Thursday 09th 2012
 
Axtarış


Şer
 
  Məsumlar
1389/5/7 08:45:41 ارسال به دوستان    چاپ کد مطلب : 19214
تعداد بازدید : 258

ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI

ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI

1-Məhəmməd ibni Müslüm, Füzeyl ibni Yəsar, Büreyd Əcli və Zürarə ibni Ə`yən Imam Baqir -ın belə buyurduğunu nəql etmişlər: "Ovl irs payı olmaz; o, altı hissədən artıq olmaz."[1]

2-Əbu Məryəm Ənsari Imam Baqir -dan belə nəql edir: "Həqiqətən böyük qum təpələrinin sayını bilən Allah irs payı­nın altı hissədən artıq olmadığını da bilir."[2]

3-Bükeyr Imam Sadiq -dan belə nəql edir: "Irs payının əsa­sı altı hissədir, ondan nə artıq, nə də kəsir olmur. Bundan sonra yer­d­ə qalanlar Allahın Kitabında adları qeyd olunanlara məxsusdur."[3]

4-Ibni Əbi Ümeyr bir neçə nəfərdən Imam Sadiq -ın belə buyurduğunu nəql etmişdir: "Irsin payı altı hissədir, ondan artıq olmaz."[4]

5-Əli ibni Səid deyir: Zürarəyə dedim: Bükeyr ibni Ə`yən mənim üçün rəvayət edir ki, Imam Baqir belə buyur­muş­dur: "Irs payında ovl olmaz; irs altı paydan artıq olmur." Zürarə dedi: Bizim səhabələrimiz bunun Imam Baqir və Imam Sadiq £-dan nəql olunmasında ixtilaf etməmişlər.[5]

Bu iki Imam həmin rəvayətlərdə Allahın hökmünü Əli -ın kitabına işarə etmədən belə bəyan etmişlər. Lakin öz­lə­rinin digər sənədli rəvayətində onları belə qeyd etmiş­lər:

6-Əbu Bəsir deyir: Imam Baqir -a dedim ki, bə`zən irs payları çatışmır. Nəhayət yüz pay, yaxud ondan artıq, ya­xud ondan az olur. Imam buyurdu: "Irs payları altıdan yuxarı keç­məz." (Sonra buyurdu:) Əli buyurmuşdur: "Həqiqətən qum təpə­lərindəki qumların sayını bilən Allah irsin payının altıdan artıq olmadığını bilir. (Bəli) əgər onun bölüşdürülmə yolunu bilsələr, altı paydan artıq olmaz."[6]

7-Əbu Bəsir deyir: Imam Sadiq Imam Əli £-ın kita­bın­dan irs paylarını mənim üçün oxudu, onun paylarının ço­xu beş qisim və dörd qisim idi. Əksəriyyəti isə altı qi­sim idi.[7]

8-Məhəmməd ibni Müslüm deyir: Imam Baqir məni irs səhifələrini oxumağa vadar etdi. O səhifələr Peyğəm­bər ¡-in imlası və Əli -ın əlyazması ilə idi. Orada belə qeyd olunmuşdu: "Irs paylarında ovla yer yoxdur."[8]

Hər iki Imam ikinci misalda (axırıncı səkkiz rəvayət­də) xatırladırlar ki, irs payı ovla yetişməz və altı paydan ar­tıq olmaz. Rəvayətlərin birində isə deyilir: "Həqiqətən böyük qum təpələrindəki qumların sayını bilən Allah irs payında ovlun olma­dığını da bilir."

Həmçinin bu rəvayətlərdən bir çoxunda irsin hökmü heç bir sənəd qeyd olunmadan xatırlanmışdır. Altıncı rəvayət­də onu Əmirəl-mö`minin Əli -a nisbət vermiş, yeddinci rə­va­yətdə Imam həzrət Əli -ın kitabını ravi üçün qi­ra­ət etmiş, səkkizinci rəvayətdə ravinin özü Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazması ilə olan irs kitabını qiraət etmiş, eyni halda irsin hökmləri onların hamısında eyni olmuşdur.

Bu bəyan Imam Riza -ın Mə`muna yazdığı məktubda da təkrar olunmuşdu. Imam o məktubda buyurur: "Irsin hökmü Al­lah-taalanın Öz kitabında nazil etdiyi həmin əsasdadır və onda heç bir ovl yoxdur."[9] Bu misaldan qeyrilərində də Əhli-beyt imam­­ları şər`i hökmü bəyan edərkən onların hamısında öz əziz babaları Peyğəmbəri Əkrəm ¡-in buyruqlarına mü­ra­­ciət etmişlər. Həmin şəxs ki:

وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

"O heç vaxt həvayi-nəfs üzündən demir, onun dedikləri ona nazil olan vəhydən başqa bir şey deyildir."

Məhz buna görə də Əhli-beyt imamlarının hədisləri va­hid bir sənədə malikdir. Onların sözləri vahid bir söz və nə­zər­ləri də vahid bir nəzərdir.

Elə buna görə də Ibni Sənanın rəvayət etdiyinə görə Imam Sadiq buyurmuşdur: "Sizin üçün günah yoxdur ki, mən­dən eşitdiyinizi atamın dilindən rəvayət edəsiniz. Sizin üçün günah yox­dur ki, atamdan eşitdiyinizi mənim dilimdən rəvayət edəsiniz və bu işdə sizə heç bir qorxu yoxdur."[10]

Əbu Bəsrin dediyi «sizdən bir hədis eşidib onu ata­nı­zın dilindən nəql edirəm, yaxud atanızdan eşidib, sizin di­li­nizdən nəql edirəm» sözünün cavabında Imam buyurdu: "Eyni­dir. Bu fərqlə ki, əgər atamın dilindən nəql etsən, mənim üçün da­ha sevimli olar."[11]

Imam Cəmilə buyurdu: "Məndən eşitdiyin hər bir şeyi atamın dilindən rəvayət et."[12]

Həfs ibni Buxtərinin dediyi «sizdən bir hədis eşidirəm və (sonradan) onu sizdən, yoxsa atanızdan eşitdiyimi bilmi­rəm» sözünün cavabında buyurmuşdu: "Məndən eşitdiyin hər bir şeyi atamın dilindən rəvayət et və (üstəlik) məndən eşit­diyin hər bir şeyi Peyğəmbər ¡-in dilindən rəva­yət et."[13]

Hişam ibni Salim, Həmmad ibni Osman və başqalarına buyurmuşdu: "Mənim hədisim atamın hədisi, atamın hədisi babamın hədisidir, babamın hədisi Hüseynin hədisi, Hüseynin hədisi Həsənin hədisi, Həsənin hədisi Əmirəl-mö`minin Əli -ın hədisi, Əlinin hədisi Peyğəmbər ¡-in hədisidir, Peyğəmbərin hədisi də Allah-taa­lanın sözüdür."[14]

Məhz buna görə Imam Baqir Cabirin dediyi «hər vaxt mənim üçün bir hədis rəvayət edirsənsə, sənədini bəyan et» sözünün cavabında buyurmuşdu: "Atam cəddim Rəsulullahdan, o da Cəbrayıldan, o da Allah-taaladan mənim üçün rəvayət etdi. Mən hər vaxt sənin üçün hədis deyirəmsə, bu sənədlədir."[15]

Elə buna görə də aşağıdakı söhbət Surət ibni Kuleyb və Zeyd ibni Əli ibni Hüseynin arasında baş verib: Surət de­yir: Zeyd ibni Əli Mənə dedi: «Ey Surət! Necə bildin ki, si­zin rəhbəriniz – yə`ni Imam Sadiq – sən dediyin ki­mi­dir?» Ona dedim: «Agah adamın yanına gəlmisən!» O dedi: «Elə isə, suallarıma cavab ver.» Dedim: «Biz Sənin qardaşın Məhəmməd ibni Əlinin yanına gedir, ondan suallar edirdik. O isə buyururdu: Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Allah-taa­la Öz kitabında belə buyurdu...» Nəhayət qardaşın vəfat et­di və siz Ali-Məhəmmədin, o cümlədən sənin yanına gəl­dik. Siz bizim suallarımızdan bə`zilərinə cavab verir­siniz, am­ma suallarımızın hamısına cavab vermədiyiniz üçün qar­da­şın oğlu Cə`fərin yanına getdik. O atası dediyi kimi belə deyirdi: «Peyğəmbəri Əkrəm buyurdu, Allah-taala buyur­du.» Zeyd təbəssüm edərək dedi: "Agah ol, Allaha and olsun! Indi ki, bunu dedin (bil ki,) Əlinin yazıları onun yanındadır."[16]

Buna görə də Ibni Şəbrəmə deyir: Imam Sadiq -dan bir hədis eşitdim ki, hər vaxt onu xatırlasaydı, az qalırdı ki, ürəyim düşsün. O buyurdu: «Atam mənə babam Peyğəmbər ¡-dən belə buyurdu.» Ibni Şəbrəmə deyir: Allaha and olsun ki, nə onun atası cəddinin adından yalan danışmış, nə də cəddi Peyğəmbər ¡-in adından. O deyir ki, Pey­ğəm­bəri Əkrəm ¡ belə buyurub: "Hər kəs qiyasla əməl et­sə, bərk həlakətə düşmüş və həlak olmuşdur. Hər kəs bilmədiyi bir şey ba­rəsində, nasix-mənsuxu, möhkəm və mütəşabihi tanımadan fətva versə, şiddətlə həlakətə düşmüş və həlak olmuşdur!"[17]

Əhli-beyt imamları hökmlərin bəyan edərkən Allahın və Pey­ğəmbər ¡-in buyurduğuna istinad etdiklərindən, xü­lə­fa məktəbinin alimləri isə özlərinin şəxsi rə`yinə və qiya­sa istinad etdiklərindən bu iki məktəbin arasında hökm­lə­rin bəyanı ilə əlaqədar ixtilafın varlığı labüd və qəti bir məsələdir.

