|
|
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ (2010-07-29 08:36:16)
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Həsən ibni Mənsur deyir: İblis, Adəm (ə)-a səcdə etməyə əmr olunduqda dedi: İlahi! Adəmə yalnız o zaman səcdə edərəm ki, səcdənin əzəmət və şəfaətini ondan götürmüş olasan. Və mənim Sənə səcdə etməyim yalnız Sənin böyüklüyünə bir nişanə olsun. Bir tərəfdən mənə Adəmə səcdə etməyimi əmr edirsən, digər tərəfdən isə Özündən savayı başqa bir varlığa səcdə etməyi qadağan edirsən. Allah-taala buyurur: “Əgər Adəmə səcdə etməsən səni əbədi ə
|
|
|
MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI (2010-07-29 08:35:24)
MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI
Beyhəqi, Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: «Müaviyə Mədinədə namaz qılarkən Həmd surəsini «Bismillah...» ayəsi ilə oxudu, sonrakı surələrdə «Bismillah...» ayəsini qiraət etmədi. Surəni oxuduqdan sonra təkbir deməyib səcdə etdi və beləliklə namazı başa vurdu. Namaz sona çatdıqdan sonra onun arxasında namaz qılan onlarla mühacir Müaviyəyə e᾽tiraz edərək dedilər: «Bismillah...» deməyi unutdun, yoxsa namazı ixtis
|
|
|
MÜT᾽Ə HƏDİSİNİN TƏHRİFİ (2010-07-29 08:34:10)
MÜT᾽Ə HƏDİSİNİN TƏHRİFİ
Müt᾽ə hədisi Peyğəmbərdən (s), İbni Məs᾽ud tərəfindən bu məzmunda nəql olunmuşdur.
Döyüşlərdən birində Peyğəmbərin (s) yanında idik. Qadınlarımız bizimlə olmadığı üçün Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsuləllah! İcazə verirsinizmi özümüzü axta edək? O bunu bizə qadağan edib ətraf məntəqələrdəki dul qadınlara mehriyyə olaraq paltar verərək müvəqqəti evlənməyimizi əmr etdi.
Sonra Abdullah ibni Məs᾽ud müsəlmanların qərərg
|
|
|
LÜĞƏT VƏ TƏRKİB HİSSƏLƏRİ (2010-07-29 08:33:08)
LÜĞƏT VƏ TƏRKİB HİSSƏLƏRİ
«Sirat» – insanı məqsədə çatdıran yola deyilir. Sirat deyildikdə mə᾽nəvi yol nəzərdə tutulur. Belə ki, el arasında deyilir: «Ehtiyat nicat yoludur», «Allaha itaət cənnət yolunun yolçusu olmaq deməkdir».
Göründüyü kimi burada «ehtiyac» və «itaət» məcazi olaraq yol adlandırılmışdır. Bununla yanaşı daha geniş mə᾽na daşıyan «təriq» kəlməsi mə᾽nəvi yol mə᾽nasında da işlənmişdir.
İstiqamət:
&laqu
|
|
|
PƏRƏSTİŞ VƏ TƏ᾽ZİM ARASINDA olan FƏRQ (2010-07-29 08:31:27)
PƏRƏSTİŞ VƏ TƏ᾽ZİM ARASINDA olan FƏRQ
İtaətlə yanaşı insan Allah qarşısında öz sədaqət və təvazö᾽karlığını da bildirməlidir. İstər əqli, istərsə də şər᾽i cəhətdən insanın Allah qarşısında itaət göstərməsi, öz sədaqət və təvazökarlığını bildirməsi üçün heç bir dəlil və sübuta ehtiyac yoxdur.
İnsanın, yaradılmışlar [məxluqat] qarşısında əksilərək öz acizliyini e᾽tiraf etməsi isə itaət kimi bir neçə hissəyə bölünür:
1. Bə᾽zən
|
|
|
İSLAMDA İTAƏT HÖKMÜ (2010-07-28 08:51:30)
İSLAMDA İTAƏT HÖKMÜ
ALLAHA İTAƏT
Allaha itaət olunmağın vacibliyi və itaət olunmadıqda insanın əzaba düçar olacağı hamıya bəlli olan bir məsələdir. Qur᾽anın bir çox ayələrində Allah-taala Onun əmrinə tabe olan şəxsləri cənnət ne᾽mətləri ilə mükafatlandıracağına, tabe olmayanları isə böyük əzablarla cəzalandıracağına və᾽də vermişdir.
