Azəri
Monday 25th of March 2019
  559
  0
  0

INSANI VӘ ILAHI ӘDALӘT

INSANI VӘ ILAHI ӘDALӘT



 

 

 

 

 

 

Biz insanlar başqasına qarşı pis niyyətdə olmayan, onların hüquqlarını pozmayan, insanlar arasında heç bir ayrı-seçkilik salmayan, idarəçiliyi çərçivəsində tam bitərəfliklə davranaraq hamıya bir gözlə baxan, başqalarının münaqişə və ixtilaflarında məzlumun tərəfində olaraq zalımla düşmən olan şəxsi, bir növ kamal sahibi hesab edib ədalətli sayırıq.

Bunun müqabilində başqalarının hüquqlarını pozan, bacardığı qədər insanlar arasında ayrı-seçkilik salan, zalımların tərəfini saxlayaraq zəif və acizlərlə düşmən olan və ya zalımlarla məzlumların münaqişəsinə e`tinasız yanaşan şəxsi isə zalım adlandırır və onun tutduğu yolu pisləyirik.

Bu məsələ Allah-taala barəsində necədir? Әvvəla, sual budur ki, insanlar barəsində ədalət kamal, zülm isə naqislik sayıldığı kimi, Allahın zatı barəsində də ədalət kamal, zülm isə naqislik sayılırmı? Yoxsa, ədalət və zülm yalnız əxlaqi məfhumlar olub insanlara aiddir, necə deyərlər, onlar şərti məfhumlardır, nəzəri hikmət deyil, əməli hikmətə aid olan işlərdən sayılır və buna görə də bəşər həyatı çərçivəsindən kənara çıxmır və onun ixtiyari əməlləri dairəsindədir?

Ikincisi, əgər ədalət və zülmün Allah-taala barəsində də həmin insani və əxlaqi mə`nada işlədilməsini fərz etsək, yə`ni əxlaqi ədalət Allah barəsində də kamal, zülm isə naqislik sayılsa, bu sual meydana çıxır ki, zülm Allah-taala barəsində əməli olaraq gerçəkliyə çevrilə bilərmi? Әlbəttə bu, Allah-taalanın zülm etməsinin qeyri-mümkünlüyü və əş`ərilərin dedikləri cəhətlər, yə`ni «işlərin yaxşı və pisliynini, ədalət və zülmün əqli deyil, şər`i olması» baxımından nəzərdə tutulmur. Bu iki cəhət, digər bir mətləbdir ki, biz sonralar onların barəsində söhbət edəcəyik. Bəli, sual Allah-taalanın zülm edib-etməməsinin mümkün olub-olmamasını nəzərə almadan və işlərin yaxşı və pisliklərinin zati olmasını, ədalət və zülmün həqiqi və gerçək məfhumlar olmalarını qəbul etmək fərzi ilə, ədalətin başqalarının hüququna riayət etmək, zülmün isə kiminsə haqqını tapdamaq olması, yə`ni arada hansısa haqq məsələsi olanda və kimsə ona nisbətdə sahiblik hüququna malik olanda, başqası tərəfindən həmin haqqa olan təcavüzün, haqq sahibinə nisbətdə bir növ zülm olması baxımından irəli sürülür.

Aydındır ki, məxluqlar arasındakı əlaqələrdə onların bə`zi şeylərdə bir-birlərindən üstün olmaları və ya nəyəsə sahib olub-olmamaları müəyyən bir mə`na verir. Məsələn Әli, öz həyat və azadlığı, həmçinin qazandığı sərvətə sahiblik və onlardan istifadə baxımından digərlərindən üstündür. Vəli də öz həyat, azadlıq və qazancı baxımından belədir. Buna görə də onlardan hər hansı birinin digərinin sahibkarlıq və azadlıq dairəsinə təcavüz etməsi zülmdür.

Indi sual budur ki, bu məsələ Xaliqlə məxluq arasında necədir? Məxluqun hər bir şeyi Xaliqdəndir və onun bir şeydən istifadə və ona sahib olmaq haqqı Xaliqin sahibkarlıq və istifadə üstünlüyünün şaquli və yüksələn xətt boyunca, yə`ni Xaliqin sahibkarlıq haqqının sahibkarlıq olması, istifadədə üstünlük haqqının üfüqi xətt boyunda isə heç bir üstünlük haqqının olmamasıdır. Məsələnin aydınlaşması üçün Allahla insanın sahibliyini ata ilə oğulun mülkiyyətinə bənzətmək lazımdır. Ata oğullarının hər biri üçün ayrı-ayrı oyuncaqlar alır. Uşaqlar atalarının onlara aldığı oyuncağa nisbətdə özlərinə sahiblik və istifadə haqqı qail olurlar. Onların hər biri digərinin onun oyuncaqlarına əl vurmasını öz hüquqlarına təcavüz hesab edir. Amma görəsən uşağın həmin sahiblik və istifadə haqqı, atanın sahiblik və istifadə haqqına mane ola bilərmi? Yoxsa, həmin sahiblik elə bu sahibliyin yüksələn xətt boyunca yerləşir, onlar arasında heç bir ziddiyyət yoxdur və atanın onlardan istifadə etməsi onun öz malından istifadəsi deməkdir?

Allah-taala mütləq sahib və malikdir və Onun öz mülkündə heç bir şəriki yoxdur. Doğrudan da heç bir şəkk-şübhəyə yol vermədən Onun barəsində belə demək lazımdır: «Göylərin və yerin hökmü Onun əlindədir. Bütün işlər axırda ancaq Allaha qayıdacaqdır.» Buna görə də Allah-taalanın dünyada etdiyi hər bir şey Onun öz malında olan istifadəsidir. Heç kəs onun müqabilində heç bir haqq, sahiblik və üstünlüyə malik deyil. Deməli, Allah-taala barəsində zülm məsələsi aradan qalxır. Amma bunun səbəbi Allahın, onu qəbih və pis olduğu üçün etməməsi və ya «işlərin yaxşılıq və pisliyi»nin Allah barəsində mə`nasız olması deyildir. Әsas səbəb budur ki, biz zülmün qəbahət və pisliyinin zati olmasını, işlərin yaxşılıq və pisliyinin zati olmasının, insanların işlərinə hakim olduğu kimi Allahın işlərinə də hakim olmasını fərz etsək də belə, bu məsələ əməldə Allah-taala barəsində gerçəkləşmir. Çünki heç kəs Allah müqabilində bir şeyə sahib olmadığı üçün burada zülm baş vermir. Deyirlər ədəbiyyatdan başı çıxan və həmişə ədəbiyyatşünasları ətrafına toplayan Seyfud-dövlə Həmədani bir gün böyük söz ustadı və Әhli-beyt şairi Әbu Fərasın da iştirak etdiyi ədəbi məclisdə deyir: Bir beyt şe`r söyləmişəm, mənə elə gəlir ki, onun ikinci beytini Әbu Fərasdan başqa bir kimsə deyə bilməz. O şe`rin məzmunu belədir:

Cism sənindir və sən, dayanmadan onu incidirsən, amma qanımı birdəfəlik tökmürsən.

Әbu Fəras fikirləşmədən belə deyir:

Məhbub və sevgili dedi ki, əgər mən sənin sahibinəmsə, bütün ixtiyarlar mənə aiddir və mütləq malik müqabilində «niyə-nə üçün?» etmək mə`nasızdır.

Şübhə yoxdur ki, biz ədalət və zülmü, işlərin yaxşılıq və pisliyinin əqli və əxlaqi olmasına əsaslanan geniş mə`nada nəzərdə tutsaq və Allah-taalanın işlərini da həmin yaxşı-pis çərçivəsində yozsaq və eləcə də Haqqın işlərini «başqalarının hüqüqlarına riayət etmək» baxımından ölçmək istəsək, deməliyik ki, Allah-taala bu mə`nada nə adil və nə də zalımdır. Çünki hər hansı bir şeydən istifadədə, ondan üstün və haqlı bir şey yoxdur ki, onun hüquqlarının riayət edilməsi ədalət, pozulması isə zülm sayılsın.

Üçüncüsü, əgər biz ədalət və zülmün bu məşhur mə`nalarından daşınaraq onları şərti və ictimai əməliyyatlar dairəsinə məxsus etsək, onda görəsən geniş yayılmış həmin mə`nadan üstün bir mə`na varmı ki, ədalət və zülmü nəzəri hikmət məfhumları sırasında yerləşdirərək şərti məfhumlar dairəsi olan əməli hikmət sıralarından çıxarsın və nəticədə ədalət elm və qüdrət, yaxud heç olmasa yaradıcılıq və ruzi vermək kimi sabit və kamillik sifətlərindən, zülm isə mürəkkəblik, cismiyyət, məhdudluq və bu kimi digər mənfi sifətlərdən sayılsın?

Daha sonra bu məsələ qarşıya çıxır ki, görəsən dünyadakı hadisələr ədalət və zülm baxımından yozulması mümkün olan məfhumlardır, yoxsa biz onları itaətkarcasına qəbul etməliyik?

Dördüncüsü, bunların hamısından əlavə, Qur`ani-kərim ədalət və zülm məfhumları üzərində çox tə`kid edib. Görəsən Qur`anın bu iki məfhumdan məqsədi nədir?

Bunlar özünün dəqiq və düzgün cavablarını tapmalı olan bir sıra suallardır.

Qəti və şübhə edilməyən məsələ budur ki, Allahın «ədalətə əmr edən» və «ədaləti həyata keçirən» kimi tanınması, səmavi dinlərdə bəşəriyyətin Allah ilə əlaqəsinin əsaslandığı ən mühüm agahlıqdır. Məsələn, filosofların təsəvvür etdikləri Allah, o cümlədən Әrəstunun insanların yalnız ağıl və düşüncələrinə aid olub, qəlb və duyğuları ilə heç bir işi olmayan «ilk təkanvericisi» ədalət və zülm baxımından söhbətimizin mövzusu deyil. Peyğəmbərlərin vəsf etdiyi kimi, məntiqi və əqli cəhətlərə malik olmaqla yanaşı qəlb, batin və duyğularla sıx əlaqədə olan, insanın eşq və məhəbbət mübadiləsində olduğu və möhtacla ehtiyacsız əlaqəsində duyulan alim, qadir, mehriban və qayğıkeş Allahın qəti sifətlərindən biri də ədalətdir. Burada həmin ədaləti necə mə`nalandırmağın zərurətinə baxmalıyıq.

Әdalət, ictimai mə`nada nübüvvətin hədəfi, fəlsəfi mə`nada isə məadın əsasıdır. Qur`ani-kərim peyğəmbərlərin nübüvvət və ilahi vəzifələrinin hədəfini bəyan edərkən belə buyurub:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ

«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö`cüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.» (əl-Hədid-25).

Məad mövzusu qiyamət gününün hesabı və əməllərə münasib cəza verilməsi barəsində isə belə buyurur:

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِن كَانَ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ

«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə Biz kifayətik.» (əl-Әnbiya-47).

Qur`anın bir çox ayələrində Allah-taalanın zülm və sitəmdən uzaq olması vurğulanıb. Məsələn bir yerdə deyilir:

فَمَا كَانَ اللّهُ لِيَظْلِمَهُمْ وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

«...Allah onlara zülm edən deyildi, lakin onlar özləri özlərinə zülm etdilər.» (ət-Tovbə-70).

`zi ayələrdə adillik və ədalətin bərpası Allah üçün sabit bir sifət kimi zikr edilib. Yə`ni, Qur`an təkcə Onun zülmdən uzaq olmasını bildirməklə kifayətlənməyib, ədaləti də Onun üçün birbaşa isbat edib. Məsələn bu ayədə buyurur:

شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.» (Ali- Imran-18).

Buna görə də İslam baxımından ilahi ədalətin gerçək bir həqiqət olmasında və Allahı onunla vəsf etməyimizin zərurətində heç bir şübhə yoxdur.

  559
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment