|
||||||||||||||||||||||
QARŞINIZDAKI KİTAB HAQQINDA
QARŞINIZDAKI KİTAB HAQQINDABöyük İslam inqilabının zəfərli qələbəsindən sonra ustad hiss edir ki, əhali gündən-günə əsl İslam mədəniyyətinə ehtiyac duyur. Başqa tərəfdən, “Qum İslam təbliğatı” idarəsində “imam Sadiq ™-ın mədrəsəsinin şagirdləri və Qum elmi hövzəsinin ruhaniləri üçün həzrət Əli (əleyhissalam)-ın “Nəhcül-bəlağə” kitabının dərslərini başlayır. Bu dərsdə mövzu, ustadın özünün istəyi ilə həzrəti Əli (əleyhissalam)-ın Malik Əştər Nəxəiyə yazmış olduğu məkubu idi. Bu dərslər “İslam təbliğatı” idarəsi tərəfindən lentə yazılaraq kiçik kitabça şəklində tələbələr arasında paylanıldı. Qərara aldım ki, ustadın dərslik kitabçalarını həm özümün, həm də başqalarının bəhrələnməsindən ötrü kitab şəkilinə salım və onu hamının istifadəsinə verim. Onu da qeyd edim ki, mən bu bəhsləri cəm etdikdə, ustadın özündən istifadə etdiyim bəyanlara arxalanaraq bu bəhslərin deyiliş və yazılışında bə`zi dəyişikliklər etmişəm. Belə ki, hamının başa düşməsi və çətin olmaması üçün sözlərin bə`zilərini dəyişmişəm. Amma əsil mətni dəyişmədən, çalışmışam ki, ağır termin və kəlmələri kitab cümləsi ilə bəyan edəm. E`tiraf edirəm ki, bu kitabın hər nə qədər cazibədarlığı və faydaları varsa, ustadım ayətullahül-üzma Fazil Lənkəraninin elm və biliyinin bərəkətindən, nöqsan və çatışmazlıqlar isə mənim elmimin az olmasından irəli gəlir. Ayətullahül-üzma şeyx Məhəmməd Fazil Lənkəraninin şagirdlərindən: Hüseyn Kərəmi
MÜVƏFFƏQİYYƏTLİ QƏRAR QƏBUL ETMƏK
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ! QANUN QARŞISINDA BƏRABƏRLİK TİCARƏT MƏHDUDİYYƏTLƏRİ ƏKİNÇİLİYİN ƏHƏMİYYƏTİ VƏ XƏRACIN MƏ`NASI SÜNNƏDƏ MÜTƏŞABEH OLMAQ EHTİMALI DÖVLƏTİN DAVAMLI OLMASI CƏMİYYƏTİN HƏR BİR DƏSTƏSİNİN MÖHKƏMLƏNMƏSİ BAŞQA DƏSTƏNİN MÖHKƏMLƏNMƏSİNƏ BAĞLIDIR HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ ZALIMIN TÖVBƏSİ ÖZLƏRİNİ SƏHVSİZ HESAB EDƏNLƏRİN SƏHVİ YAXŞI AD AXİRƏTDƏ XEYİRXAHLARIN SƏNƏDİDİR SƏADƏT VƏ BƏDBƏXTLİK YOLU ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI MİSİRİN ƏHƏMİYYƏTİ GÜNDƏN-GÜNƏ AŞKAR OLUR |
||||||||||||||||||||||
| Copyright © 2004-2010 ERFAN.IR | ||||||||||||||||||||||