|
||||||||||||||||||||||
MÜƏLLİFİN HƏYATI İLƏ QISA TANIŞLIQ
MÜƏLLİFİN HƏYATI İLƏ QISA TANIŞLIQ Elm, iman və əməl sahibi olan ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani (Qafqazi) müasir dövrdə Qum elmi mərkəzində tanınmış böyük mərcəyi-təqlidlərdən biridir. O, 1310-cu ildə (şəmsi tarixi ilə) İranın müqəddəs Qum şəhərində dünyaya gəlmişdir. Atası mərhum ayətullah Fazil Lənkərani (Hacı Bəşir oğlu) Lənkəranın “Ərkivan” bölməsinin əhalisindən idi və Qum elmiyyə hövzəsinin böyük alimlərindən və ustadlarından sayılırdı. O, azərbaycandan gələn mühacirlərdən idi. Bir neçə müddət İranın Məşhəd və Zəncan elmiyyə hövzələrində dini təhsil almış və tədrislə məşğul olmuşdu. Ayətullah Hacı Əbdülkərim Hairi Qum elmiyyə hövzəsini təşkil etdikdən bir il sonra Fazil Lənkərani Qafqazi (atası) bu müqəddəs elm ocağına pənah gətirir. Elə ilk günlərdə də nəcib ailədən olan bir qadınla ailə qurur. Bu ailə həyatında çoxlu övladlar dünyaya gəlir. Övladların dördüncüsü əziz ustadımız Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani idi. Onu da qeyd edək ki, bu ailədən yalnız Şeyx Məhəmməd Fazil Lənkərani ruhani olur. Uşaqlığının ilk vaxtlarından atasının mə`nəviyyatının tə`siri altına düşür. Ürək açıqlığı ilə onun pak yolunu seçir və uşaqlıq iradəsi ilə qərara alır ki, atasının yolunu özünə nümunə seçib, ruhaniyyət aləminə qoşulsun. Dünyəvi elmlərdə yüksək iste`dada və müvəffəqiyyətlərə nail olduğuna baxmayaraq, altı illik orta təhsilini qurtaran kimi dini elmləri oxuyan tələbələrin sırasına qoşulur. Qəlbində bir dünya sevinc ilə tutduğu yolu davam etdirir, sadə tələbəlik mə`nəviyyatına daxil olur. Bu yolu özünün eşq və məhəbbəti ilə seçməsindən əlavə, başqa bir qüvvə də onun ruhaniyyət aləmində dözümlə irəliləməsinə tə`sir edir. Bu şəxs uşaqlıq dostu və məktəb yoldaşı, imam Xomeyninin böyük oğlu mərhum ayətullah seyyid Mustafa Xomeyni idi. İki səmimi dost əl-ələ verərək bu uzun və pak yolu dərin sevinc hissi ilə davam etdirirdilər. Ustadın öz sözü ilə desək: “Tutduğum yolda eşq və əlaqəmin çoxalmasında bu əziz dostumun böyük rolu vardı. İlk günlərdə bir-birimizin əlindən tutur və mübahisə (elmi mübahisə) yolu ilə təhsilimizə davam edirdik. ” Ustadın bu elmə eşq və əlaqəsi olduğu müddətdən böyük irəliləyişlər əldə edir. Dini təhsilini sür`ətlə başa vurur. Belə ki, ərəb ədəbiyyatı və orta səthli dərslərini altı il müddətində qurtarır. Halbuki, adi halda tələbələr bu dövrəni 8-9 ilə bitirirdilər. Buna görə də 19 yaşı tamam olduqda elmi hövzənin axırıncı mərhələ dərslərini oxuyur. 