|
||||||||||||||||||||||||||||||||||
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏİMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏİmam Məhdi (ə), onun dünya səviyyəli qiyam və inqilabı ilə əlaqədar məsələlər təkcə şiə kitablarında deyil, sair islami firqələrin e`tiqad mənbələrində də bəyan olunmuş və onun barəsində geniş səviyyəli bəhslər aparılmışdır. Onlar da Peyğəmbəri Əkrəmin pak əhli beytindən və Həzrəti Fatimeyi Zəhra əleyha səlamın övladlarından olan[1] həzrəti Məhdinin varlığına e`tiqad bəsləyirlər. Sünnilərin Həzrəti Məhdi (ə)-ın varlığına nə dərəcədə e`tiqad bəsləmələrini bilmək üçün onların böyük alimlərinin elmi əsərlərinə müraciət etmək lazımdır. Çoxlu sünni təfsirçiləri öz kitablarında aşkar şəkildə demişlər ki, Qur`an ayələrindən bə`ziləri Məhdinin axirəz-zamanda zühur etməsinə işarə edir. O cümlədən, Fəxr Razinin[2] və Qurtəbinin[3] kitablarını qeyd etmək olar. Həmçinin, sünnilərin əksər mühəddisləri İmam Məhdi ilə əlaqədar rəvayətləri öz kitabları cəm etmişlər ki, onların arasında sünnilərin ən mö`təbər kitabları da gözə dəyir. O cümlədən Sihahi-sittə, Müsnədi Əhməd kitablarını qeyd etmək olar ki, Hənəfin məzhəbini başçısıdır[4] Sünni alimlərindən bə`ziləri də həm keçmişdə, həm də hal-hazırda İmam Məhdi (ə)-la əlaqədar müstəqil kitablar yazmışlar. O cümlədən Əbunəim İsfəhani «Ərbəin» məcmuəsində (40 hədis), Suyuti Əl-Urfil Vərdi fi əxbaril-Məhdi» kitabında qeyd etmişdir. Qeyd etmək lazımdır ki, sünni alimlərindən bə`ziləri Məhdilik əqidəsini müdafiə etmək və bu əqidənin inkarçılarını rədd etmək məqsədi ilə kitab və məqalələr yazmış, elmi bəyanlarla, rəvayət şahidləri ilə İmam Məhdi (ə)-ın hadisəsini qəti və inkarolunmaz hadisələr sırasında qeyd etmişlər. O cümlədən Məhəmməd Siddiq Məğribini qeyd etmək olar ki, İbni Xəldunun yazdığı kitaba rədd cavabı yazmış və onu çox kəskin şəkildə tənqid etmişdir.[5] Qeyd olunan bu nümunələr sünnilərin Məhdilik barəsində tutduqları mövqeyi göstərir. Bu bölmənin axırında yüzlərlə rəvayətdən yalnız sünnilərin məşhur və e`timad etdiyi kitablarda da qeyd olunmuşdur iki rəvayəti nəql edirik ki. Peyğəmbəri Əkrəm buyurmuşdur: «Əgər dünyanın (ömründən) bir gündən artıq qalmamış olsa, hökmən Allah təala o günü o qədər uzadacaqdır ki, mənim xanədanımdan və mənimlə eyni adda olan bir kişini qiyam etdirsin[6] Başqa bir yerdə isə buyurur: «Mənim xanədanımdan adda mənimlə eyni və xilqətdə mənə oxşar olan bir şəxs qiyam edəcəkdir. O (dünyanı) zülm və sitəmlə dolduğu kimi haqq ədalətlə dolduracaqdır.»[7] Qeyd etmək lazımdır ki, axirəz-zaman zühur edərək dünyanı haqq-ədalətlə dolduracaq bir xilaskarın zühuruna e`tiqad bəsləmək dünya səviyyəli bir e`tiqaddır və bütün asimani dinlərin həqiqi ardıcılları öz dini kitabların tə`limlərinə əsaslanaraq, və`dəsi verilən bu böyük şəxsiyyətin intizarını çəkirlər. Müqəddəs kitablardan Zəbur, Tövrat, İncil, eləcə də hinduların, zərduştlərin, berahmanların kitablarında dünyanın böyük xilaskarının zühur edəcəyinə dair işarələr vardır. Əlbəttə, hər bir millət bu xilaskar üçün xüsusi bir ləqəb seçmişdir. Zərdüştlər onu «Susyaniş» (yə`ni dünyanı xilas edən), məsihilər onu və`dəsi verilən Məsih, yəhudilər