|
||||||||||||||||||||||
DÜŞMƏN DİLİNDƏN TƏ`RİF
DÜŞMƏN DİLİNDƏN TƏ`RİFİndi də Müaviyənin Malik Əştər haqqındakı tə`rifini aydınlaşdıraq. Çünki, düşmən tərəfindən tə`riflənmək də xoşdur. Düşmənin tə`rifi qarşı tərəfin həqiqi simasını və əzəmətini göstərir. Əvvəldə qeyd etdik ki, Malik Əştər, Müaviyənin məkrli tədbiri və bir nəfər xainin vasitəsi ilə zəhərlənib şəhid edildi. Müaviyə bu xəbəri eşidən kimi, sevincək mənbərə çıxır ki, bu xəbəri əhaliyə e`lan etsin. O öz xütbəsinə başlayır və sözlərinin əsnasında Malik Əştərin ölümünü aşağıdakı kimi bəyan edir: “Camaat! Bilin ki, Əli İbni Əbi Talibin iki əli vardı. Bu gün hər iki əli kəsilib və əlsiz qalıb. Əllərindən biri Əmmar Yasir idi ki, Siffeyn döyüşündə öldürüldü. Başqa əli isə Malik Əştər idi. Bu gün onun ölüm xəbəri mənə yetişib. Belə isə şad olun ki, Əli əlsiz qaldı!” Diqqət edin: Müaviyə nadanlıq üzündən Malik Əştəri bu cür tə`rifləyir. Bu da Malik Əştərin uca məqamına bir işarədir. Müaviyənin Malik Əştəri Həzrəti Əli (əleyhissalam)-ın “ikinci əli” adlandırmasından mə`lum olur ki, hətta qatı düşmənlər belə Malik Əştərin İmamın yanında nə qədər böyük məqama malik olmasını bilir və e`tiraf edirlər. Belə olduqda Həzrət Əli (əleyhissalam)-ın Malik Əştəri İslam valisi kimi tə`yin edərək ictimai ədaləti xalqa bəyan etməsinə güclü əsas vardır. MİSİR HAQQINDATarixi faktlara görə Misir ölkəsi o zaman təkcə İslam ölkələri arasında yox, bütün dünya ölkələri içərisində ən çox inkişaf etmiş mədəni bir ölkə idi. Tarixi sənədlər göstərir ki, Misir ölkəsi bizim e`ramızdan 400 il əvvəl inkişaf etməyə başlamışdır. Fir`onlar sülaləsinin hakimiyyəti dövründən başlayaraq bu ölkədə çoxlu elmi mərkəzlər və kitabxanalar yaranıb inkişaf etməyə başlamışdır. Bu elmi inkişafın əsas səbəbi də yunanlıların bir dəstəsinin ölkəyə başçılıq etməsi olmuşdur. Elm ab-havasında böyümüş əsl yunanlıların ölkədə hakimiyyətdə olması ilk növbədə müxtəlif elmlərin, o cümlədən fəlsəfə, hikmət, əqli və nəqli elmlərin genişlənməsinə səbəb olur. Bu barədə yazılanların bə`zilərinin əfsanə olmasına baxmayaraq, bütün bunlar göstərir ki, Misir ölkəsi qədimdən elm və fəlsəfə mərkəzi olmuşdur. İSGƏNDƏRİYYƏ ŞƏHƏRİTarixi sənədlərə görə Misrin ən mühüm elm və mədəniyyət şəhərlərindən biri İsgəndəriyyə şəhəridir. Bu şəhər hətta hal-hazırda belə, Misrin ən mühüm şəhərlərindən hesab olunur. Bu şəhər eramızdan 400 il əvvəl Makedoniyalı İsgəndər vasitəsi ilə salınmışdır. Müsəlmanların Misri fəth etdiyi vaxta qədər (təxminən 100 ilə yaxın) bu şəhər Misrin mühüm şəhərlərindən biri və paytaxt hesab olunurdu. İsgəndəriyyə şəhərinin mühüm əhəmiyyəti onun elmi mərkəz olması idi. İsgəndərdən sonra onun canişinləri bu şəhərdə elm və mədəniyyəti inkişaf etdirməyə başladılar. Onlar İsgəndəriyyədə bir neçə elm və tədqiqat mərkəzləri, muzeyləri, kitabxanalar, tədris ocaqları və təhsil mərkəzləri yaratdılar. Əslində onlar qısa müddətdə dünyada şöhrət tapan elmi akademiyanın bünövrəsini qoydular. Dünya alimləri və elm tədqiqatçıları hər tərəfdən nəzərlərini bu elmi mərkəzlərə yönəltdilər. Tarixi sənədlərə görə, o zamanlar dünyanın bütün həkimləri, filosofları, əqli və nəqli elm sahibləri ora üz tuturdular, böyük bir elm ocağı və əzəmətli kitabxana təşkil edirdilər. Elmi və mədəni sahələrin, akademiyanın yüksək dərəcəli alimlər yetişdirməsi o dərəcəyə çatır ki, İsgəndəriyyənin və Misrin bir çox alimləri Yunanıstanın böyük alimləri ilə mübahisə aparır, hətta bə`zi sahələrdə yunan alimlərinə qələbə çalırdılar. Buna görə də bu alimlərin adları dünyanın məşhur və tanınmış şəxsiyyətləri arasında qeyd olunur. Bəşəriyyət əsrlər boyu onların əsərlərindən istifadə edir. Tanınmış təhqiqatçı və tarixçi Corc Sartonun sözləri dediklərimizi təsdiq edir. O, qərbli və məsihi bir adam olmasına baxmayaraq, vicdanlı və insaflı olduğuna görə e`tiraf edir ki, İslam dininin dünya elm və mədəniyyətinin boynunda böyük haqqı vardır. Bu şəxs hətta İslam alimləri barəsində təhqiqat edir və yazır: “İki şey nəzərdən qaçıb və elm tarixində olduğu kimi qeyd olunmayıb. Bu barədə ixtilaf əmələ gəlib. Birinci məsələ odur ki, şərqin elmi barəsində yaxşı təsəvvür yayılmayıb. Elmin yunanlardan başlanmasını təsəvvür etmək çox gülünc bir fikir olardı. Ona görə ki, “Yunan elmlər mö`cüzəsin”dən min illərlə əvvəl, Misir və başqa ölkələr elm haqqında çoxlu işlər görüb çalışmışlar. Yunan elmi, əslində bu elmləri təzədən dirçəldib, heç də onu özləri ixtira etməmişlər. İkinci məsələ budur ki, şərq və yunan elmlərində yaranan bə`zi şəraitlər düzgün olmayan bə`zi ehtimalların qəbul edilməsinə səbəb olsun. Yunan elminin inkişafında şərq elminin əsl səbəb olması məsələsini gizlətmək ən pis işlərdən biridir. Tarixçilərin çoxunun ehtimal verdiyi məsələlərin əslinə diqqət etmək elmin inkişafının qarşısının alınmasında çox böyük tə`sir qoymuşdur. Onlar, bəlkə də, bu ehtimal və xətaları bir neçə qat etmişlər. Halbuki, bu cür məsələlərin həmin vaxtda aradan aparılması mümkün idi. ”[1] Başqa yerdə Misrin mədəni inkişafı haqqında belə yazır: “Əlbəttə, bizim eradan əvvəl, Misirdə olan elmi inkişafın vəziyyətini və hansı şəraitdə olduğunu bəyan etməyə qüdrətimiz yoxdur. Bunu qeyd etmək kifayətdir ki, Misrin bizim eradan əvvəlki elmi-mədəni tarixi “daş dövrünün” axırlarına təsadüf edir. Qədim misirlilər əkinçiliyin müxtəlif növlərində də usta idilər. Əhalinin arpa, buğda, kətan və sair kimi sahələrdə təcrübəsi var idi. İllik təqvim ixtira olunmuşdu. Tarixi həqiqətlər kəşf edilsə, görərik ki, birinci fir`onlar sülaləsi Misirdə hakimiyyətə gəlirlər. Bu dövrdə Misir mədəniyyəti elə yüksək