19 yaşlı cavan, mərhum ayətullahül-üzma Burucerdinin hər kəsin qavraya bilmədiyi yüksək səthli dərsində iştirak edir. Dərs otağında ən cavan şagird Məhəmməd Fazil Lənkərani idi. Buna görə də şagirdlər arasında ən çox nəzəri cəlb edərdi. Bə`ziləri təsəvvür edirdilər ki, bu cavan deyilən mətləbi anlaya bilməz. Amma bu cür təsəvvür, ittihamdan başqa heç bir şey deyildi. Buna şahid odur ki, əziz ustad, ayətullah Burucerdinin hər bir dərsini, dərsdən çıxdıqdan sonra ərəcə qeydə almışdır. Bu onu göstərir ki, dərsi başa düşməklə yanaşı onun dərin mə`nalarını anlayıb qeydlər də aparmışdır. Belə ki, bir müddət sonra ayətullah Burucerdi onun atasının mənzilində Fazil Lənkəraninin əlyazmalarına baxıb buyurur: “Heç fikirləşməzdim ki, bu az yaşlı cavan müxtəlif, dərin elmi mətləbləri bu cür başa düşsün. Təəccüblü budur ki, deyilən mətləbi səlis ərəb dilində yazsın!” O zamanlar böyük İslam inqilabının rəhbəri imam Xomeyni elmi hövzədə bir dövrə “Üsul” elminin tədrisinə başlayır. Onun dəyərli elmi bəyanlarından bəhrələnməkdən ötrü ətrafına çoxlu tələbələr cəm olurlar. Bu dərsdə vəsfəsığmaz maraqla iştirak edənlərdən biri də ayətullah Fazil Lənkərani idi. O, ayətullah Burucerdinin dərslərində iştirak etməklə yanaşı, imam Xomeyninin bu dərsini fövtə vermir. Beləliklə, tam bir dövrə “üsul”, ”əlfaz” və “əqli” bəhslərini təxminən yeddi il ərzində imam Xomeyninin dərslərindən istifadə edir. Bundan əlavə, imam Xomeyninin “üsul” dərsləri ilə yanaşı “fiqh” dərsinə də başlayır. Ayətullah Lənkərani ilk gündən imamın “fiqh” bölməsinin “Təharət” kitabının dərsində iştirak edir. Özünün dəqiq nəzəri ilə dərsin bütün bəhslərini izləyir və deyilənləri qeyd edir. Belə ki, bu yazılar axırda bir neçə cild kitab həcminə gəlib Aayətullah Fazil Lənkərani hal-hazırda ali dərəcədə tədrislə məşğuldur. Adlı-sanlı təhqiqatçı, alim və müxtəlif əsər sahibləri ustadın bu dərslərində iştirak edir və onun dərin fəzilətli elmindən sirab olurlar.
MÜVƏFFƏQİYYƏTLİ QƏRAR QƏBUL ETMƏK
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ! QANUN QARŞISINDA BƏRABƏRLİK TİCARƏT MƏHDUDİYYƏTLƏRİ ƏKİNÇİLİYİN ƏHƏMİYYƏTİ VƏ XƏRACIN MƏ`NASI SÜNNƏDƏ MÜTƏŞABEH OLMAQ EHTİMALI DÖVLƏTİN DAVAMLI OLMASI CƏMİYYƏTİN HƏR BİR DƏSTƏSİNİN MÖHKƏMLƏNMƏSİ BAŞQA DƏSTƏNİN MÖHKƏMLƏNMƏSİNƏ BAĞLIDIR HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ ZALIMIN TÖVBƏSİ ÖZLƏRİNİ SƏHVSİZ HESAB EDƏNLƏRİN SƏHVİ YAXŞI AD AXİRƏTDƏ XEYİRXAHLARIN SƏNƏDİDİR SƏADƏT VƏ BƏDBƏXTLİK YOLU ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI MİSİRİN ƏHƏMİYYƏTİ GÜNDƏN-GÜNƏ AŞKAR OLUR |
||||||||||||||||||||||
| Copyright © 2004-2010 ERFAN.IR | ||||||||||||||||||||||