Thursday 29th 2010
 
Axtarış


Şer
 
  Məsumlar
IBNI ABBASLA BAŞQALARI ARASINDA olan IXTILAF

10-IBNI ABBASLA BAŞQALARI ARASINDA olan IXTILAF

Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: (Ibni) Səf­van dedi: «Bu Ibni Abbas zinaya dair fətva verir.» Ibni Ab­bas dedi: «Mən zinaya fətva vermirəm! Məgər (Ibni) Səfvan Üm­mü Ərakəni unutmuşdurmu? Allaha and olsun ki, o qadı­nın övladı müt`ədən dünyaya gəlmişdir! Məgər o zina etmiş­dir­mi? Bəni Cəməh qəbiləsindən bir kişi onunla müvəqqəti izdi­vac etmişdi.»[1]

Başqa bir rəvayətdə Tavusun belə dediyi nəql olunur: «Ib­ni Səfvan zinaya dair fətva vermişdir? Ravi deyir: Ibni Ab­bas müt`ədən dünyaya gələn bir neçə adamın adını çəkdi. O de­yir: Mən onları eşitdim, yalnız Mə`bəd ibni Üməyyənin adı­nı xatırlayıram.»[2]

Mə`bəd ibni Səlmə ibni Üməyyə Kimdir?

Rəvayətlərin birində qeyd olunduğu kimi Ibni Abbas demişdir: Ümmü Ərakədən başqa bir kəs mö`minlərin əmiri Öməri bu cür reaksiya göstərməyə vadar etməmişdi. O, hamilə halında çölə çıxdı və Ömər bunun səbəbini soruşduqda, belə cavab dedi: «Səlmət ibni Üməyyə ibni Xələf məni müvəqqəti olaraq əqdinə keçirmişdir.» Buna görə də Ibni Səfvan Ibni Abbasın nəzərini xoşagəlməz sayanda Ibni Abbas ona dedi: «Öz əmindən soruş!»[3]

«Cəmhərətul-ənsab» kitabında Ibni Həzm yazır: Üməyyə ibni Xələf Cəməhinin Əli, Səfvan, Rəbiə, Məs`ud və Səlmət adlı övladları var idi ki, Mə`bəd ibni Səlmət həmin Səlmət ibni Üməyyə ibni Xələfin oğludur. Onun anası da Ümmü Ərakə olmuşdur. Səlmə Ömərin, yaxud Əbu Bəkrin xilafəti dövründə onunla müvəqqəti evlənmiş və Mə`bəd ibni Səlmə də bu izdivacdan dünyaya gəlmişdir.»[4]

Müəllif: Bizim nəzərimizcə, Səfvan ibni Üməyyə elə Ibni Səfvanın atasıdır. Səfvan Səlmət ibni Üməyyənin qardaşı olduğuna görə Ibni Abbas ona demişdir ki, «əmindən soruş!» Həmçinin, demişdir: «Ümmü Ərakəni unutmusanmı? Allaha and olsun, onun övladı-yə`ni Mə`bəd ibni Səlmət Ibni Səf­vanın əmisi-müvəqqəti evlənmədən dünyaya gətirdiyi övladdır. O zina etmişdirmi?» Müt`ə yolu ilə dünyaya gələn övladları saydıqda, bu Mə`bədi də onlardan biri hesab etmişdir.



[1] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.498; «müt`ə» babı. Ibni Abbasın Cəməh­dən bir kişi dedikdə məqsədi Səlmət ibni Üməyyədir. Mətnin ibarələrində Səfvan qeyd olunur ki, onu əsli Ibni Səfvan olmalıdır. Ikinci rəvayətdə də belə qeyd olu­nur. Çünki Səfvan əvvəlcə Məkkədə vəfat etmişdi. Ibni Abbasın müt`ə barəsindəki mü­na­­qişəsi isə Əbdüllah ibni Zübeyrin hakimiyyəti dövründə olmuşdur.

[2] «Müsənnəf» Əbdür-Rəzzaq», 7-ci cild, səh.499.

[3] Yenə orada.

[4] «Cəmhərətul-ənsab», Ibni Həzm, səh.159-160.


Xəlifələrin QUR`AN və sünnənin buyurduqlarI müqabilində şəxsi rə`ylərində nümunələr
Dörd istilahIn tə`rifi: Qur`an, Sünnə, Fiqh və iCtihad
IMAM ƏLI ™-IN PEYĞƏMBƏR ¡ SÜNNƏSININ DƏYIŞDIRILMƏSI BARƏSINDƏ ŞIKAYƏTI
ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI
QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ
XÜLƏFA MƏKTƏBINDƏ “Cəfr” VƏ “Camiə”
™-IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMAS
IMAMLARIN ¢ ÖZLƏRINƏ IRSƏN YETIŞƏN KITABLARA MÜRACIƏT ETMƏLƏRI
IMAMƏT MIRASININ QORUNDUĞU IKI ŞEY
IMAM ƏLI ™-IN KITABININ ADI HÖKMLƏRDƏ
Əbdül Rəhman Həzrət Əli (ə) ilə təkcə Allahın kitabını və Peyğəmbərin (s) sünnəsinə əməl etmək şərti əsasında beyət edə bilməzdimi?
İmam Musa Kazim (ə) səbr dağı
SALAVAT AYƏSİ
MÜBAHİLƏ AYƏSİ
Allah-taala bu ayədə “özünüzdən olan Əmr sahibləri” ifadəsindən istifadə edir. Bu, çox incə bir mə`naya malikdir. Yəni “Əmr sahibləri” ilahi mələk deyil, zahirdə sizin kimi və sizin özünüzdən sayılırlar. Onlar əmr və məqam sahibləri olduğu üçün siz müsəlm
Copyright © 2004-2010 ERFAN.IR