Azəri
Thursday 18th of April 2024
0
نفر 0

IXTILAFLARIN BAŞLANĞICI

IXTILAFLARIN BAŞLANĞICI

Әdalət və cəbr-ixtiyar məsələlərinin kənarında, işlərin yaxşı və pisliyinin əqli olması, Allah-taalanın işlərinin müəyyən hədəf və məqsəd daşıması məsələsinin irəli sürülməsi kəlam məktəblərini bir-birindən tamamilə ayırdı. Mö`təzilə qətiyyətlə ədalət, əql, ixtiyar və hikmət (Allahın işlərinin hədəf və məqsəd daşıması) tərəfdarı oldu. Amma həmin vaxtlara kimi «sünnə əhli» və ya «hədis əhli» adlanan əş`ərilər isə qətiyyətlə onların və həmin təfəkkürün müqabilində dayandılar.

`təzilə məktəbi tərəfdarları «Әdliyyə» adlandırıldı. Bu ad təkcə ədalət məfhumunu çatdırmırdı. Ondan, mö`təzilə tərzli ədalətdən əlavə ixtiyar, işlərin yaxşı və pisliyinin əqli olması və Allah işlərinin hədəf və məqsədə malik olması mə`nası da başa düşülürdü.

ӘDALӘT, YAXUD TÖVHID

Hədis əhlinin mö`təziləyə qarşı irəli sürdüyü və onların düzgün cavab verə bilmədikləri irad budur ki, «ədalət» prinsipi (ixtiyar, gözəllik və qəbahətin əqli olması, Allah işlərinin hədəf və məqsədə malik olmasına şamil olan ədalət) əməli və hətta zati tövhidlə uyğun gəlmir, çünki mö`təzilənin ixtiyarı bir növ «təfviz», yə`ni həvalədir. Belə ki, mö`təzilənin qail olduğu ixtiyar bir növ həvalə və haqdan ixtiyarın alınmasıdır. Bu isə həm dəlillə isbat edilmiş və həm də Qur`anın hər yerində gözə çarpan əməli tövhidin ziddinədir. Fikrimizdə, çirkin olan işlərdən uzaq hesab etmək bəhanəsi ilə fail olmaqda Allahın zatına şərik qoşmaq rəvadırmı? Biz onsuz da müstəqil, özbaşına və fail olmasında Haqqın zatına ehtiyacı olmayan faillərə qail olmaqla Allaha şərik qoşmuşuq. Qur`anın aşkar ayəsi isə belə buyurur: «Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif, aciz olmadığı üçün heç bir dosta, hamiyə ehtiyacı olmayan Allaha həmd olsun.»

`təzilə məktəbinin Allah işində fərz etdiyi hikmət və məsləhət Haqqın zati tövhidi, Onun mütləqiyyət, misilsizlik və hansısa səbəbin nəticəsi olması ilə ziddir, çünki insanın öz işlərini hədəf və məqsədlərə görə görməsi əslində onun həmin hədəf və məqsədlərin tə`siri altına düşməsi deməkdir. Məgər son hədəfin faili illətin (səbəbin) faili deyilmi? Yə`ni failin failliyinə səbəb, son hədəfdir və o olmasa həmin fail də olmaz. Insanın öz işlərində hədəf və məqsədə malik olmasının səbəbi, əslində hədəf və məqsəd tərəfindən ona müəyyən bir cəbrin hökmranlıq etməsidir. Allah-taala isə hər bir cəbrdən, hətta hədəf və məqsəd cəbrindən də azaddır.

Әş`ərilər iddia edirlər ki, işlərin yaxşı və pisliyinin zati olması və Allah-taalanın işlərinin həmin me`yar əsasında olmasına hökm etmək, bir növ Onun üçün vəzifə tə`yin etmək deməkdir, yə`ni bu, o deməkdir ki, Allah öz işlərini insan ağlının müəyyənləşdirdiyi çərçivədə yerinə yetirməlidir. Allahın mütləq iradəsi bu məhdudiyyətlərdən uzaqdır.

Xülasə, əş`ərilər iddia edirlər ki, mö`təzilə məktəbinin ədalət, əql, ixtiyar və ya hikmət adı ilə irəli sürdüyü şeylər, birincisi Xaliqi məxluq ilə müqayisə etmək deməkdir, ikincisi isə bu iş zati və əməli tövhidlə ziddir.

`təzilə ardıcılları da qarşılıqlı olaraq, onların əqidələrini Qur`ani-kərimdə dəfələrlə tənzih (paklaşdırma) adı ilə təkrarlanmış əsasla zidd əqidə hesab edir. Mö`təzilə məktəbinin ardıcılları deyirlər ki, əş`ərilərin əqidəsi bizdən Qur`anın, haqqın zatının ondan uzaq və pak olmasını vurğuladığı zülm, bihudəlik və pozğunçuluq kimi şeyləri Ona nisbət verməyimizi tələb edir. Onlar deyirlər ki, ədalət və ixtiyarın olmaması bizdən, Allahı ixtiyarsız bəndələr yaradaraq onların öhdəsinə vəzifə qoyduğu və həmin ixtiyarsız bəndələrə günahları ucbatından əzab verdiyi üçün zalım hesab etməyimizi tələb edir. Çünki həmin əqidəyə əsasən, əslində, görülən hər bir işin faili bəndə deyil, Allahdır. Belə olan surətdə günah edən də bəndə deyil, Allah olur. Əş`ərilərin əqidəsinə görə, Allah işlərinin heç bir hədəf və məqsədi olmadığı üçün O, bihudə və boş iş görmüş olur. Deməli, əş`ərilərin əqidələri bizdən dəlil və Qur`anın birlikdə Allahdan uzaqlaşdırdıqları şeyi, yə`ni zülm, bihudəçilik və fəsadın Ona nisbət verilməsini tələb edir.

Bu iki məktəbin hər birinin həm zəif, həm də güclü bir nöqtəsi var. Onların güclü nöqtələri, müxalif məktəbə tutduqları iradları, zəif nöqtələri isə onların hər birinin öz məktəblərini hərtərəfli və kamil məktəb kimi müdafiə etmək istəmələridir.

Hər iki məktəbin tərəfdarları, məktəblərini yaxşı müdafiə edə bilməmələri və onlara tutulan iradlara cavab verə bilməmələrinə baxmayaraq, öz məktəblərinin düzgünlüyünü müxalif məktəbin e`tibarsızlığını sübut etməklə isbat etmək istəyirlər. Onların hər biri müxalif məktəbin zəif nöqtələrini çox yaxşı bilir və bir-birlərinə kəskin hücumlar edirlər.

Belə bir məşhur hadisə nəql ediblər: Bir gün ixtiyar əqidəsi tərəfdarlarından olmuş Qilan Dəməşqi həmin əqidəni inkar edən Rəbiə Әr-rəylə rastlaşır və gəlib onun başı üstündə dayanaraq belə deyir: «Sən Allahın günah edilməsini istədiyini güman edən şəxssən.» Yə`ni sən Allahın, insanların günah etmələrini sevməsini deyirsən. Onun məqsədi budur ki, sənin cəbr əqidənin inkaredilməz nəticəsi, bəndələrin günah etmələrinin Allahın iradə və istəyi ilə olmasıdır. Sənin əqidənə görə, Allah-taalanın özü insanların günah etmələrini istəyir və sevir.

Rəbiə Әr-rəy öz əqidəsini müdafiə etmək əvəzinə, Qilan Dəməşqinin əqidəsindəki zəif nöqtəni nəzərdə tutaraq belə deyir: «Sən də Allaha qarşı zorla günah edilməsini güman edən şəxssən». Yə`ni, sən elə güman edirsən ki, Allah bir şeyi, bəndələr isə başqa bir şeyi istəyirlər və Allah məcburi şəkildə bəndələrin istəklərinə tabe olur.

Qazi Әbdulcabbar Mö`təzili bir gün Sahib ibni Ibadın yanında oturubmuş. Bu zaman əş`əri və cəbri məslək olan Әbu Ishaq Isfəraini onlar oturan yerə daxil olur. Qazinin gözü Әbu Ishaqa sataşan kimi uca səslə belə deyir: «Haqqın zatı Ona pis işlərin nisbət verilməsindən pakdır.» O, kinayə ilə demək istəyirdi ki, sən Allahı bütün pis və çirkin işlərin faili hesab edirsən.

Әbu Ishaq da öz əqidəsini müdafiə etmək əvəzinə tez belə deyir: «Öz hökmranlığında Onun iradəsindən başqa heç kimsənin hakim olmadığı Allah pakdır.» Әbu Ishaq da qarşılıqlı olaraq kinayə ilə bunu demək istəyir ki, sən özünün «təfviz» əqidənlə Allaha, hökmranlığında şərik qail olub insanları öz işlərində tam müstəqil və öz ixtiyarlarına buraxılmış hesab edirsən.

`təzilə məktəbinin ardıcılları özlərini «ədalət və tövhid əhli» adlandırırlar. Onlar burada Allahın sifətlərindəki tövhidi nəzərə alırlar. Əş`ərilər isə Allahın zatından kənar və onunla zidd olan sifətlərin Ondan uzaq olmasının tərəfdarıdırlar. Məsələn onlar, Allahın elm, qüdrət və ya həyatını Onun zatına zidd həqiqət hesab edir və onları da Allahın zatı kimi «qədim» bilirlər. Amma mö`təzilə tərəfdarları zata zidd olan sifətə qail deyildirlər.

`təzilə məktəbinin ardıcılları əş`ərilərin Allah-taalanın sifətləri barəsindəki əqidələrini bir növ şirk adlandırırlar. Onlar deyirlər ki, əş`ərilərin sözlərinin mə`nası budur ki, biz Allahın zatının kənarında bir sıra başqa qədimlərə də qail olmalıyıq. Qədim olmaq isə məxluq və nəyinsə nəticəsi olmağı rədd etmək deməkdir. Qədim olmaq zatı ehtiyacsızlıqla birgə olduğu üçün, əş`ərilərin əqidələrinə görə Allah-taalanın sifətlərinin sayı qədər qədim və zati ehtiyacsızlıq da vardır. Amma mö`təzilə məktəbinin ardıcılları zata zidd olan sifətlərə qail olmadıqları üçün özlərini «ədalət və tövhid əhli» adlandırır və bununla da, Allahın sifətlərindəki tövhidi nəzərdə tutmaq istəyirlər.

Amma mö`təzilə məktəbinin ardıcılları əməli tövhiddə bir çox cavabsız suallarla üzləşməli olur, əş`ərilər isə əməli tövhiddə özlərini «tövhid əhli» adlandırırdılar.

Həqiqət budur ki, mö`təzilə məktəbi tövhidi-sifatidə əş`ərilərə haqlı iradlar tutmasına baxmayaraq, özləri də həmin məsələni tam həll edə bilməmişdilər. Çünki onlar zata zidd olan sifətlərə qail olmamalarına baxmayaraq, sifətlərin zatla eyniliyinin öhdəsindən də gələ bilməmişdilər. Onlar zatın sifətlərə «canişinliyi» məsələsini irəli sürüblər ki, bu da o məktəbin ən zəif nöqtələrindən biridir.

Әş`ərilərin başqa zəif nöqtələri də var idi. O məktəb ədalət, əql, ixtiyar və hikmət məsələlərini lazımınca izah edə bilməməklə yanaşı, həddindən artıq maraq göstərdiyi tövhid məsələsində də aciz qalmışdı. Əş`ərilər əməli tövhid bəhanəsi ilə zati olan səbəb-nəticə qanununu inkar etmək və bütün şeyləri bilavasitə Allahın iradəsindən yaranmasını qəbul etmək məcburiyyətində qaldılar. Bu mövzu ilə tanış olanlar bilirlər ki, bu əqidə müqəddəs ilahi zatın bəsitliyi, ucalıq və ulululuğuna ziddir.

Hər iki məktəb özünü ədalət və əməli-tövhid məqamında tərəddüddə görürdü. Mö`təzilə məktəbi öz xəyalı ilə əməli-tövhidi ədalətə, əş`ərilər isə ədaləti əməli-tövhidə qurban verirdilər. Amma əslində nə mö`təzilə tərəfdarları ədaləti düzgün izah edə bildi və nə də əş`ərilər əməli tövhidin dərinliklərinə yiyələndi.

Әş`ərilərlə mö`təzilə tərəfdarları arasındakı ixtilaflı məsələlər çoxdur, amma onların ən mühümü iki məsələ, yə`ni ədalət və tövhid məsələləridir. Әvvəldə gördüyünüz kimi, kəlam bəhsləri ədalətlə bağlı məsələlərdən başladı və daha sonra isə tövhidlə əlaqədar məsələlərə də sirayət etdi. Tövhidin zat, sifət, əməl və ibadətdə tövhid kimi dərəcələri vardır. Zatda tövhidin mə`nası budur ki, müqəddəs zat öz məqamında yeganədir, onun bənzəri və misli yoxdur. «Ona bənzər heç bir şey yoxdur.» Heç bir şey Onun zatının məqamında deyil; hər şey Onun məxluqudur və Ona möhtacdır; O, hər şeyin yaradanıdır və zati baxımdan ehtiyacsızdır. Bu məsələdə müsəlmanlar arasında heç bir ixtilaf və fikir ayrılığı yoxdur. Amma sifətlərlə bağlı tövhiddə fikir ayrılığı yarandı. Belə ki, əş`ərilər tövhidi inkar edərək çoxluq tərəfdarı oldular. Әməli tövhiddə isə məsələ əksinə oldu, yə`ni əş`ərilər tövhidə, mö`təzilə tərəfdarları isə çoxluğa meyl göstərdi. Ibadətdə tövhid məsələsində də müsəlmanlar arasında heç bir ixtilaf yaranmadı, Hənbəli təriqətindən olan Ibni Teymiyyə başda olmaqla, bə`zi İslam alimləri, belə bir əqidədə olublar ki, müsəlmanların şəfaətə inamı və Allah övliyalarından hacət istəyərək onlara sığınması ibadətdə tövhid prinsipinə ziddir. Bu fikir sonralar «Vəhhabi» təriqətinin yaranmasına səbəb oldu.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
CAYNİZM (1)

 
user comment