Thursday 09th 2012
 
Axtarış


Şer
 
  İslam dünyasının xəbərləri
1389/6/19 01:18:12 ارسال به دوستان    چاپ کد مطلب : 21731
تعداد بازدید : 642

Əfqanıstanlı müsəlmanlar Qurana dəstək mitinqi keçirib

Beynəlxalq şöbə: Əfqanıstanın paytaxtı Kabildə müsəlmanlar, tələbələr ABŞ-da Quranı yandırmaq istəyən qrupun əleyhinə etiraz mitinqi keçiriblər.

İQNA Quran Xəbər Agentliyinin Lefigaro-ya istinadən verdiyi məlumata görə, Kabil şəhər sakinləri, tələbələr və din xadimləri sentyabr ayının 11-ni "Quran yandırma günü " kimi adlandırılmasına qarşı etiraz mitinqi keçiriblər.

Mitinq iştirakçıları "Əl-Nəbi" məscidinin qarşısında ABŞ-ın İslam və Qurana qarşı siyasətlərini pisləyib və "Amerikaya ölüm" şarları səsləndiriblər.

Amerikadakı dini icmalardan biri sentyabrın 11-də Quranı yandırmağı planlaşdırır. Onlar bununla radikal islamçıların 2001-ci ildə ABŞ-da törətdikləri terror aktlarının qurbanlarını anmaq istədiklərini bildirirlər.

ABŞ-ın Əfqanıstandakı səfirliyi bəyanat yayaraq bildirib ki, ABŞ hökuməti və bu ölkədəki bütün dinləri təmsil edən insanlar Floridadakı kiçik icmanın planlarını pisləyirlər və həmin qrupun zərərli bəyanatlarının əleyhinə çıxırlar.

commentUser
Ad və familiyanız
Elektronik postunuz
comment *
 relateArticle 
 moreVisitFromCategoryOf " İslam dünyasının xəbərləri "  
Copyright © 2004-2011 ERFAN.IR