Azəri
Tuesday 26th of March 2019
  1048
  0
  0

Bid`ət

3-Bid`ət

«Bid`» kəlməsi lüğət baxımından yeni zühur edən yeni bir iş mə`nasınadır.[1] Dində isə bid`ət dedikdə: «hər hansı ix ti ra olunmuş yeni bir saxta (qondarma) işi və sözü şəriət sa hi binə aid etmək» nəzərdə tutulur.[2]

Peyğəmbəri Əkrəm ¡-in sünnəsi ona görə islami şə ri ət mənbələrindən hesab olunur ki, Allah-taala «Həşr» surə sinin 7-ci ayəsində buyurur:

﴿مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Peyğəmbərin sizə gətirdiyi hər bir şeyi əxz edin, sizi çəkin dir di yi hər bir şeydən çəkinin."

«Nəcm» surəsinin 3-cü ayəsində isə buyurulur:

﴿وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

"O (Peyğəmbər), heç vaxt həvayi-nəfs üzündən danışmır. Onun dedik lə ri ona nazil olan vəhydən başqa bir şey deyildir."

«Əhzab» surəsinin 21-ci ayəsində isə belə buyurulur:

﴿لَقَدْ كٰانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كٰانَ يَرْجُو اللهَ وَالْيَوْمَ الْـٰاخِرَ وَ ذَكَرَ اللهَ كَثِيرًا

"Həqiqətən Allahın Rəsulunda sizin üçün gözəl nümunələr vardır; o kəs lər üçün ki, Allaha və Qiyamət gününə ümidləri vardır, Allahı çox yad edərlər."

«Ali-Imran» surəsinin 31-ci ayəsində isə deyilir:

﴿قُلْ إِنْ كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ

"De: Əgər Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sev sin və sizin günahlarınızı bağışlasın."

«Ə`raf» surəsinin 158-ci ayəsində buyurulur:

﴿فَآمِنُواْ بِاللّهِ وَرَسُولِهِ النَّبِيِّ الأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

"Belə isə, Allaha və Onun Rəsuluna iman gətirin; həmin məktəbdə oxu mamış Peyğəmbər ki, Allaha və Onun kəlmələrinə iman gətir mişdir; ona tabe olun ki, bəlkə hidayət olunasınız."

Çoxlu hədislərdə qeyd olunur ki, Peyğəmbər ¡ mü səl manları öz sünnəsinə tabe olmağa təşviq etmiş və onunla mü xa lifətdən çəkindirmişdir. Misal üçün, bu hədisi qeyd edə bi lərik:

فَمَنْ رَغِبَ عَنْ سُنَّتُي فَلَيْسَ مِنِّي

"Hər kəs mənim sünnəmdən üz çevirsə, məndən deyildir."[3]

Buna əsasən, sünnə islami bir istilah və şər`i bir həqi qət dir. «Allahın Rəsulunun ¡ sünnəsini əxz etmək» yə` ni o həzrətin sirəsi (adət-ən`ənəsi, rəftarı və davranışı), hə di si və başqalarının əməlini təsdiqləməsi dedikdə məqsəd yal nız o həzrətdən nəql olunan hədislərdə xülasələnir ki, hal-hazırda islami təhqiqat mənbələrində, təfsir, siyrə və hə dis kitablarında yazılıb saxlanmışdır. O cümlədən, Ayi şə nin Peyğəmbər ¡-dən nəql etdiyi bu hədisi qeyd etmək olar:

النِّكَاحُ سُنَّتِي فَمَنْ لمَ ْيَعْمَلْ بِسُنَّتِي فَلَيْسَ مِنِّي

"Evlənib ailə qurmaq mənim sünnəmdir: hər kəs mənim sünnəmə əməl et məsə, məndən deyildir."[4]

Əmr Məznidən rəvayət olunur ki, Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur:

مَنْ اَحْيَى سُنَّةً مِنْ سَنَّتِي فَعَمِلَ بِهَا النَّاسُ، كَانَ لَهُ مِثْلُ اَجْرِ مَنْ عَمِلَ بِهَا، لاَيَنِقَصُ cاللّهُç مِنْ اُجُورِهِمْ شَيْئًا وَمَنِ ابْتَدَعَ بِدْعَةً فَعَمِلَ بِهَا، كَانَ عَلَيْهِ اَوْزَارُ مَنْ عَمِلَ بِهَا لاَينْقَصُ cاللّهُç مِنْ اَوْزَارِ مَنْ عَمِلَ بِهَا شَيْئًا.

"Hər kəs mənim sünnələrimdən birini dirlçəltsə və camaat da ona əməl etsə, onun savabı həmin işə əməl edənlərin savabı qədərdir və Allah-taala onların savablarından heç bir şey azaltmadan həmin miq darı ona verər. Hər kəs özündən sonra bir bid`ət qoysa və ona əməl olun sa, ona əməl edən bütün şəxslərin günahları artırılıb-azaldılmadan onun üzərinə gələcəkdir. Allah da ona əməl edənlərin günahından heç nə azalt maz."[5]

Cabirdən rəvayət olunur ki, Peyğəmbər ¡ belə buyu rur:

اَمَّا بعْدُ، فَاِنَّ خَيْرَ الْاُمُورِ كِتَابُ اللهِ وَخَيْرَ الْهُدَي هُدَي مُحَمَّدٍ، وَشَرَّ الْاُمُورَ مُحْدَثَاتُهَا، وَكُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ.