onu Süruri Mikaili adı ilə tanıyırlar. Zərdüştlərin müqəddəs kitabından «Camasib namə» ibarələrini aşağıdakı kimi qeyd edirik: Ərəb peyğəmbəri axırıncı peyğəmbərdir ki, Məkkə dağları arasında peyda olacaqdır... Öz bəndələri (xidmətçiləri) ilə birlikdə yeyər, onların oturduğu kimi oturar... onun dini dinlərin ən şərəflisidir. Onun kitabı bütün asimani kitabları batil edər (və qüvvədən salar)... O Peyğəmbərin qızının övladlarından bir nəfər «dünyanın günəşi» və «Zamanın şahı» adı ilə tanınır. Yəzdanın hökmü ilə dünyada yalnız o şəxs padşah olar ki, o Peyğəmbərin axırıncı canişini olsun... Onun dövləti qiyamətə qədər davam edər...» [8] ÜÇÜNCÜ FƏSİL: QAİB İMAMIN İNTİZARINDABİRİNCİ BÖLMƏQEYBƏTAləmin böyük xilaskarının şəxsiyyəti, Adəmdən Xatəmə (s) qədər olan peyğəmbərlərin məramlarını həyata keçirən və son ilahi zəxirə olan Həzrət Höccət ibnil-Həsən (ə)-ın həyatı ilə tanış olduqdan sonra onun qeybət dövrü ilə əlaqədar bəhs aparırıq ki, o həzrətin həyatının mühüm bir hissəsini təşkil edir. Qeybətin məfhumuNəzər yetiriləsi ilk məsələ budur ki, hazır olmamaq deyil, qeybət gözlərdən örtülü və pərdə arxasında olmaq mə`nasınadır. Buna əsasən, bu bölmədə İmam Məhdi (ə)-ın camaatın gözündən qeybdə olduğu və onların o həzrəti görmədiyi bir dövr ilə əlaqədar söhbət aparacağıq. Halbuki, o böyük şəxsiyyət camaatın arasında hazırdır, onlarla yanaşı həyat sürür. Bu həqiqət mə`sum imamların rəvayətlərində müxtəlif bəyanlarla irəli çəkilmişdir. İmam Əli (ə) buyurur: «Yüksək məqamlı Allaha and olsun ki, Allahın höccəti camaatın arasındadır və yollarda (küçələr də bazarlarda) gəzib-dolaşır onların evlərinə baş vurur, yerin şərqinə-qərbinə gediş-gəliş edir, camaatın sözlərini eşidir. Onlara salam verir, onları görür və Allahın və`də verdiyi müəyyən vaxta qədər özü görünmür.»[9] Əlbəttə, o həzrət üçün digər bir qeybət növü də bəyan olunmuşdur. İmam Zaman (ə)-ın ikinci xas naibi deyir: «İmam Məhdi (ə) hər il həcc mövsümündə iştirak edir. Camaatı görür, onları tanıyır, camaat da onu görür, lakin tanımırlar.»[10] Buna əsasən, Həzrət Məhdi (ə) barəsində qeybət iki cür baş verir: O həzrət bə`zi hallarda gözlərdən qeybdədir, bə`zi hallarda gözə görünür, lakin tanınmır. Amma hər bir halda camaatın arasındadır. Qeybət tarix boyu nümunələriQeybət də və gizli şəkildə yaşamaq ilk dəfə və yalnız Allahın sonuncu höccəti barəsində baş verən bir hadisə olmamışdır. Əksinə, çoxlu rəvayətdən mə`lum olur ki, böyük ilahi peyğəmbərlərdən bə`ziləri də öz həyatlarının müəyyən bir hissəsini gizlində, qeybətdə başa vurmuşlar. Bu da Allahın məsləhət və hikmətinə əsasən olmuş, əsla şəxsi bir istək və ailə quruluşundan irəli gələn bir məsləhət olmamışdır. Buna əsasən, qeybət ilahi sünnə və qanunlardan biridir.[11] Bu da Həzrət İdris, Musa, və İbrahim, Yusüf, Musa, Şüeyb, İlyas, Süleyman, Danyal və İsa (ə) kimi ilahi peyğəmbərlər barəsində baş vermiş və bu ilahi səfirlərdən hər biri mövcud şəraitə mütənasib olaraq müəyyən illəri qeybət şəraitində yaşamışlar.[12] Məhz buna görə də rəvayətlərdə Həzrət Məhdi (ə)-ın qeybəti peyğəmbərlərə baş verən sünnələr ünvanı ilə qeyd olunmuşdur. O həzrətin qeybdə olması dəlillərindən biri də peyğəmbərlərin sünnəsinin o həzrətin həyatında icra olunması qeyd olunmuşdur. İmam Sadiq (ə) buyurmuşdur: «Həqiqətən, bizdən olan Qaim (İmam) üçün bir qeybət dövrü vardır ki, onun müddəti (çox) uzun olacaqdır.» Ravi deyir: «Bu qeybin səbəbi nədir, ey Rəsulullahın övladı?» Həzrət buyurur: «Allah təala istəyir ki, peyğəmbərlərin qeybətləri ilə əlaqədar sünnətləri o həzrətin barəsində də icra etsin.»[13] Yuxarıdakı sözlərdən bu məsələ də aşkar olur ki, İmam Məhdi (ə)-ın qeybəti ilə əlaqədar söhbətlər o Həzrətin təvəllüdündən illərlə öncə irəli çəkilmişdir. Peyğəmbəri Əkrəmdən İmam Həsən Əsgəriyə qədər bütün İslam rəhbərləri o həzrətin qeybəti, bə`zi xüsusiyyətləri və qeybət dövründə baş verəcək hadisələr barədə xəbər vermiş, eləcə də o dövrdə mö`min bəndələr üçün müəyyən vəzifələr bəyan etmişlər.[14] Peyğəmbəri Əkrəm buyurmuşdur: «Məhdi mənim övladlarımdandır... Onun üçün olan qeybət dövründə heyrət (pərişanlıq) olacaq nəhayət camaat öz dinlərindən (çıxaraq) azğınlığa düşəcəklər. O zamanda (İmam Məhdi) nurlu Şəhab kimi gələcək, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq-ədalətlə dolduracaqdır.»[15] Qeybətin fəlsəfə və səbəbiDoğrusu, belə bir sual yaranır ki, körəsən nə üçün Allahın höccəti və imam qeybdə olmalıdır və hansı səbəbə görə camaat onun zühur bərəkətlərindən məhrum olmalıdır? Bu mövzu barəsində çoxlu söhbətlər edilmiş və bəhslər aparılmış, eləcə də çoxlu rəvayətlər nəql olunmuşdur, lakin bu sual cavab verməzdən öncə, gərək aşağıdakı əsaslı məsələlərə diqqət yetirək: Biz inanırıq ki, alim Allah heç bir kiçik və ya böyük işi hikmət və məsləhət olmadan yerinə yetirmir. İstər biz bu məsləhətləri bilək, istərsə də bilməyək. Eləcə də dünyanın bütün incə və böyük hadisələri Allah təalanın tədbiri və iradəsi ilə həyata keçir ki, onların ən mühümlərindən biri də imam Məhdi (ə)-ın qeybətdə olması hadisəsidir. Buna əsasən, o həzrətin qeybəti də hətta biz onun fəlsəfə və sirrini bilməsək belə hikmət və məsləhət üzündəndir. İmam Sadiq (ə) buyurur: «Şübhəsiz, Sahibül-Əmr» üçün bir qeybət dövrü vardır ki, hər bir batil əhli onda şəkkə düçar olar.» Ravi qeybətin səbəbinin soruşduqda, Həzrət buyurdu: «Qeybət, sizin üçün bəyan edəcəyimizə icazəimiz olmayan bir işə görədir... Qeybət ilahi sirlərdən olan bir sirdir, lakin biz bilirik ki, böyük Allah hikmət sahibidir və bunu da qəbul edirik ki, Onun bütün işləri hikmət əsasındadır, hətta Onun işlərinin səbəbləri bizim üçün mə`lum olmasa da belə.»[16] Əlbəttə, çox hallarda Allahın bütün işlərinin hikmət üzündən olduğunu bilən və onların qarşısında təslim olan bir insan aləmdə baş verən hadisələrin sirlərini öyrənmək istəyir ki, bir hadisənin səbəbinə agahlıq tapmaqla qəlbinə daha artıq xatircəmlik gətirmiş olsun. Buna əsasən, Həzrəti Məhdi (ə)-ın qeybdə olmasının tə`sirləri və hikmətləri ətrafında bəhs və təhqiqata başlayır, onunla əlaqədar rəvayətlərə işarə edirik. İnsanların ədəbləndirilməsiƏgər ümmət Peyğəmbərin və imamın qədrini bilməzsə, onların qarşısında olan şə`ri vəzifələrini yerinə yetirməzsə və üstəlik onun əmr və fərmanları qarşısında itaətsizlik edərlərsə, rəvadır ki, Allah onların rəhbərlərini onlardan ayırsın ki, özlərinə gəlsinlər və qeybdə olduğu dövrdə onun varlığının xeyir-bərəkətini və dəyərini dərk etsinlər. Belə olan halda imamın qeybəti ümmətin məsləhətinədir, hətta onlar bunun bilməyib dərk etməsələr belə. İmam Baqir (ə)-dan belə rəvayət olunur: «Allah bizimlə bir qövmün həmneşin olmasını istəməzsə, bizi onların arasından götürər.»