səviyyədə idi ki, “elm və mədəniyyətin ilk və ibtidai səviyyədə inkişafı” adlandırmaq qeyri-mümkündür. Bəlkə də o zaman Misrin mədəniyyəti elə səviyyədə idi ki, bir neçə min illik dövranı keçmədən o mədəniyyətə yetişmək olmazdı. ”[2] İNKİŞAF VƏ GERİÇİLİKMisir tarixində elmi inkişaf dəfələrlə enişli-yoxuşlu yollara düşür. Bə`zən elə vəziyyətə gəlir ki, tam şəkildə aradan getməklə təhdid olunur. Belə ki, tarixçilər yazır: “Uzun müddət ərzində (təxminən, İsgəndər və onun canişinləri zamanı) Misir dövləti Yunanıstanın siyasi nüfuzu altında idi. Təbiidir ki, bu vəziyyətdə iki ölkənin mədəni və elmi inkişafı bir-birinə qarışmışdır. Amma “Bətalis” padşahlığıdan sonra yunan inşikafı tənəzzülə doğru gedir. Roma ilə Yunanıstan bir-biri ilə döyüşə başlayan zaman romalılar yunanlılar üzərində qələbə çalırlar. Yunanlıların işğal etdiyi bütün ərazilər, o cümlədən Misir və İsgəndəriyyə, yenidən Roma imperatorluğunun nüfuzu altına keçir. O dövrdən başlayaraq Misrin elmi və mədəni inkişafı, İsgəndəriyyə akademiyası çətinliklərlə qarşılaşır. Bir neçə dəfə tənəzzül edir və yenidən inkişafa başlayır. Nəhayət, 400-cü ildə Roma dövləti iki qismə bölünür; biri şərqi Roma, (paytaxtı indiki Türkiyənin İstambul şəhəri), o birisi qərbi Roma (indiki İtaliyanın mərkəzi) adlanır. Şərqi Roma məsihiyyətə tərəf meyl edir. Məsihiyyət, Romanın, Yunanın, eləcə də Misrin və İsgəndəriyyənin elmi və mədəni inkişafına mənfi tə`sir göstərir. Əsas e`tibarilə qərbin renosans dövranı və tənəzzül etməsi həmin orta əsrlərdən başlayır. Şərqi Roma zalım hökumət olması ilə yanaşı, məsihiyyətin mədəniyyətini dəyişdirən kilsə başçılarını himayə etməklə, bəşəriyyətin elmi və mədəni inkişafına qarşı düşmənçiliyə başlayır. Ona görə ki, məsihiyyət kilsəsi elm və fəlsəfənin öyrənilməsini və tədris edilməsini məsihi dini ilə müxalif hesab edirdilər. Bu yolda addım atan hər kəsi yolundan azmış, kafir, Allahın və kilsənin düşməni sayırdılar. Əlbəttə, romalıların hakimiyyət dövründə vəziyyət heç də sabit deyildi. Bu dövrdə İsgəndəriyyə bir neçə dəfə elmi inkişafa doğru irəliləmiş, elm və mədəniyyətin təzədən dirçəlməsi üçün münasib fürsətlər yaranmışdı. Lakin hər dəfə məzhəbi ixtilaflar nəticəsində Misrin elmi və mədəni inkişafı özünün təkamül yolunda zərərə uğrayır və onun son nöqtəsinə çata bilmir. Bütün bunlarla yanaşı, Misir ölkəsi özünün uzaq və parlaq keçmişi ilə elm və mədəniyyət sahəsində təkamülə çatmışdı, o vaxtkı ölkələr, xüsusilə, İslam dövlətləri arasında xüsusi mövqeyə malik idi. Təbiidir ki, Həzrət Əli (əleyhissalam) “Əhdnaməni” yazanda bunların hamısını nəzərdə tutmuşdu və Malik Əştəri hansı ölkəyə göndərdiyini, əhalisinin hansı xüsusiyyətlərə və mövqeyə malik olduğunu, bu əhaliyə hökumət etmək üçün hansı şeyləri bilməli olduğunu, oranın hakiminin hansı şəraitlərə malik olmasını yaxşı bilirdi. Həmçinin, bunu da yaxşı bilirdi ki, hansı böyük şəxsiyyəti və yüksək əxlaqi və mə`nəvi səciyyələrə malik olan bir kəsi bu ölkəyə hakim göndərir. Ona görə də Misir ölkəsi haqqında Malikə tövsiyə etdiyi kimi, misirlilərə də Malik haqqında tövsiyə və onları Malikin şəxsiyyəti ilə tanış etmişdi. Həzrət Əli (əleyhissalam) Misrin sabiq valisi Məhəmməd ibn Əbi Bəkrin qətl xəbərini eşitməmişdən əvvəl, Maliki ora göndərdi və Misir əhalisinə belə bir məktub yazdı: “Agah olun! Mən Allahın qılınclarından birini sizə tərəf göndərirəm. Onun nə zərbəsinin xətası var, nə də ağzı kütdür. Əgər sizə köç etmək əmrini versə, köçün! Əgər sizə qalmaq fərmanı versə, qalın! Ona görə ki, o mənim göstərişim olmadan nə irəli gedir, nə də arxaya çəkilir... ”[3] MİSİRİN SİYASİ VƏZİYYƏTİMisrin mədəni və elmi inkişafından bəhs olunduqda, bu ölkənin başqa ölkələrlə siyasi vəziyyətinə də işarə etmək zəruridir. Müsəlmanların Misri fəth etməsindən təxminən 100 il əvvəl bu ölkə Makedoniyalı İsgəndərin hakimiyyəti altında idi. Ondan sonra İsgəndərin canişinləri bir müddət bu ölkədə hökmranlıq etmişlər. Az sonra romalılar yunanlılara qalib gəldi və Misri özünün siyasi nüfuzu altına aldı. Bu ölkə uzun illər boyu şərqi Roma imperiyasının (Bizans imperiyasının) ən sərvətli məntəqəsi hesab olunurdu. Bərəkətli torpağa və bol suya malik olduğuna görə əkinçilikdə ildə üç dəfə məhsul almaq olurdu. Bu cəhətdən Misir ölkəsi Bizansın “dolu anbarı” sayılırdı. [4] Bununla belə, Bizans hökuməti Misrin əhalisi ilə qəddarcasına rəftar edirdi. Buna görə də müsəlmanların Misri fəth etməsindən bir az əvvəl ölkədə iğtişaşlı vəziyyət hakim idi. Misirlilər Bizans hökumətinə qarşı nifrət bəsləyirdilər. Onlardan əsas e`tibarilə məzhəbi məsələlərdə işkəncə və əzab-əziyyət görmüşdülər. “Yə`qubi” məzhəbinin tərəfdarları, “Qibtilər” və “Məlkal” (Ortodoks) məzhəbinin tərəfdarları Bizans hökuməti ilə müxalifət edirdilər. “Məlkali” keşişləri və hökumət mə`murları zülm və təcavüzkarlıqla məşğul olaraq düşmənçilik toxumu səpirdilər. Müsəlmanların Misri fəth etmələrindən əvvəl İran şahı Xosrov Pərviz Misrə hücum etmiş, oranı döyüş meydanına çevirmiş və bir müddət Nil vadisinin bir hissəsini öz işğalı altında saxlamış idi. Lakin Roma hökuməti başqa bir döyüşdə təzədən Misri Xosrov Pərvizdən geri alır. [5] Yenidən baş verən döyüşlərdə hər iki tərəfin-istər romalılar, istərsə də misirlilərin rəftarı düşməncəsinə olur. Ölkənin daxili vəziyyəti qiyam və iğtişaşlara səbəb olur. Belə bir böhranlı vəziyyətdə Əmr ibni As Misrə hücum edir. O, “Bəni Üməyyə” tayfasından olan hiyləgər bir adam idi. Sonralar öz həyatını Həzrəti Əli (əleyhissalam)-la düşmənçiliyə həsr edir. O, bu düşmənçilikdə, müsəlmanlara xəyanət etməkdə, hiyləgərlikdə, İslam hökumətinin hərbi dəstələrində təxribat yaratmaqda, Əli (əleyhissalam)-a qarşı müharibə təşkil etməkdə, Həzrətin vəfalı köməkçilərini şəhadətə yetirməkdə əlindən gələni əsirgəmir. Məhz həmin Əmr ibn As Müaviyə tərəfindən Həzrəti Əli (əleyhissalam)-ın Misirdəki nümayəndəsi Məhəmməd İbn Əbi Bəkrlə döyüşə gedir və onu öldürtdürür. Bundan əlavə, Müaviyə tərəfindən Malik Əştəri şəhadətə yetirmək üçün mə`muriyyət alır. Bu cinayəti də hiyləgərcəsinə yerinə yetirir. Əmr ibn As cavanlıq vaxtlarında ticarət karvanları ilə Şama və Misrə səfər etdiyi üçün Misrin daxili vəziyyətindən, təbii sərvətlərindən və strateji üstünlüklərindən xəbərdar idi. İkinci xəlifə hakimiyyətə gəldikdən sonra Əmr As dəfələrlə ondan xahiş etmişdi ki, Misri fəth etmək üçün ona fərman versin. Amma xəlifə bu işlə müxalifət edirdi. O zaman Misrin hökmdarı Qeyrus (və ya Kuroş) adlı qafqazlı bir şəxs idi. Ona görə də əhali arasında “Qafqazi” adlandırılırdı. Müsəlmanlar onu “Moqoqos” kimi tanıyırdılar. “Moqoqos”,[6] Bizans imperatoru Heraklın (və ya Herakliyusun) əmri ilə Misrə gəlmişdi. Misrin idarəçilik işlərində də imperator Heraklın nümayəndəsi kimi tanınırdı. [7] Moqoqos Misir ölkəsində məqam və qüdrət kəsb edir. Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) məktub yazaraq onu İslam dininə də`vət edir. O da İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) göndərdiyi elçi ilə yaxşı rəftar edir və O həzrət üçün çoxlu hədiyyələr göndərir. Hədiyyələrdən biri Qibti tayfasından Mariya adlı kəniz idi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) ondan İbrahim adlı oğlu dünyaya gəlir, amma südəmər dövründə vəfat edir. [8] İkinci Xəlifə Müaviyənin ədalətsizliyi, israfçılığı və Şam əhalisi ilə oyunbazlığı haqqında mə`lumat aldıqdan sonra bütün bu işləri yoxlamaq məqsədi ilə Şama səfər edir. Belə bir fürsət gözləyən Əmr As yol əsnasında özünü xəlifəyə çatdırır və “Beytül-Müqəddəs”də onunla məxfi şəkildə görüşür, Misrə hücum etməyi və oranı fəth etmək məsələsini yenə də ortalığa atır. Xəlifəni bu işə təşfiq etmək üçün Misri tə`rifləməyə başlayır. Yə`qubinin yazdığına görə xəlifəyə belə söyləyir: “Mənə icazə verirsənmi ki, Misrə tərəf yola düşüm?! Əgər oranı fəth etsək, müsəlmanlar üçün böyük qüvvə ələ gələcək. Misrin sərvəti bütün ölkələrin sərvətindən çoxdur. Amma döyüşdə hamıdan zəifdirlər.” Əmr ibn As Misri xəlifənin gözündə həddən artıq şişirdir və oranın fəthinin asan olmasını ona təlqin edirdi. [9] O, “Misrin fəth olunması İslamın əzəmət və başıucalığına çox kömək edəcək” – deyə tə`kid edir. Amma batində özünün şöhrət və məqamını yüksəltmək fikrində idi. Xüsusən, Xalid ibn Vəlidə çox həsəd aparırdı. Daim istəyirdi ki, onun məqamından ucada olsun, onun kimi qoşun sərkərdəliyini öz öhdəsinə alsın, döyüşlərdə özünün əzəmətini göstərsin. “Ərəb tarixi” kitabında belə yazılır: “Əmr ibn As elə bir meydan axtarırdı ki, orada özünün Xaliddən üstünlüyünü göstərsin. İkinci xəlifə “Beytül-Müqəddəsə” gəldikdə, fürsəti qənimət bilib Ömərin yanına gəlir, istəyir ki, Misirlə döyüşdə çoxdankı arzusu olan qoşun başçılığını öz üzərinə götürsün. ”[10] Əlbəttə, xəlifə Əmr ibn Asın bu təklifi ilə həmişə müxalifət edərək deyirdi ki, Misir romalılırın nüfuzu altındadır, onların başdan-ayağa silahlanmış əsgərləri orada dayanmışlar. Bizim ümidimiz yoxdur ki, İslam qoşunları oranı fəth edə bilsin. Nəhayət, Əmr ibn As dörd min nəfərlik qoşun hazırlayır. Əsgərlərin əksəriyyətini “Əkk” əhalisindən təşkil edir. Xəlifənin xəbəri olmadan bu qoşuna başçılıq edərək Misrə hücum etməyə hazırlaşır. Bu xəbər xəlifəyə çatanda o çox narahat olur. Dərhal bir məktub yazıb, Əqəbə ibn Amir Cəhəninin vasitəsi ilə Əmr ibn Asa göndərir. Xəlifə məktubda Əmr ibn Ası “günahkar oğlu günahkar” adlandırır və onu hədələyərək yazır: “Nəyə görə az qoşunla, romalıların başdan-ayağa silahlanmış qoşunları yerləşən bir ölkəyə hücum edirsən?! Əgər bu məktub sənə yetişəndə Misir torpağına daxil olmamışsansa, dərhal qayıt! Amma Misir torpağına daxil olmusansa, artıq çarə yoxdur, Allaha təvəkkül et və irəli get!” Əqəbə ibn Amir Cəhəni, Əmr ibn Asa çatanda artıq İslam qoşunlarının bir hissəsi Fələstinin axırıncı səhra məntəqəsi hesab olunan “Rəfəh” şəhərinə, başqa bir hissəsi isə Misirlə iki günlük fasiləsi olan “Əsqəlan” şəhərinə daxil olmuşdu. Əmr ibn As Əqəbəni görcək başa düşür ki, xəlifə tərəfindən göndərilib və xəlifə məktubda Misirə həmlə etməmək əmrini vermişdir. Ona görə də Əqəbəyə əhəmiyyət vermədən yoluna davam edir. Bir qədər yol getdikdən sonra Roma dənizinin yaxınlığında, Şam ilə həmsərhəd və Misir ərazilərindən hesab olunan Ureyş məntəqəsinə çatır. Orada Əqəbə ibn Amir Cəhənini çağırır və məktubu ondan alıb açır. Xəlifənin tövsiyəsini bildikdən sonra qoşun başçılarını və əsgərlərdən bir dəstəsini toplayıb onlardan soruşur. “Hazırda olduğumuz yer hansı ölkədən hesab olunur?” Cavab verirlər: “Misir torpağıdır. ” Əmr As deyir: “Elə isə, hərəkətinizə davam edin. Xəlifə məktubda mənə yazıb ki, əgər Misir torpağına daxil olmamışdan məktubu alsan, yoldan geri dön. Artıq biz Misir torpağına daxil olmuşuq. Geriyə yol yoxdur. ” Əmr ibn As öz yoluna davam edir. Misir torpağında oranin hakiminin başçılıq etdiyi qoşunlarla döyüşə başlayır. Təxminən bir ay çəkən döyüşdə Əmr ibn As qələbə çala bilmir. Çünki, xəlifənin də xəbər verdiyi kimi, o başdan-ayağa möhkəm silahlanmış əsgərlərlə qarşılaşmışdı. Nəhayət, Əmr ibn As xəlifəyə məktub yazıb ondan kömək istəyir. Xəlifə dörd nəfər qoşun başçısı-Zübeyr ibn Əvam, Miqdad ibn Əsvəd, Übadət ibn Samit və Məsləmət ibn Xalidi on iki min nəfər döyüşçü ilə birlikdə Əmr Asın köməyinə göndərir. Döyüşçülər arasında mühacirlərdən və Peyğəmbər (səlləllahu əleyhi və alih) əshabından on dörd nəfərin Zübeyr ibn Əvamın dəstəsində və on altı nəfər ənsarın Übadət ibn Samitin dəstəsində olması döyüşçülərin əhval-ruhiyyəsini gücləndirir. Təxminən üç ay çəkən döyüşdə, nəhayət İslam qoşunları qalib gəlir. Bütün qala və səngərləri ələ keçirir, Misrin bir hissəsini ələ alırlar. Oranın başçısı Moqoqos müsəlmanlarla danışığa gəlir. Qərara alınır ki, Misir hökuməti hər əsgər üçün iki dinar cizyə (vergi) versin. Bundan sonra İslam qoşunları İsgəndəriyyəyə tərəf üz tuturlar. [11] İsgəndəriyyədə üç böyük qala və çoxlu səngər var idi. Əsgərlərin sayı da əlli minə yaxın idi. Halbuki müsəlmanların sayı iki mindən artıq deyildi və şəhəri mühasirə etmək üçün lazımınca döyüş sursatları yox idi. Bununla belə, İsgəndəriyyə asanlıqla və sülh yolu ilə təslim olur. Səbəbi də ölkə daxilində baş alıb gedən münaqişə və ixtilaflar idi ki, əhali, müsəlmanlarla döyüşməkdənsə, cizyə (vergi) verməyi üstün tuturlar. Asanlıqla fəth olunan şəhərin misilsiz məhsullar düzənlikləri və geniş inkişaf tarixi var idi. Əmr ibn As özü şəhər haqqında belə mə`lumat verir: “Elə bir şəhəri fəth etmişəm ki, onun vəsfində başqa şeyi yox, yalnız bunu qeyd edirəm ki, dörd min istirahət sarayı, dörd min hamam, dörd min nəfər vergi verən yəhudi , dörd min şahzadələrə məxsus saray mənim əlimə düşmüşdür. ” Beləliklə, bol sərvəti və məhsuldar düzənlikləri olan Misir ölkəsi müsəlmanların əlinə keçdi. Misrin fəthindən sonra Əmr ibn As orada təxminən dörd il vali oldu. [1] Corc Sarton, «Elm tarixi», müqәddimә [2] Corc Sarton “Elm tarixi” müqәddimә, 21-ci sәһ [3] Tarixi Yә`qubi, 2-ci cild, «Әmirәl-mö`mininin (ә) xilafәti» fәsli; [4] Doktor Zәrrinkub: “Bamdade İslam», sәһ. 116 [5] Doktor Zәrrinkub, “Bamdade İslam», sәһ. 116 [6] «Bamdade İslam», sәһ. 116 [7] Әrәb tarixi, 1-ci cild, sәһ. 208 [8] “Bamdade İslam”, sәһ. 17-75 [9] Tarixi Yә`qubi (farsca tәrcümә) , 2-ci cild, sәһ. 32 [10] Tarixi-Әrәb, 1-ci cild, sәһ. 206 [11] Tarixi Yә`qubi, 39-cu sәһ. Bamdade İslam, sәһ. 117
MÜVƏFFƏQİYYƏTLİ QƏRAR QƏBUL ETMƏK
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ! QANUN QARŞISINDA BƏRABƏRLİK TİCARƏT MƏHDUDİYYƏTLƏRİ ƏKİNÇİLİYİN ƏHƏMİYYƏTİ VƏ XƏRACIN MƏ`NASI SÜNNƏDƏ MÜTƏŞABEH OLMAQ EHTİMALI DÖVLƏTİN DAVAMLI OLMASI CƏMİYYƏTİN HƏR BİR DƏSTƏSİNİN MÖHKƏMLƏNMƏSİ BAŞQA DƏSTƏNİN MÖHKƏMLƏNMƏSİNƏ BAĞLIDIR HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ ZALIMIN TÖVBƏSİ ÖZLƏRİNİ SƏHVSİZ HESAB EDƏNLƏRİN SƏHVİ YAXŞI AD AXİRƏTDƏ XEYİRXAHLARIN SƏNƏDİDİR SƏADƏT VƏ BƏDBƏXTLİK YOLU ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI MİSİRİN ƏHƏMİYYƏTİ GÜNDƏN-GÜNƏ AŞKAR OLUR |
||||||||||||||||||||||
| Copyright © 2004-2010 ERFAN.IR | ||||||||||||||||||||||