"Əmma bə`d; həqiqətən işlərin ən yaxşısı Allahın Kitabı, ən yaxşı hidayət Muhəmmədin hidayətidir: ən pis şey isə bid`ətlərdir, hər bid`ət də azğınlıqdır."

Digər rəvayətdə isə belə buyurduğu nəql olunur:

اِنَّ اَفْضَلَ الْهُدَي هُدَي مُحَمَّدٍ

"Hidayətlərin ən yaxşısı Mühəmmədin hidayətidir."[6]

Ibni Məs`ud deyir ki, Peyğəmbər ¡ belə buyurdu:

سَيَلِي اُمُورَكُمْ بَعْدِي رِجَالٌ يُطْفِئُونَ السُّنَّةََ وَيَعْمَلُونَ بِالْبِدْعَةِ، وَيُؤَخِّرُونَ الصَّلاَةَ عَنْ مَوَاقِيتِهَا.

"Tezliklə sizin işlərinizin idarə olunmasını elə şəxslər öhdəsinə ala caqlar ki, onlar sünnəni söndürəcək, bid`ətlərə əməl edəcək və namazı öz vaxtından tə`xirə salacaqlar." Soruşdum: «Ya Rəsuləllah! Əgər on ları görsək, nə edək?» Həzrət buyurdu: "Ey Ümmi Əbdin oğlu! Nə edə cəyini məndən soruşursan?! Hər kəs Allaha qarşı itaətsizlik edər sə, onun itaət olunmağa haqqı yoxdur!!"[7]

Ibni Abbas deyir ki, Peyğəmbər ¡-in belə buyurdu ğu nu eşitdim:

اَبَى اللّهُ اَنْ يَقْبَلَ عَمَلَ صَاحِبِ بِدْعَةٍ حَتَّى يَدَعَ بِدْعَتَهُ

"Allah bid`ət qoyan bir şəxsin əməlini, bid`ətindən əl çəkməyincəyə qədər qəbul etməz."[8]

Hüzeyfə nəql edir ki, Peyğəmbər ¡ belə buyurdu:

لَايَقْبَلُ اللّهُ لِصَاحِبِ بِدْعَةٍ صَوْمًا وَلاَ صَلاَةً وَلاَ صَدَقَةً وَلاَ حَجًّا وَلاَ عُمْرَةً وَلاَ جِهَادًا وَلاَ صرْفًا وَلاَ عَدْلاً، يَخْرُجُ عَنِ الْاِسْلاَمِ كَمَا تَخْرُجُ الشَّعرَةُ مِنَ الْعَجِينِ.

"Allah-taala bid`ət qoyan şəxsin heç bir orucunu, namazını, sədə qə sini, həccini, ümrəsini, cihadını, nafiləsini və fərizəsini qəbul et məz; o, tükün xəmirdən çıxdığı kimi Islam dinindən xaric olar."[9]

Mütəal Allah bid`əti «Hədid» surəsinin 27-ci ayəsində xa tır ladaraq buyurmuşdur:

وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ

"Onların bid`ət olaraq qoyduqları röhbaniyyəti (tərki-dünyalığı) onlara vacib etməmişdik."

Mətləbin xülasəsi

Islam şəriəti o şeylərdən ibarətdir ki, Allahın Kita bın da və Peyğəmbər ¡-in sünnəsində gəlmiş və bu iki sin dən əldə edilmiş olsun. Bid`ət dindən ayrı və xaric olan bir şəxsi rə`ydir ki, dinə daxil edilmiş olsun. O nə Alla hın Kitabında, nə də Peyğəmbərin sünnəsində gəlməmiş, bu iki sindən də əxz edilməmişdir.

Hətta onlara ictihad, yaxud «məsalehi mürsələ» adları qoy saq da, yaxud müasir dövrün istilahı ilə desək, zamanın eh ti yac larına mütənasib olan, «tə`sir qəbul edən Islam» adlan dır saq belə, hər nə olursa olsun, bu kimi işlərin hamısı Pey ğəmbər ¡-in hədislərində «bid`ət və bid`ətçi» adı ilə gələn hədislərin xarici nümunələridir.



[1] «Əl-möcəmul-vəsit», bid` maddəsi.

[2] «Müfrədati-Rağib», bid` maddəsi.

[3] «Əl-mö`cəmul-müfəhrəs li əlfazil-hədis», «sünnə» maddəsi.

[4] «Sünəni ibni Macə», kitabi-nikah, hədis:1845, səh.592.

[5] Yenə orada, səh.76, hədis:209-210; «Sünəni Termizi», 1-ci cild, səh.147-148.

[6] Yenə orada, səh.17, hədis:45, hədis2; «Sünəni Darəmi», 1-ci cild, səh.49, hədis:45.

[7] Yenə orada, cihad kitabı, səh.296, hədis:2865; «Müsnədi Əhməd», 1-ci cild, səh.400.

[8] Yenə orada, müqəddimə, səh.19, hədis:49-50.

[9] Yenə orada.

  1048
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment