Thursday 09th 2012
 
Axtarış


Şer
 
  Məsumlar
1389/5/7 08:44:45 ارسال به دوستان    چاپ کد مطلب : 19213
تعداد بازدید : 356

QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ

A) QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ

Məhəmməd ibni Müslüm əvvəlki rəvayətində demişdi: «Imam Sadiq irs hökmlərinin səhifəsini açdı, orada mə­nim gördüyüm ilk şey meyyitin qardaşı oğlanları ilə ba­ba­sının irsi idi ki, meyyitin mirası onların arasında yarı­bayarı bölünür. Mən dedim: «Sənə fəda olum, bizim mən­təqənin qaziləri baba ilə yanaşı olan qardaş övladları üçün heç bir pay vermirlər.» Həzrət buyurdu: "Bu yazı Əli -ın əlyazması və Peyğəmbər ¡-in imlasıdır."

Həmin bölmədə, «Kafi» kitabında hə­min mə`nada digər iki rəvayət də nəql olunmuşdur ki, orada Əli -ın yazı­sı olm­a­sı qeyd olunmur.

1-Əban ibni Təğlib Imam Sadiq -dan rəvayət edərək de­­yir: Imamdan meyyitin qardaşı övladları ilə babasının irs payı barəsində soruşduqda buyurdu: "Onların mirası yarı­ba­ya­rı bölünür."

2-Əbu Bəsirin rəvayətində deyilir: Imam Baqir (yaxud Imam Sadiq) -ın yanında idim. Bir nəfər meyyitin qar­da­­şı oğlanları və babasının irs hökmləri barəsində soruş­duq­­da, o həzrət buyurdu: "Onların mirası yarıbayarı bölün­məlidir."

Üçüncü rəvayətdə Qasim ibni Süleyman Imam Sadiq -dan belə buyurduğunu nəql edir: "Əli meyyitin mirasını onun qarda­şı oğlanları və babası arasında bərabər şəkildə bölürdü."[1]

B) IMAMLARIN “OVL”UN BATIL OLMASI BARƏSINDƏKI NƏZƏRI

«Ovl» fiqhi istilahda varislərin payının tə`yin olunmuş his­­sələrdən artıq gəlməsinə deyilir. Bu o vaxt olur ki, qa­dın, yaxud ər varislərin biri olsun. Belə ki, bir nə­fər ölsə, onun iki qızı, öz ata-anası və arvadı varis ol­­sa, bu halda ma­lın üçdə ikisi (altıda dördü) iki qıza ve­ri­lir, onun al­tı­da ikisi ata-anaya çatır və səkkizdə biri qa­dına verilir.[2] Be­lə fərz olunduqda varislərin payı altı his­səyə bölün­düyün­dən, tə`yin olunmuş hissənin səkkizdə biri bölgüdən xaric olur və onun sahibinə bir şey verilmir. Bu hal­da ovla ina­nan­lar bu hissəni, xüləfa məktə­bi­nin fiqhində tə`yin olun­du­ğu kimi, bütün pay sahiblərindən bərabər şəkildə götürür­lər. Amma Əhli-beyt məktəbində bu çatışmazlıq o paya varid olur ki, Allah-taala onları daha aşağı səviyyəli paya endir­miş­dir. Buna əsasən, bir mərtəbədə irsin yarısını aparan hə­yat yoldaşı aşağı mərtəbəyə enəndə onun payı dörddə birə ça­tır və onun dörddə bir payı digərlərinin payından azal­ma­sına səbəb olmur. Meyyitin arvadı dörddə bir qədər irs apar­dığı halda, o mərtəbədən aşağı endikdə, onun payı sək­kiz­də birə çatır və bu səkkizdə bir kəsrə şamil olmur. Hər bi­ri­nin payı üçdə bir olan və aşağı mərtəbəyə endikdə al­tı­da birə çatan meyyitin atası və anası bu altıda biri baş­qa­la­rının payının azalmasına səbəb olmur. Qeyd olunan ça­tış­mazlıq yalnız qızın və bacının pa­yı­na gəlir. Çünki on­la­rın hər biri mirasın yarısını, əgər sayları artıq olarsa, üç­də ikisini irs apa­rırlar. Indi əgər tə`yin olunmuş pay­la­rı bu mərtəbədən aşağı mərtəbəyə enər­sə, yerdə qalanlar on­la­ra məxsus olur. Buna əsasən, qeyd olu­nan misalda meyyitin ata-anasının payı altıda iki, ar­va­dının payı səkkizdə bir olur və yerdə qalanlar isə iki qıza verilir.[3]



[1] «Kafi», 7-ci cild, səh.112-113; «Təhzib», 9-cu cild, səh.309; «Vəsailuş-şiə», 17-ci cild, səh.485-486.

[2] «Nihayətun-lüğət», «ovl» maddəsi.

[3] «Şərhi lümə», 8-ci cild, səh.86-91.

commentUser
Ad və familiyanız
Elektronik postunuz
comment *
 relateArticle 
 moreVisitFromCategoryOf " Məsumlar "  
Copyright © 2004-2011 ERFAN.IR