|
||||||||||||||||||||||
III "Mövlüd Olimpiadası" və mövlud konserti keçirilmişdir
III "Mövlüd Olimpiadası" və mövlud konserti keçirilmişdir
Azərbaycanda İslam Peyğəmbərinin (s) adına həsr edilmiş sayca üçüncü dəfə keçirilən intellektual yarış - "Mövlud olimpiadası" bu il də start götürmüşdür. Bu bilgi yarışı İcərişəhər “Cümə” məsçidi dini icması, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının təşəbbüsü və deyerler.org-un informasiya dəstəyilə həyata keçirilmişdir. İlk "Mövlud Olimpiadası" 2008-ci ildə baş tutmuşdur. 2008-in bilik yarışında 117 nəfər iştirak etmək arzusunu bildirmişdir. Onlardan ən çox xal toplayan Kərimli Namiq ilk "Mövlud Olimpiadası"nın qalibi elan edildi. Aynur Məmmədova və Emin Yasinov isə müvafiq olaraq 2-ci və 3-cü yeri bölüşdürmüşdürlər. 2009-cu ildə isə II mübarək "Mövlud Olimpiadası"nda artıq 135 nəfər iştirak etmişdir. İkinci olimpiadanın nəticələrinə görə Allahverdi Nəcibə və Yusifova Kəmalə 49 xal toplayaraq 2-3 yerləri bölüşdürüblər. Abbasova Leyla isə hər 3 mərhələnin ümumi nəticəsinə görə 50 xal toplamaqla, olimpiadanın qalibi olmuşdur. Bu il elmi-intellektual yarışda, "Mövlud Olimpiadası"nda iştirak üçün qeydiyyat müddətinin cəmi 3 gün olmasına baxmayaraq olimpiadada 189 nəfər iştirak istəyini bildirmişdir. Olimpiada 3 turdan ibarət idi. İlk turun nəticələrinə görə daha çox xal toplamış 110 iştirakçı II turda biliklərini sınamaq üçün imkan qazanmışlar. |Deyerler/
Malaziyada 52-ci Quran müsabiqəsinin açılışı
Avstraliyada İslamofobun namizədliyi dəstəklənmədi Google-nin loqosunu dəyişmək üçün imza toplanır Müsəlman-xristian şurasının İsrail rejiminə xəbərdarlığı Ərəbistanda Həzrət Zəhra (s.ə) məscidi açılır İspaniya müsəlmanları məscidin qapadılmasına etiraz edir Fələstində yəhudi xanım İslamı qəbul etdi Mehdinin (əc) rəhbərliyinə inam müasir dünyanın ehtiyacıdır Küveyt mühəndisləri Quran hifzi yarışına qatılır Əl-Əzhər Universiteti çoxdilli sayt işə salır Məkkədə Quran hifzi müsabiqəsinin 8 yaşlı qalibi BƏƏ, Şarcədə Quran hifzi kursları Avstriyada Beynəlxalq və İslami hüquq konfransı Seneqalda 5-ci Beynəlxal Aşura konfransı Uqandada “İslam təlimlərinin gələcəyi” konfransı |
||||||||||||||||||||||
| Copyright © 2004-2010 ERFAN.IR | ||||||||||||||||||||||