[17] Tam müstəqillik və başqalarının peymanı (şərtli müqaviləsi) altında olmamaqƏsaslı bir inqilabi dəyişiklik icad etmək istəyənlər hökmən qiyamın əvvəllərində müxaliflərdən bə`ziləri ilə əhd-peyman bağlayırlar ki, öz hədəflərini izləyə bilsinlər. Lakin və`dəsi verilən Məhdi (ə) elə böyük bir islahatçı və xilaskardır ki, dünya səviyyəli ədalət hökumətinin bərqərar olunması və inqilab edilməsi üçün heç bir zalım qüdrətlə saziş etməyəcəkdir. Çünki çoxlu rəvayətlərə əsasən, o bütün zalımlarla qətiyyətlə və aşkar şəkildə mübarizəyə əmr olunmuşdur. Buna görə də inqilabi şəraitin yaranmasına qədər qeybət şəraitində olacaqdır ki, Allah düşmənləri ilə əhd-peyman bağlamaq məcburiyyətində qalmasın. İmam Riza (ə)-dan nəql olunan bir rəvayətdə qeybətin səbəbi belə bəyan olunur: «Buna görə qeybətdə olacaqdır ki, qılıncla qiyam etdiyi bir zaman bir kəsin onun üzərində bey`əti olmasın.»[18] İnsanların imtahana (sınağa)çəkilməsiİnsanların imtahan və sınaqdan keçirilməsi Allahın əbədi qanunlarından biridir. O, ,Öz bəndələrini müxtəlif vasitələrlə imtahana çəkir ki, onların haqq yolunda nə qədər möhkəm qalmaları mə`lum olsun. Əlbəttə, imtahanın nəticəsi Allah təala üçün mə`lumdur, lakin imtahan nəticəsində möhkəmlənən, əzm və iradəsi güclənən elə bəndələrin özüdür ki, özlərinin vücud cövhərlərini dərk edirlər. İmam Kazim (ə) buyurur: «Mənim beşinci övladım (nəvəm) qeybə çəkilən zaman öz dininiz barəsində ehtiyatlı olun ki, bir kəs sizi ondan çıxartmasın. Bu əmrin sahibi (İmam Məhdi) üçün bir qeybət dövrü olacaqdır. Bu dövrdə onun ardıcıllarından bir qrupu öz e`tiqadlarından dönəcəklər. Bu qeybət Allah təalanın Öz bəndələrini imtahana çəkdiyi bir sınaq vasitəsidir.»[19] İmamın canının qorunub saxlanmasıPeyğəmbərlərin öz qövmlərindən kənara çəkilməsinin səbəblərindən biri də onların öz canlarının qorunub-saxlanması olmuşdur. Onlar təhdid olunduqları şəraitlərdə münasib fürsətlərdə öz ilahi vəzifələrini yerinə yetirmək məqsədi ilə məxfi olurdular. Necə ki, Peyğəmbəri Əkrəm Məkkədən çölə çıxmış və mağarada gizlənmişdi. Əlbəttə bütün bunlar Allah təalanın göstərişi və iradəsi ilə olmuşdur. Bu məsələ Həzrəti Məhdi (ə) və onun qeybətinin səbəbləri ilə əlaqədar çoxlu rəvayətlərdə bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur: «İntizarı çəkilən imam öz qiyamından əvvəl bir müddət gözlərdən qaib olacaqdır.» Onun səbəbi barəsində soruşulduqda həzrət buyurdu: «Çünki o, öz canından qorxur.»[20] Allahın həqiqi və seçilmiş bəndələri şəhadət arzusunda olurlar, lakin o şəhadət daha bəyəniləndir ki, ilahi vəzifələrinin yerinə yetirilməsi meydanında, cəmiyyətin və Allah dininin xeyrinə şəhid olmuş olsun. Amma bir şəxsin qətlə yetirilməsi onun qanının hədərə getməsi, hədəflərinin puça çıxması ilə bərabər olduğu zaman qətldən qorxmaq əql ilə uyğun gələn, bəyənilmiş bir işdir. Axırıncı ilahi zəxirə olan 12-ci imamın qətlə yetirilməsi ilahi məramlarının Kə`bə sütunlarının dağılması və bütün peyğəmbərlərin və ilahi övliyaların arzularının puça çıxması, dünya səviyyəli ədalət hökumətinin təşkil olunması ilə əlaqədar ilahi və`dənin gerçəkləşməməsi mə`nasına olacaqdır. Qeyd etmək lazımdır ki, rəvayətlərdə imam Məhdi (ə)-ın qeybətinin səbəbi barəsində digər bir məsələ də bəyan olunmuşdur ki, ixtisara riayət olunması üçün onları qeyd etmirik. Amma mühüm məsələ budur ki, qeybət ilahi sirlərdən olan bir sirdir, onun əsas və əsil səbəbi zühurdan sonra aşkar olacaqdır. Amma yuxarıda qeyd olunanlar da İmam (ə)-ın qeybətində müəyyən qədər tə`sirlidir. [1] Əl müstədrəku ələl səhihi 4-cü cild səh 557 [2] Təfsiri Əl Kəbir 16-cı cild səh 40 [3] Təfsiri Qurtubi 8-ci cild səh 121 [4] Sihahi Sitə dedikdə altılıq təşkil edən səhih kitablar nəzərdə tutulur. Sihahi Sitə hədis kitablarından olan altı böyük hədis məcmuəsinə aid edilən ümumi bir ünvandır ki, sünnilərin nəzərində ən mö`təbər hədis kitabları sayılır və aşağıdakılardan ibarətdir: Səhihi Buxari, Səhihi Müslim, Sünəni Əbu Davud, Sünəni İbni Macə, Sünəni Nəsaid, Camei Termizi. Sünni alimləri bu kitabdan nəql olunan hədisləri səhih hesab edir və peyğəmbəri Əkrəmin sözü olaraq qəbul edirlər. Qur`andan sonra onların ən mö`təbər kitabları da bunlardır. [5] İbni Xəldun sünnilərin arasında böyük cəmiyyət şünas (sosyoloq) hesab olunur və o Məhdi (ə) əlaqədar rəvayətlərlə bir qisminə irad tutmuş onları zəif saymışdır. Amma bununla yanaşı Həzrəti Məhdi (ə) əlaqədar rəvayətlərin bə`zilərini səhih hesab etmişdir bununla da Məhdilik məsələsində şəkk yaratmışdır. Məhəmməd Sidiq məğribi İbrazul vəhmil məknun min kəlmi ibni xəldun adlı kitabında onun sözlərini rədd edərək cavab vermişdir. Həmçinin Əbdül Möhsin ibni Həmdül İbad Ər rədu əla mən həzəbə bil əhadisi səhihətil varidətil fil Məhdi adlı maqaləsində ibni Xəldunun şübhələrinə cavab vermişdir. [6] Sünnəni Əbu Davud ikinci cild hədis 4282 səh 106 [7] Mö`cəmi Kəbir onuncu cild hədis 1229 səh 83 [8] Ədyan və məhdəviyyət səh 21 [9] Qeybəti nömani 10-cı bab hədis 3 səh 146 [10] Biharul ənvar 52-ci cild 23 bab səh 152 [11] Qur`ani kərim çoxlu ayələrdə o cümlədən Ğafir 58 Fəth 23 İsra 77 ayələrdə ilahi sünnə və qanunlar irəli çəkmişdir. Onların məcmuəsindən mə`lum olur ki, ilahi sünnələr dedikdə Allahın sabit və əsaslı qanunları nəzərdə tutulur ki, heç vaxt onlarda dəyişiklik baş vermir. Bu qanunlar həm keçmiş qövmlərə hakim olmuş həm də hazır ki, və gələcəkdəki qövmlərə hakim olacaqdır. Təfsiri nümunə 17-ci cild səh 435 xülasə şəkildə [12] Kəmaludin birinci cild 1- 7-ci bablar səh 254- 300 [13] Biharul-ənvar 52-ci cild hədis 3 səh 90 [14] Müntəxəbul əsər, ikinci fəsil 26-29-cu bablar səh 312 340 [15] Kamaludin birinci cild 25-ci bab 4-cü hədis səh 536 [16] Yenə orada ikinci cild 44-cü bab hədis 11 səh 204 [17] İləlü şərai səh 244 bab 179 [18] Kəmaludin ikinci cild 44 bab hədis 4 səh 232 [19] Qeybəti Tusi beşinci fəsil hədis 284 səh 237 [20] Kəmalu din ikinci cild 44-cü bab 7-ci hədis səh 233
|
||||||||||||||||||||||||||||||||||
| Copyright © 2004-2011 ERFAN.IR | ||||||||||||||||||||||||||||||||||