Əzafir Seyrəfi deyir: Həkəm ibni Üteybə ilə birlikdə Imam Baqir -ın yanında idik. O, Imamdan çoxlu sual­lar soruşur və o həzrət onu qəbul edir, nəhayət bir mə­sə­lə barəsində ixtilaf edirlər. Imam Baqir buyurdu: Oğlum! Qalx ayağa. (O qalxdı və) bükülmüş böyük bir kitabı gətirdi. Imam onu açaraq baxdı, sonra Həkəmə üz tutub buyurdu: «Ey Əba Məhəmməd! Sən, Səlmə və Əbul Miqdam hər tərəfə istə­yir­­sinizsə – sağa, yaxud sola – gedin, Allaha and olsun, elmi bundan da mö`təbər bir yerdən tapa bilməzsiniz ki, Cə­b­ra­yıl onlara nazil olmuşdur.»[18]

Əlbəttə, Əhli-beyt imamları ¢ xüləfa məktəbinin alim­lərinin əksinə olaraq həmişə Islam hökmlərini aşkar – Peyğəmbərdən onlara çatdığı şəkildə bəyan etməyə imkan tap­­ma­mışlar. Imam Sadiq bu­yu­rur: «Atam bə`zən bir fət­va verir, bə`zən də qorxurdu. Biz də şa­hinin şikarı ba­rə­sində qorxurduq. Amma indi qorxmuruq, on­la­rın vasitəsilə şikar olunmuş heyvanları (əgər can ver­miş olsa) yalnız o zaman halal hesab edirik ki, şər`i cəhət­dən zibh olunsun. Çünki Əli -ın kitabında qeyd olunur ki, mütəal Allah belə buyurmuşdur: "Və ma əlləmtum minəl-cə­va­rihi mukəlləbin, yə`ni: "Tə`lim verilmiş itlərin şikarı halaldır."[19]



[1] «Kafi», 7-ci cild, səh.80; «Vəsailuş-şiə», 17-ci cild, səh.421.

[2] «Kafi», 7-ci cild, səh.79; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[3] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[4] «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.89; «Vəsailuş-şiə», 17-ci cild, səh.424.

[5] «Kafi», 7-ci cild, səh.8; «Təhzib», 9-cu cild, səh.248; «Vəsailuş-şiə», 17-ci cild, səh.421.

[6] «Kafi», 7-ci cild, səh.97; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.187; «Təhzib», 9-cu cild, səh.447; «Vəsailuş-şiə», 17-ci cild, səh.423.

[7] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[8] «Təhzib», 9-cu cild, səh.247; «Vəsailuş-şiə», 17-ci cild, səh.423.

[9] «Üyunu əxbarir-Riza », 2-ci cild, səh.25; «Töhəful-üqul», səh.314; «Vəsailuş-şiə», 17-ci cild, səh.424, hədis:32508.

[10] «Vəsailuş-şiə», qədim çap, 3-cü cild, səh.380, hədis:85.

[11] «Kafi», 1-ci cild, səh.51.

[12] Yenə orada. Imam Sadiq -ın səhabələri arasında Cəmil adlı bir neçə nəfər olmuşdur.

[13] «Vəsailuş-şiə», qədim çap, 3-cü cild, səh.380, hədis:86.

[14] «Kafi», 1-ci cild, səh.53; «Irşad», Mufid, səh.257.

[15] «Əmali», Şeyx Müfid, səh.26.

[16] «Ixtiyaru mə`rifətir-rical», Kəşşi, Surət ibni Kuleybin tərcümeyi-halı, səh.376.

[17] «Kafi», 1-ci cild, səh.43.

[18] «Ricali Nəcaşi», səh.279.

[19] «Kafi», 6-cı cild, səh.207; «Təhzib», 9-cu cild, səh.33; «Vəsailuş-şiə», 16-cı cild, səh.26.

commentUser
Ad və familiyanız
Elektronik postunuz
comment *
 relateArticle 
 moreVisitFromCategoryOf " Məsumlar "  
Copyright © 2004-2011 ERFAN.IR