ALLAHDAN QEYRİSİNƏ İTAƏT
Bu məsələ şər᾽i nöqteyi-nəzərdən bir neçə qismə bölünür: Bə᾽zən vacib, bə᾽zən haram, b
|
|
|
AYƏDƏ İŞLƏNƏN SÖZLƏR (2010-07-28 08:50:28)
AYƏDƏ İŞLƏNƏN SÖZLƏR
«Əlhəmd» – şükür mə᾽nasını daşıyır və adətən könüllü olaraq görülən işlərin müqabilində işlənmişdir. İstər bu iş şükür edənin xeyrinə olsun, istərsə də başqalarının. «Şükür» sözü isə «küfr» sözünün əks mə᾽nasını daşıyır və insana başqa birisindən xeyir dəydikdə istifadə olunur. Və «tənqidin-zəmm» əks mə᾽nasını daşıyan «mədh-tə᾽rif» istifadə o
|
|
|
BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR? (2010-07-28 08:49:21)
BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR?
Bir qədər əvvəl qeyd etdik ki, «Malik» kəlməsi müxtəlif üsullarla tələffüz olunur və onların ən düzgünü bir çoxlarının qiraət etdiyi «Məlik» və «Malik» «fəil və ya fail» vəznində tələffüz olunmasıdır. Lakin onların da hansı birinin daha düzgün olduğu haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.
Bə᾽zən deyirlər: Daha ümumi mə᾽na daşıdığı üçü
|
|
|
MÜXTƏLİF DƏLİLLƏR (2010-07-28 08:48:32)
MÜXTƏLİF DƏLİLLƏR
«Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olmadığını hesab edənlər bir neçə başqa dəlilə istinad edirlər.
1) Deyirlər:
Qur᾽anın sabit oxunmasının yeganə yolu onun mütəvatir olmasıdır. İxtilafa səbəb olan hər hansı bir şeyi isə Qur᾽an hesab etmək olmaz. «Bismillah» ayəsinin Qur᾽an ayəsi olub-olmadığı haqda da müxtəlif və bir-biri ilə ziddiyyətli hədis və rəvayətlər nəql olunmuşdur. Bu səbəbdən də biz onu Qur᾽an ayələrindən hesab edə bilmərik.
|
|
|
ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ (2010-07-28 08:47:36)
ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ
«Bismillah» ayəsinin Qur᾽an ayələrinin ayrılmaz hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Əhli-beytin (ə) cəmiyyətdə tutduğu mövqe və Peyğəmbərin (s) müsəlmanlara bütün dini məsələlərdə onlara müraciət etmələri haqda etdiyi tövsiyələr bizə nəql olunmuş bu rəvayətlərlə kifayətlənmək və əsaslı mənbə kimi onlara istinad etmək imkanını verir.
1. Müaviyə ibni Əmmardan nəql olunmuş rəvayətdə deyilir: İma
|
|
|
ƏDƏBİ İZAH (2010-07-28 08:46:37)
ƏDƏBİ İZAH
Təfsir alimlərindən bə᾽zilərinin fikrincə, «Bismillah» kəlməsinin «car və məcrur», yə᾽ni, yiyəlik halında olması «əqulu» ya «qul» ya «əqrəu» və ya «iqr᾽a» əmr fe᾽linə aiddir. Bə᾽zilərinin fikrincə isə, «Bismillah» kəlməsinin «car və məcrur» olması «əstəinu» və ya «istəin» əmr fe᾽linə aid olub onunla əlaqəlidir. Bu barədə başqa fikir irəli sürən digər təfsir alimləri isə «Bismillah» kəl
|
|
|
HƏMD SURƏSİ HAQDA ÜMUMİ MƏ᾽LUMATLAR (2010-07-28 08:45:33)
HƏMD SURƏSİ HAQDA ÜMUMİ MƏ᾽LUMATLAR
Nazil olduğu yer:
Bir çox müfəssirlərin fikrincə Həmd surəsi Məkkədə nazil olmuşdur. Lakin bə᾽ziləri onun Mədinədə nazil olduğunu qeyd etmişlər. Surənin Məkkədə nazil olduğu daha həqiqətə uyğundur və bunu sübuta yetirəcək iki əsaslı dəlilə istinad etmək olar.
1) Həmd surəsinin digər adlarından biri də Səb`ül-Məsani (yeddi ayə )-dir. Hicr surəsinin 87-ci ayəsində bu haqda deyilir:
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي و
|
|
|
NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR (2010-07-28 08:43:48)
NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR
«Tələb» kəlməsindən əldə etdiyimiz mə᾽na «nəyinsə əldə olunması üçün çalışmaq və sə᾽y etməkdən» ibarətdir.
Bu səbəbdən bir şəxs çalışmadan deyə bilmərik ki, filan şəxs «itirdiyini və ya axirət gününün səadətini tələb edir».
«Tələb, şəxsin bir şeyi toplaması və əldə etməsi üçün göstərilən sə᾽y və çalışmalara deyilir».
Bu səbəbdən də əmr edən şəxsə «talib»
|
|
|
QUR᾽ANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI (2010-07-28 08:42:36)
QUR᾽ANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI
Qur᾽anın Allah tərəfindən həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək və bəşəriyyətin hidayəti üçün nazil olması heç bir müsəlmanda şəkk-şübhə doğurmur. Allahın danışması və bunun Onun sübutiyyə sifətlərindən olması da heç kimdə şübhə yaratmır.
Qur᾽ani-Kərimdə bu haqda deyilir:
وَكَلَّمَ اللّهُ مُوسَى تَكْلِيمًا
«Allah Musa ilə s
|
|
|
TƏFSİRİN MƏ᾽NASI (2010-07-28 08:40:54)
TƏFSİRİN MƏ᾽NASI
Ayələrin mə᾽na və məfhumunun və Allahın nazil etdiyi ayələrdə nəyi nəzərdə tutduğunun açıqlanmasına təfsir deyilir. Bu səbəbdən də ayələri təfsir edərkən əql və şəriət baxımından e᾽tibar kəsb edən əsaslı dəlillərə istinad etmək lazımdır. Çünki əvvəla, qeyri-mö᾽təbər sənəd və mənbəələrə istinad etmək şər᾽i nöqteyi-nəzərdən haram, digər tərəfdən də Allahın izni olmadan hər hansı bir mətləbi Ona aid etmək haram və bağışlanmaz bir günahdır. Qur᾽ani-Kəri
|
|
|
ŞİƏ MƏZHƏBİNİN BƏDAYA olan BAXIŞI (2010-07-27 09:48:55)
ŞİƏ MƏZHƏBİNİN BƏDAYA olan BAXIŞI
Bəda dedikdə, şiə məzhəbinin davamçıları nəyinsə zahir olmasını və aşkara çıxmasını nəzərdə tuturlar. Yə᾽ni, bəşəriyyətə mə᾽lum olmayan şeyləri Allah-taala aşkara çıxararaq, onları bilmədiklərindən agah edir.
Bədanın yaratmaq və xəlq etmək mə᾽nalarında işlənməsinin də hər iki ayə ilə əlaqəsi vardır. Çünki bir şeyi yaratmaq, sözün əsl mə᾽nasında həmən şeyi zahir etmək və aşkara çıxarmaq deməkdir.
Əhli-sünnə mənbələrind
|
|
|
İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ (2010-07-27 09:48:03)
İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ
NƏ ÜÇÜN BƏDA HAQDA SÖHBƏT AÇIRIQ?
Bir qədər əvvəl nəsx və nəsx ilə əlaqəli olan məsələlər haqda ətraflı söhbət açdıq. Söhbətimizi «bəda» ilə davam etdiririk. Çünki nəsx və bəda eyni mə᾽na və məfhum kəsb edir. Fərq yalnız bundan ibarətdir ki, nəsx qanunvericilik, bəda isə yaradılış mövzusuna dəlalət edir.
Yə᾽ni yaradılışda baş verən nəsxə bəda deyilir. Qanunvericilikdə isə bu [dəyişiklik] nəsx adlanır.
Bun
|
|
|
PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR? (2010-07-27 09:46:48)
PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?
Bu ayə üç mühüm mətləbə dəlalət edir:
1. Peyğəmbərlə (s) görüşüb söhbət aparmazdan əvvəl, sədəqə qəlblərin mə᾽nən saflaşmasını və eyni zamanda Allaha iman gətirmiş hər bir müsəlmanın həm mə᾽nəvi, həm də maddi rifahının inkişafına səbəb olur.
2. Hökm yalnız maddi imkanı olan şəxslərə dəlalət edir. Yoxsul və imkansız təbəqəyə isə sədəqənin verilməsi
|
|
|
AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ (2010-07-27 09:45:32)
AYƏNİN NƏSX OLUNMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ BAŞQA BİR FƏRZİYYƏ
Bu ayə ilə cihad ayəsinin nəsx olunduğuna dair irəli sürülmüş başqa bir nəzəriyyəni tamamilə əsassız bilmək olar. Bunlar Tövbə surəsinin 41-ci ayəsinə istinad edərək deyirlər:
انْفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللّهِ
«[Ey mö᾽minlər!] Ağırlı-yüngüllü [qocalı-cavanlı, atlı-piyada, güclü
|
|
|
ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ (2010-07-27 09:43:31)
ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ
يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ
(Ey iman gətirənlər! Sizdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özü
|