul», ma ruviyə ən Əmiril-mö`minin babı; «Məanil-əxbar», Səduq, səh.374; «Kənzül-Ümmal», elm kitabı, 10-cu cild, səh.103, hədis:278; «Hilyətül-övliya», 1-ci cild, səh.77; «Biharul-ənvar», 7-ci cild, səh.407.

[11] «Səhihi-Buxari», təhəccüd kitabı, 1-ci cild, səh.141.

[12] Yenə orada, elm kitabı, 1-ci cild, səh.16; «Sünəni Darəmi», 1-ci cild, səh.79.

[13] «Sünəni Darəmi», 1-ci cild, səh.79.

[14] «Müsnədi-Əhməd», 1-ci cild, səh.349.

[15] «Sünəni Darəmi», 1-ci cild, səh.149-150-151.

[16] «Sünəni Darəmi», 1-ci cild, səh.149 151.

[17] «Sünəni Darəmi», 1-ci cild, səh.149-151.

[18] Yenə orada.

[19] «Səhihi-Buxari», məvaqit kitabı, 1-ci cild, səh.79; «Sünəni ibni Macə», hədis:87.

[20] «Sünəni Darəmi», 1-ci cild, səh.89.

  812
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment