Thursday 09th 2012
 
Axtarış


Şer
 
  Məsumlar
1389/5/6 09:20:39 ارسال به دوستان    چاپ کد مطلب : 19159
تعداد بازدید : 184

™-IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMAS

IMAM RIZA -IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMASI

«Bismillahir-rəhmanir-rəhim! Həmd olsun fə`alun lima yəşau Allaha ki, hökmündə heç bir pozuntu olmaz, fərma­nın­da şəkk-şübhə olmaz, gözlərin xəyanətinə, qəlblərin gizli iş­lərinə agahdır! Onun salam və salavatı Onun öz peyğəm­bər­lərinin sonuncusu Həzrət Mühəmməd və onun pak-pakizə övlad­larına olsun!

Mən Əli ibni Musa Riza ibni Cə`fər deyirəm: Mö`min­lə­rin əmiri-Allah düzlükdə ona kömək etsin və müvəffə­qiyyət­lə­rini artırsın-başqaları üçün görmədiyi bizim haqqı­mı­zın bir qismini rəsmiyyətlə tanıdı, bir-birindən qohumluq əlaqələrini kəsənlərin arasında qohumluq əlaqəsi bərqərar etdi, məhv olmaq halında olan canlara əmin-amanlıq verdi, hətta onları diriltdi və onları fəqirlikdən ehtiyacsızlığa saldı ki, aləmlərin Pərvərdigarının razılığını istəyib və ondan qeyrisinin mükafatını istəmir. Allah tezliklə şü­kür edənlərə mükafat verəcək, yaxşı əməl sahiblərinin muz­du­nu zay etməyəcək.

O (Mə`mun) rəhbərlik və hökuməti – əgər ondan sonra di­ri qalsam – mənim öhdəmə qoyacaq (və indi) hər kəs Alla­hın möhkəmləndirməyə dair seçdiyi bey`əti pozsa və Allahın möh­kəmlətmək istədiyi ipləri qırsa, həqiqətən onun hərim­lə­rini pozmuş, halalını haram etmişdir. Çünki bu işlə ima­mını alçaq hesab etmiş, Islamın hörmətini pozmuşdur. Elə bir üslub ki, əvvəlkilər onu getmiş, onun sapmalarına və qanunsuz işlərinə qarşı səbrli olmuş, sonrakı qərar­lar­da dindəki pərakəndəlik, müsəlmanların arasında olan bir­liyin aradan getməsi qorxusundan, eləcə də cahiliyyət döv­rü­nə yaxın olduqlarına və fürsət tələblərin, qiyam­çıla­rın və iğtişaşçıların pusquda durduğuna e`tiraz səslərini ucalt­madılar. Mən Allahı özümə şahid tuturam ki, əgər müsəl­manların işini mənə həvalə etsə və xilafətini mənim öh­də­mə qoysa, onlarla rəftarım ümumi şəkildə və Bəni Ab­bas­­la xüsusi şəkildə Peyğəmbəri Əkrəmə tabe olmaq və Alla­ha itaət əsasında olsun və heç bir möhtərəm qanı axıt­mayam, heç bir şeyi və malı mübah saymayam, Allahın tə`­yin etdiyi cəza qanunları əsasında qanı axıdılan və ma­lı mübah edilənlər istisna olunur. Həmçinin, bacardığım qə­­dər çalışım ki, bərabərlik yolunu tutum, onu yerinə ye­tir­­mək üçün özümlə möhkəm əhd bağlamışam ki, Allah-taala ondan sorğu-sual edəcəkdir. Çünki mütəal Allah buyu­rur: "Öz əhdinizə vəfa edin, çünki əhd-peymandan sual olunacaqdır."[1] Əgər bir bid`ət qoysam, yaxud dəyişiklik etsəm, yaxud dəyişikliyi rəva gör­səm, onda pozğunçuluğa layiq və cəzalandırılmağa hazır olum. Allahın qəzəbindən Allaha pənah aparıram, itatətə to­fiq tapmağı, mə`siyətdən uzaq olmağı, özümün və müsəlman­la­rın qurtuluşa çatmağını axtarıram.

Amma «Camiə» və «Cəfr» onun əleyhinə dəlalət edir və bil­mirəm mən və sizinlə nə olacaqdır.[2] Hökm və fərman yal­nız Allaha məxsusdur, haqqı batildən ayırır və o, ayıran­la­rın ən yaxşısıdır.[3] Lakin mən mö`minlərin əmirinin fər­ma­nını qəbul etdim və onun razılığını seçdim. Çünki Allah məni və onu saxlayar. Allahı bu barədə şahid tutu­ram və şahidlik üçün Allah kifayətdir.

Bu yazını, mö`minlərin əmirinin hüzurunda – Allah onun ömrünü uzun etsin! – öz xəttimlə yazmışam Fəzl ibni Səhl, Səhl ibni Fəzl, Yəhya ibni Əksəm, Əbdüllah ibni Ta­hir, Səmamət ibni Əşrəs, Bişr ibni Mö`təmər, Həmmad ibni Nö`man. 201-ci hicri ili, Ramazan ayı.

SAĞ TƏRƏFDƏKI ŞAHIDLƏR

Yəhya ibni Əksəm bu yazının məzmununa, onun arxasına və üz tərəfinə şahidlik verir və Allahdan istəyir ki, bu əhd-peymanın bərəkətini əmirəl-mö`mininə və bütün müsəl­manlara şamil etsin və onu öz əlyazması ilə bəyan olunan tarix­də qələmə almışdır.

Əbdüllah ibni Tahir ibni Hüseyn öz şəhadətini həmin tarixdə qeydə alır.

Həmmad ibni Nö`man onun üz və arxa hissəsində olan məzmununa həmin tarixdə şahidlik etdi.

Bişr ibni Mö`təmər həmin tarixdə öz əlləri ilə onun oxşarını yazdı və şahidlik etdi.

SOL TƏRƏFIN ŞAHIDLƏRI

Əmirəl-mö`minin – Allah onun ömrünü uzatsın! – fər­man verir: Bu səhifənin arxası və üz hissəsi əhd-peyman sə­hi­fəsidir və ümidvaram ki, onun vasitəsilə Siratdan keçsin! Bizim seyyidimiz Rəsulullahın hərəmində Bəni Haşimdən və sa­ir övliyalardan olan camaatın gözləri önündə və ordu baş­çılarının hüzurunda bu bey`ətin şərtlərinə əməl olun­duq­dan sonra hamıya qiraət olunsun. Əmirəl-mö`minin höccə­ti bütün müsəlmanlara tamam etməyi nəzərə almışdır ki, na­dan­ların rə`yində irəli gələn şübhələr batil olsun. "Elə deyil­dir ki, Allah mö`minləri, siz olduğunuz həmin vəziyyətdə burax­mış olsun."[4]

Fəzl ibni Səhl, əmirəl-mö`mininin fərmanı ilə qeyd olunan tarixdə (ona şahidlik etdi və) qələmə aldı.[5]

Ibni Tiqtəqa (709-cu ildə vəfat edib) hər iki məktubun xüla­səsini «Əl-fəxra» kitabında qeyd edərək yazır: «Mə`mun özün­dən sonrakı xilafət barəsində belə fikirləşdi və qəra­ra aldı ki, ona layiq olan bir kişiyə həvalə etsin, beləlik­lə öz zimməsini bəri etsin (öhdəsində olanları yerinə yetir­sin). O, belə təsəvvür edir və xatırladır ki, hər iki xanə­dan­dan – Abbasi və Ələvi xanədanından olan böyük şəxsiy­yət­lərin vəziyyətini araşdırmış və onların arasında ən fəzi­lətli, ən ləyaqətli, ən təqvalı və ən dindar şəxsin Əli ibni Musa Riza olduğunu tapmışdır. Buna görə də öz əli ilə onun adına yazmış və Rizanı bu işə məcbur et­miş­dir və o, əvvəlcə qəbul etməmiş, sonra qəbul etmiş və Mə`­mu­nun yazısının arxasında öz əli ilə belə yazmışdı: «Mən yalnız əmrə itaət etmək üçün bunu qəbul etdim, halbu­ki, «Cəfr» və «Camiə» onların əleyhinə dəlalət edir!» Məc­lis­dəki şahidlər hər iki məktuba şahidlik etdilər.[6]

Mərhum Əllamə Məclisi (1110-cu ildə vəfat edib) də bu iki məktubu eynilə «Kəşful-ğümmə» kitabından nəqlən «Biha­rul-ənvar»da qeyd etmişdir.[7]



[1] «Isra» surəsi, 34-cü ayə.

[2] «Əhqaf» surəsi, 9-cu ayədən isqtibas olunub: "Və ma ədri ma yuf`əlu və la bikum.»

[3] «Ən`am» surəsinin 57-ci ayəsindən iqtibas olunmuşdur: "Inil-hökm illa lillah...»

[4] «Ali-Imran» surəsinin 179-cu ayəsindən iqtibas olunmuşdur. "Ma kanəllahu liyəzərəl-mu`mininə...»

[5] Kəşfül-ğümmə», 3-cü cild, səh.123-124. Biz bu iki məktubun mətnini adətimizin əksinə olaraq (biz həmişə xülasələşdirib qısa şəkildə qeyd edirik) təfsilatı ilə gətir­dik. Çünki hər iki məktubun aşkar bəyanında və şahidlərin şahidliyinə elə dəlil­lər vardır ki, hər ikisinin məzmununun doğru olduğunu təsdiqləyir və bunu xüla­sələşdirmək mümkün deyildir.

[6] «Əl-fəxra», Qahirə çapı, Ibni Tiqtəqa. Əbu Cə`fər Məhəmməd ibni Tacuddin. O, bu kitabı 701-ci ildə Musil şəhərində yazmış və onu Musilin hakimi Fəxruddin Isaya hədiyyə etmişdir. Bax: «Dairətul-məarifil-Islamiyyə», 1-ci cild, səh.217-218; «Əl-kuna vəl-əlqab», 1-ci cild, səh.331; «Məasirul-inafət fi məalimul-xilafət», Qəlqəşən­di, 2-ci cild, səh.325-330; «Sübhül-ə`şa», Darul-kutub çapı.

[7] «Biharul-ənvar», 49-cu cild, səh.148, 153, Kompani çapı, 12-ci cild, səh.42.

commentUser
Ad və familiyanız
Elektronik postunuz
comment *
 relateArticle 
 moreVisitFromCategoryOf " Məsumlar "  
Copyright © 2004-2011 ERFAN.IR