Azəri
Monday 25th of March 2019
  724
  0
  0

beş islami istilah

beş islami istilah

«Islami şəriət mənbələri» bəhsini Qur`an, sünnə, bid`ət, fiqh və ictihad kimi beş islami istilahın araşdırılması ilə başlayacaq, daha sonra iki məktəbin onların barəsindəki nə zərlərini qeyd edəcəyik. Bununla yanaşı, bu bəhslərlə əla qə dar digər istilahları da, Allahın köməyi ilə, araş dı ra ca ğıq.

1-Qur`an

Qur`an peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd Mustafa ¡-ə tədrici şəkildə nazil olan Allah kəlamıdır. Bu da ərəb dilində şe`r və nəsrin müqabilidir. Buna əsasən, ərəb dili üç qisimdir: Qur`an, şe`r və nəsr.[1]

«Şe`r» kəlməsinin həm şairin divanına, həm onun bir qə sidəsinə, həm də bir beytinə və ya bir sətrinə aid edilməsi düz gün olduğu kimi, «Qur`an» kəlməsinin də Qur`anın bü tün lük də hamısına, onun bir surəsinə və hətta bir ayəsinə belə, aid edilməsi düzgün olacaqdır. Belə ki, bə`zən onun bir ayə si nin bir hissəsi olan "və mimma rəzəqnahum" kimi cümləsinə də («Bə qərə», 2) Qur`an deyilir. Bu mə`naya olan Qur`an islami bir is tilah və şər`i həqiqətdir. Çünki bu cür işlənmə Qur` an dan və şərif Peyğəmbər ¡ hədisindən əxz olun muş dur.

Qur`anIn diGər adlarI

Islam alimləri elə Qur`anın özündən bu şərif kitab üçün digər bə`zi adlar da çıxarmışlar ki, həqiqətdə bir şe yin öz sifətləri ilə təqdim olunması qəbilindəndir. Onun ən məhşuru «Kitab» kəlməsidir. Mütəal Allah «Bəqərə» surə si nin ikinci ayəsində buyurur: "O Kitabda heç bir şəkk-şübhə yox dur". Bu ayədə «Kitab» dedikdə məqsəd müsəlmanların səmavi kita bı olan və yəhudilərin Tövratı və məsihilərin Incili mü qa bilində qərar tutan Qur`andan ibarətdir. Kitab dedikdə məq sədin hansı kitab olması müəyyənlik bildirən «əlif-lam» (ال) artiklı ilə bəyan olunmuşdur. Bə`zən də kitab kəl məsi Töv rata aid edilir. Belə ki, buyurulur: "Və bundan əvvəl Musanın ki tabı..." Burada kitab kəlməsinin Musa kəlməsinə izafə şək lində bəyan edilməsi ilə məqsədin nə olduğu aydın la şır.

Nəhv (ərəb ədəbiyyatı) alimlərinin nəzərində «Sibəveyhin ki tabı» dedikdə məqsəd «əl-Kitab» adı ilə məşhurlaşan ki tab dır. Belə ki, Hacı Xəlifə «Kəşfuz-zünun» kitabının «ki tab» babında yazır: "Nəhv alimlərin yanında Kitab kəl məsi Sibəveyhin kitabı üçün, onun fəzilətli və məşhur ol ma sına görə xüsusi ada çevrilmişdir. Belə ki, hər vaxt Bəs rə də "Filankəs Kitabı oxumuşdur" – deyilirsə, ondan məq sə din Sibəveyhin kitabını oxuduğu aydınlaşır. Hər vaxt "Ki ta bın yarısını oxumuşdur" – deyilsə, heç kəs onun Sibə vey hin kitabını oxumasında şəkk etmir..."

O deyir: «Sibəveyhin kitabını Ibni Xəruf Əndəlusi adı ilə məşhur olan Əli ibni Məhəmməd (609-cu hicri ildə və fat edib) şərh etmiş və onu «Tənqihul-əlbab fi şərhi ğəva mi zil-Kitab» adlandırmışdır. Eləcə də Əbül-Bəqa Əbdüllah ib ni Hüseyn Əkbəri Bağdadi Hənbəli (616-cı ildə vəfat edib) onun beytlərini şərh edərək kitabının adını «Lübabül-Ki tab» qoymuşdur. Məhəmməd ibni Həsən Zübeydi Əndəlusi (380-ci ildə vəfat edib) o kitaba yazdığı şərhini «Əbniyətül-Ki tab adlandırmışdır.»[2]

Buna əsasən, kitab kəlməsi nə Qur`ani Kərimdə, nə də mü səl manların arasında Qur`anın xüsusi adı deyildir.

Qur`anın digər adlarından biri də «Nur» kəlməsidir ki, mü tə al Allah «Nisa» surəsinin 174-cü ayəsində buyurur:

﴿وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا

"Biz, sizə aşkar bir nur göndərdik".

Bu əziz kitabın bir adı da «Moizə» kəlməsidir ki, «Yu nus» surəsinin 57-ci ayəsində bu barədə buyurulur:

﴿قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ

 "Həqiqətən, Pərvərdigarınız tərəfindən sizin üçün bir moizə gəl di."

Həmçinin, «Vaqiə» surəsinin 77-ci ayəsində buyurulan «Kərim» kəlməsi də Qur`ana işarə edir:

﴿إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ

"Həqiqətən o, Kərim (kəramətli) olan bir Qur`andır."

Qur`anda gələn bu adlar, alimlərin də buyurduqları kimi, bu səmavi kitaba məxsus olan adlar deyil, əksinə, onlar yal nız Qur`anın bə`zi sifətlərini tə`bir etmək məqamında gəl mişdir.

Xüləfa məktəbində Qur`anın adlarından biri də «Müs həf»dir ki, bu kəlmə Qur`ani-Kərimdə və şərif Peyğəmbər ¡ hədislərində gəlməmişdir.

Zərkeşi və başqaları rəvayət edərək deyirlər: «Əbu Bəkr Qur`anı bir yerə toplayan zaman ətrafındakılar dedilər: «Ona bir ad seçin.» Bə`ziləri dedilər: «Onun adını Incil qoyaq.» Bu söz bəyənilmədikdə başqaları dedilər: «Onun adını Sifr» qoyaq. Bu adı da – yəhudilərə məxsus olduğuna görə – qəbul etmədilər. Ibni Məs`ud dedi: «Mən həbəşilərin yanında bir kitab gördüm ki, onu «Müshəf» adlandırırdılar. Buna görə də onu «Müshəf» adlandırdılar.»[3]

Buna əsasən, Qur`anın «Müshəf» adlandırılması islami bir istilah və şər`i bir həqiqət deyil, yalnız müsəlmanların ad q oyması və onların istilahı növündəndir. Buna görə də bu cür adqoymada «Müshəf» kəlməsi xəvaricin arasında «şari» kəl məsinin vəziyyəti ilə eynidir. Belə ki, onlar bu kəlməni mü səl manlarla müharibəyə hazırlaşan bir kəs barəsində iş lə dirdilər, halbuki, bu kəlmə xəvariclərdən başqasının ya nın da müştəri və alıcı mə`nasına işlənir. Biz hər vaxt xəva ricdən başqa bir dəstənin yanında «şari» kəlməsinin işləndiyini görsək, müştərinin nəzərdə tutulduğunu biləcək və bu kəlmə ilə müsəlmanlarla müharibəyə hazırlaşan bir şəxsi heç vaxt nəzərdə tutmayacağıq.

Eləcə də Suriya və Iraq əhalisinin nəzərində «məbsut» kəl məsini qeyd etmək olar; bu kəlməni iraqlılar «vurulmuş şəxs» mə`nasına, suriyalılar isə «sevincli, şad şəxs» mə` na sı na işlədirlər. Əgər bu kəlmə suriyalıların sözlərində iş lə nərsə, sevincli şəxs nəzərdə tutulduğu aydın olur. Amma əgər iraqlılar onu işlədərsə, məqsədin «vurulmuş adam» ol duğu mə`lum olur.

Buna əsasən, xüləfa məktəbində adqoyma növündən olan «Müs həf» kəlməsi hər vaxt onların kəlamında gəlsə, Qur`ani-Kə rim mə`nasınadır; lakin hər vaxt Əhli-beyt ¢ mək təbi nin ardıcıllarının kəlamında gəlsə və «Müshəfi Fati mə » deyilsə, məqsəd «Fatimə -ın kitabı» olacaqdır.

Belə ki, Imam Səccad -ın məşhur dualarının çap olun duğu kitab «Səhifeyi-Səccadiyyə», yə`ni «Imam Səccad -ın kitabı» adlanmışdır (səhifə və müshəf eyni kökdən dir-müt.).

2–sünnə

Sünnə və bid`ət iki islami istilahdır və hər birinin mə` na sının tanınması digərinin tanınmasına bağlıdır. Mü əm malı və anlaşılmaz hallarda isə bir-biri ilə müqayisə olun malıdır.

Bu iki istilahın şərhi aşağıdakı kimidir:

Sünnə

Sünnə lüğətdə üslub və sirə mə`nasınadır – istər yaxşı ol sun, istərsə də pis.[4] Islami şəriətdə isə Peyğəmbəri Əkrəm ¡-in əməl və sözlərindən ibarət olan və Qur`a ni-Kərimdə aşkar şəkildə qeyd olunmayan əmrlər, nəhy lər və yol göstərmələr mə`nasınadır.[5] Həmçinin, Peyğəmbəri Əkrəm ¡-in bir şeyi müşahidə edib onu təsdiqləməsinə də şa mil olur. Yə`ni Peyğəmbər ¡ hər hansı bir müsəl man dan gördüyü bir işi onun üçün qadağan etməyibsə və həqiqətdə öz sükutu ilə o əməli təsdiqləmişsə, sünnə ona da şamil ola caqdır.[6] Buna görə də «Kitab» və «sünnə» kimi şər`i də lil lərə Qur`an və hədis də deyilir.[7]



[1] Bu da Qur`ani-Kərimin mö`cüzə yönlərindən biridir. Çünki bəşər kəlamı hamı lıq la və bütün dillərdə ya şe`r formasındadır, ya da nəsr. Qur`ani-Kərim isə ərəb di lin də nə şe`rdir, nə də nəsr. Əksinə, bu əziz Kitab mübin (aşkar) ərəb dilindədir, Al la hın kəlamıdır və insan kəlamı növündən deyildir.

[2] «Kəşfuz-zünun» (Hacı Xəlifə), 2-ci cild, səh.1427 və 1428

[3] «Əl-bürhan fi ülumil-Qur`an», Zərkeşi (794-cü ildə vəfat edib), Qahirə çapı, 1-ci cild, səh.273, 276, 282; «Əl-itqan», Süyuti, (911-ci ildə vəfat edib), Qahirə çapı, 1368-ci il, səh.63

[4] «Əl-mö`cəmül-vəsit», sünən madəsi.

[5] «Nihayətül-lüğət», Ibni Əsir, sünən maddəsi.

[6] «Sünəni Əbu Davud», 2-ci cild, səh.274-275. Səhl ibni Sə`d deyir: «Peyğəmbərin yanında yerinə yetirilən hər bir şey sünnədir.»

[7] «Nihayətül-lüğət», sünən maddəsi.

  724
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment